Acita Kesakambala

Acita Kesakambala (sanskr. अजित केशकंबली; ??; e. ə. V əsr) — e.ə. VI—V əsrlərdə yaşamış Qədim Hindistan materialist filosofu.[1][2] O, Çarvaka məktəbinin öncül alimlərindən olmuşdur. Kesakambalanın BuddaMahaviranın həməsri olduğu güman edilir. Onun adı birbaşa olaraq «insan saçından hazırlanmış paltara görə məğlubedilməz olan» deməkdir.

Acita Kesakambala
Doğum tarixi e. ə. V əsr
Əsas maraqları fəlsəfə

Kesakambalanın fikirlərinə görə, həqiqi idrak mənbəyi yeganə cismani təcrübədir. O, dinin ümumi qəbul edilmiş normalarını və mənəviyyatı tənqid etmişdir. Kesakambala dörd elementin – torpaq, su, atəşhavanın kombinasiyasını hər şeyin əsası kimi qəbul etmişdir. Onun fikirləri qədim yunan filosofu Demokritin fikirləri ilə müqayisə edilir.[3]

  1. "Indian rationalism, Charvaka to Narendra Dabholkar" (ingilis). August 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2020.
  2. «Аджита Кесакамбала» Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine — статья в .
  3. Şoxin, 2007. səh. 249—250