Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[1][2][…], Bezanson[5] – 6 iyun 1948[3][1][…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir.
Lui Lümyer | |
---|---|
fr. Louis Lumière | |
Doğum tarixi | 5 oktyabr 1864[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 1948[3][1][…] (83 yaşında) |
Fəaliyyəti | ixtiraçı, mühəndis, kinorejissor, fotoqraf, sahibkar, kimyaçı, kinematoqraf |
Üzvlüyü | |
Mükafatları | |
IMDb | ID0525910 |
Vikianbarda əlaqəli mediafayllar |
Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər.
1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. 1948-ci ildə 6 iyun tarixində Lui Lümyer vəfat etmişdir. Hər il Fransada keçirilən Ən Yaxşı Sənədli Filmə "Lui Lümyer" mükafatı verilir.