Lümen (lat. lümenin - "açılış") — biologiyada arteriya və ya bağırsaq kimi boruvari orqanların daxili boşluğu.[1]
Hüceyrə biologiyasında lümen tilakoid, endoplazmatik retikulum, Qolci kompleksi,[5] lizosom, mitoxondri və mikrotubullar da daxil olmaqla bir neçə orqanoid, hüceyrə komponentləri və ya strukturların içərisində olan membranla məhdudlaşan boşluqdur.