Type 94 Te-Ke (yap. 九四式軽装甲車; Rom: Kyūyon-shiki keisōkōsha) — Yaponiya tanketkasıdır. Tanketka Yaponiya İmperator Ordusu tərəfindən İkinci Çin-Yapon müharibəsinin hərbi əməliyyatları zamanı, Nomonhanda Sovet İttifaqına qarşı və İkinci Dünya müharibəsi dövründə geniş bir formada istifadə edilmişdir. Onlar əsasən sursat daşımaq və ümumi olaraq piyadalara dəstək məqsədləri üçün istifadə olunsalar da, birbaşa döyüşdən çox kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulmuşdurlar.[4] Asqı sistemi iki təkərli boji olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə 40 km/saat təşkil etmişdir. Tankın istehsal xərci 1939-cu ilin avqust ayına görə silahlanması istisna olmaqla 25,300 Yaponiya yeni ($6,798 USD)[5][6] olmuşdur.
Type 94 Te-Ke | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1935 |
İstismar edənlər | Yaponiya imperiyası, Çin Respublikası, Mançuko |
İstifadə edilən döyüşlər |
İkinci Çin–Yaponiya müharibəsi Xalxin-Qol döyüşü İkinci Dünya müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1932 |
İstehsal sayı | 823[1] |
Xüsusiyyətləri | |
Ağırlığı | 3.4 ton[2] |
Zireh | 8-12 mm[3] |
Mühərrik | Mitsubishi Franklin I4 (benzinli) |
Mühərrik gücü | 32 a.g. (24 kW) |
Əsas silah | 6.5 mm-lik Type 91 pulemyotu |
Uzunluğu | 3 m[2] |
Eni | 1.6 m[2] |
Hündürlüyü | 1.6 m[2] |
Ekipaj | 2 |
Vikianbarda əlaqəli mediafayllar |