Alan Kurtis Key (ing. Alan Curtis Kay; 17 may 1940[1], Sprinqfild[d], Massaçusets) — amerikalı kompüter sistemləri nəzəriyyəsi sahəsi üzrə alim.
Alan Kurtis Key | |
---|---|
Doğum tarixi | 17 may 1940[1] (84 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | informatik, proqramçı, cazmen, universitet müəllimi[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
17 may 1940-cı ildə hesablama sistemləri nəzəriyyəsi üzrə amerikalı mütəxəssis, obyektyönümlü proqramlaşdırmanın və qrafik interfeysin ilk tədqiqatçılarından biri, Smalltalk proqramlaşdırma dilinin müəllifi Alan Kurtis Key anadan olmuşdur. Key "Hər uşağa bir laptop" (One Laptop Per Child) layihəsinin müəlliflərindən biridir. 2003-cü ildə müasir obyektyönümlü proqramlaşdırma dillərinin inkişafındakı ideyalarına görə, "Smalltalk" dilinin yaradılmasına və fərdi kompüterlər sahəsinin inkişafına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür.