LÜM

(Saatlı)
sərxoş. – Ağagül lümdü
◊ Lüm olmağ – sərxoş olmaq
LÜLÜFƏ
LÜMBÜRT
OBASTAN VİKİ
Elektro-lüminessensiya
Elektro-lüminessensiya – elektrik cərəyanının təsiri altında maddənin işıq şüalandırması. Elektrolüminessent tablolardan portativ kompüterlərdə maye kristal displeylərin (LCD) işıqlandırılmasında geniş tətbiq olunur. Belə tablolarda, adətən, iki elektrodun (biri, demək olar ki, şəffaf olan) arasında yerləşdirilmiş lüminofor qatından istifadə olunur.
Lui Lümyer
Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[…], Bezanson – 6 iyun 1948[…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. == Həyatı == Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi.
Lümbal punksiya
Lümbal punksiya az invaziv diaqnostika növüdür. Müalicəvi və ya diaqnostik məqsədlə punksiya aparılan zaman az miqdarda onurğa beyin maddəsi xaric olunur və yaxud da praparatlar lümbal sahəyə yeridilir. Lümbal punksiya anesteziya məqsədilə də istifafə olunur. Onurğa beyni mayesi-likvor rəngsiz və şəffaf maye olub, onurğa beyni və baş beyin üçün lazımlı maddələrin transportunu həyata keçirir. == Punksiyanın aparılmasına göstərişlər: == diaqnostika məqsədilə: neyroinfeksiyaya şübhə olduqda( meningit, ensefalit,neyrosifilis və başqa etiologiyada olan mərkəzi sinir sisteminin xəstəlikləri) müalicə məqsədilə: antibiotiklərin və kimyaterapiya maddələrinin qabıqaltı yeridilməsi üçün; xoş xassəli kəllə-beyin hipertenziyası və ya hidrosefaliyada təzyiqi aşağı salmaq üçün istifadə olunur. == Punksiyanın aparılmasına əks göstərişlər: == Onurğa beyninin dislokasiyası zamanı punksiyanın aparılması qəti əks göstərişdir.Çünki bu zaman orada təzyiq aşağı enərsə onda intrakranial ödem əmələ gələ bilər və ölümlə nəticələnə bilər. == Ağırlaşmaları: == Punksiyanın aparılma texnikasında yanlışlıqlar olduqda onurğa beyninin postpunksionar xolestiatoması əmələ gələ bilər.Çünki onurğa beyninjğin epitelial hüceyrələri destruksiyaya uğrayır. Xolestiatoma tırkibində ölmüş epitelial hüceyrələrdən və başqa maddələrdən(xolesterin kridtalları,keratin toplusu) ibarət olan fibroz kapsuladır. == Metodikası: == Bu manipulyasiyanı xəstə oturmuş və ya uzanmış vəziyyətində aparılır. Uzanmış vəziyyətdəki punksiya bərk stol üzərində xəstə yana çevrilmiş formada aparılır.
Lüminessensiya
Lümenesensiya — mineralların kənar təsirlərlə əlaqədə olduqda göstərdikləri parlaqlıq, işıqlanma. Müəyyən qrup minerallar özlərindən işıq şüası buraxırlar. Mineralların bu xassəsi müxtəlif səbəblərdən ola bilər: bəzi mineralları qızdırarkən, bəzilərini həll edərkən, bəziləri kristallaşarkən, müəyyən qrup minerallara ultra-bənövşəyi katod və ya başqa qəsa dalğalar təsir edərkən nəticədə işıqlanır. Göstərilən işıqlanma hadisəsinə lümenesensiya deyilir. Lümenesensiya hadisəsi əsas etibarı ilə qaranlıqda baş verir. Bu hadisənin səbəbləri hələ də bilinmir. Hal-hazırda bu hadisə mineralların daxili strukturları ilə əlaqələndirilir.
Lüminoforların sintezi
Lümyer qardaşları
Lümyer qardaşları — kinematoqrafın baniləri. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Lui Lümyer — kiçik qardaş (daha çox ixtiraçı kimi tanınıb). Ogüst Lümyer — böyük qardaş (daha çox təşkilatçı kimi tanınıb).
Lümədərə (Kəleybər)
Lümədərə (fars. لمه درق‎‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 765 nəfər yaşayır (162 ailə).
Ogüst Lümyer
Ogüst Lümyer (fr. Auguste Louis Marie Nicholas Lumière, 19 oktyabr 1862[…], Bezanson – 10 aprel 1954[…]) — Kinematoqrafiyanın banisidir. Lui Lümyerin doğma qardaşıdır. == Həyatı == Ogüst Lümyer 1862-ci ildə Fransanın Bezanson kəndində anadan olmuşdur. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə qardaşı Lui Lümyer ilə birlikdə "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırılan kinoapparat ixtira etdi. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Ogüst Lümyer 1954-cü ildə 10 aprel tarixində vəfat etmişdir.
Lümen (anatomiya)
Lümen (lat. lümenin - "açılış") — biologiyada arteriya və ya bağırsaq kimi boruvari orqanların daxili boşluğu. == Yeri == Damarın daxili hissəsi, məsələn, qan axdığı arteriya, damar və ya kapilyardakı mərkəzi boşluq. Mədə-bağırsaq traktının daxili hissəsi. Ağciyərlərdə bronxial yollar. Böyrək borularının daxili hissəsi və sidik yollarının toplayıcı kanalları. Qadın cinsiyyət orqanlarının yolları. Vaginanın yolundan başlayaraq, uşaqlıq yolunda 2 lüminə bölünür, hər ikisi uşaqlıq borusu ilə davam edir. == Hüceyrə biologiyasında == Hüceyrə biologiyasında lümen tilakoid, endoplazmatik retikulum, Qolci kompleksi, lizosom, mitoxondri və mikrotubullar da daxil olmaqla bir neçə orqanoid, hüceyrə komponentləri və ya strukturların içərisində olan membranla məhdudlaşan boşluqdur. == Translüminal prosedurlar == Mədə, vagina, sidik kisəsi və yoğun bağırsağın lüminasında təbii açılışlar vasitəsilə transluminal endoskopik cərrahiyyə.
Lümpen
Lümpen (alm. Lumpen‎ - “ cır-cındır ”, lümpen-proletariat və ya lümpenləşmiş proletariat, alm. Lumpenproletariat‎) — cəmiyyətdən qovulmuş və ya təcrid olunmuş əhali qruplarına, əhalinin iqtisadi cəhətdən sinifsizləşmiş təbəqələrinə (avaralar, dilənçilər, cinayətkar elementlər və digər asosial şəxslər) aid edilən və Karl Marks tərəfindən irəli sürülmüş termin. Tipik bir halda, lümpen heç bir əmlakı və peşəsi olmayan, qeyri-adi işlərdə yaşayan və ya dövlət sosial müavinətlərindən müxtəlif formalarda istifadə edən şəxsdir Lümpenlər sosial kökləri olmayan, əxlaq kodeksi olmayan, güclülərə, yəni hazırda real gücə sahib olanlara ehtiyatsızcasına itaət etməyə hazır olan insanlardır. Sovet və postsovet sosiologiyasında sinifsizləşmiş elementlər cəmiyyətin heç bir mövcud sosial sinfə aid olmayan üzvləridir. Bunlara xroniki işsizlər və həbsxana məhbusları, ruhi xəstələr, dilənçilər, avaralar və müxtəlif səbəblərdən ictimai əmək bölgüsündə şəxsən iştirak etməyən əhalinin digər oxşar qruplarının nümayəndələri daxildir. Vurğulamaq lazımdır ki, “mənəvi cəhətdən şübhə doğuran” peşələrlə məşğul olmaq: fahişəlik, mütəşəkkil cinayət qruplarında iştirak etmək, sifarişli oğurluq və ya qətllər həyata keçirmək, insan və ya narkotik alveri və s. də bura daxildir. Müəyyən bir fərdin sosial davranışının mənəvi qiymətləndirilməsi ikinci dərəcəli, istehsal vasitələrinə münasibət və ictimai əmək bölgüsündə iştirak isə lümpenə üzvlüyün müəyyən edilməsində birinci dərəcəlidir.

Digər lüğətlərdə