OPEN

open1

n 1. dəlik, deşik; quyu, yarıq; 2. çayın mənsəbi, deltası; 3. açıq quru sahə, açıq dəniz; 4. açıq yarış, açıq turnir; 5. aşkarlıq, aydınlıq; life in the ~ açıq həyat (hamıya məlum);

◊ to come out into the ~ səmimi olmaq, gizlətməmək (mövqe və fikirləri)

open2

adj 1. açıq; ~ window / door / gate / box açıq pəncərə / qapı / darvaza. / qutu; ~ letter açıq məktub (qəzetdə və s.); the ~ sea açıq dəniz; ~ market açıq bazar; ~ port açıq liman; ~ season açıq mövsüm (ov və ya balıqçılıq üçün); ~ sore açıq yara; 2. açıq (geyim haq.), aralı (ağız haq ); an ~ coat yaxası düymələnməmiş palto; 3. meylli, həssas, mail; ~ to doubts şübhəyə meylli; 4. boş, məşğul olmayan. (zaman haq.); 5. vakant, boş; The job is still open Bu iş yeri hələ də vakantdır ∕ boşdur; 6. bitməmiş, həll edilməmiş; That problem remained open Problem həll edilməmiş qaldı; 7. açıq, tikili olmayan (yer, sahə haq ); 8. əliaçıq, qonaqpərvər; səmimi; 9. yumşaq; boş (torpaq haq.); 10. fon. açıq (hecanın, səsin növü haq.): ~ syllable açıq heca;

◊ to force an ~ door açıq qapını döymək ~ champion açıq yarış; ~ ice şimal səyahətinə mane olmayan buz örtüyü; ~ verdict hüq. cinayətin baş verməsi, lakin onun müəyyən edilməməsinin etirafı: Open University qiyabi universitet

open3

v 1. açmaq, açılmaq, aralanmaq, aralamaq; to ~ a door / a gate / a window qapı / darvaza / pəncərə açmaq to ~ out one’s arms qollarını açmaq; to ~out the wings qanadlarını açmaq; 2. məc. yol açmaq (bir işi həyata keçirmək üçün), imkan yaratmaq (bir şey etməyə), 3. genişlənmək; böyümək, açılmaq (mənzərə haq.); A beautiful sight opened in front of us Qarşımızda gözəl mənzərə açıldı; 4. başlamaq; to ~ the concert konserti açmaq / başlamaq, 5. nümayiş etdirmək, göstərmək; 6. maarifləndirmək, agah etmək; 7. təməlini qoymaq, kəşf etmək; 8. fikir söyləmək; Finally he opened freely on the subject Nəhayət o bu məsələ haqda açıq fikir söylədi; 9. yaratmaq, qurmaq; to ~ up relations münasibətlər qurmaq / yaratmaq; to ~ up opportunities imkanlar yaratmaq

OPAQUENESS
OPEN-MINDED
OBASTAN VİKİ
Open Directory Project
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. == Tarixi == Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. == Ümumi məlumat == Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
Open Encyclopedia Project
Open Encyclopedia Project (OЕP, Açıq Ensiklopediya (OEP), Open-Site kimi də məlumdur) — 2002-ci ildə İnternetdə Michael J. Flickinger tərəfindən yaradılmış, könüllülər tərəfindən redaktə olunan kateqoriyalaşdırılmış sərbəst açıq ensiklopediya layihəsi. == Vikipediyadan Open-Site-ə istinad == Vikipediyada Open-Site-yə istinad göstərmək üçün xüsusi {{Open-Site}} şablonu mövcuddur.
Open Handset Alliance
Open Handset Alliance — mobil cihazlara açıq standartlar yaratmaq üçün qurulmuş və 84 şirkətin üzv olduğu Konsorsium. Üzvlər arasında HTC,Sony,Dell,Intel,Motorola,Qualcomm,Texas Instruments,Google,Samsung Electronics,LG Electronics,T-Mobile,Sprint Corporation,Nvidia və digər şirkətlər var. OHA 5 noyabr 2007-ci ildə Google və aralarında mobil telefon istehsalçıları, proqram təminatı istehsalçıları, bəzi mobil operatorlar və çip istehsalçılarının da olduğu 34 üzvün rəhbərliyi ilə yaradıldı. Alyansın aparıcı proqram təminatı Android (ilk olaraq Google tərəfindən 2007-ci ildə yaradılıb) açıq qaynaq lisenziyasına əsaslanır və Apple, Microsoft, Nokia (Symbian), HP , Samsung Electronics / Intel (Tizen, Bada), BlackBerry şirkətlərinin mobil platformalarına qarşı rəqabət aparır. Vahid Android platformasının yayılması səyləri çərçivəsində OHA üzvlərinə müqavilə əsasında Androidin uyğun olmayan forklarına əsaslanan cihazlar istehsal etmək qadağan edilib. == Məhsullar == 2007-ci il Noyabrın 5-də Open Handset Alliance formalaşdırılmasının elan edilməsi ilə yanaşı, OHA həm də Androidi — Linux nüvəsinə əsaslanan açıq qaynaqlı mobil telefon platformasını təqdim etdi. Proqram təminatı istehsalçıları üçün ilk SDK 12 noyabr 2007-ci ildə təqdim edildi. Androidlə işləyən ilk kommersiya məqsədli telefon HTC Dream (digər adı ilə T-Mobile G1) olmuşdur. O 18 avqust 2008-ci ildə Federal əlaqə komissiyası (FCC) tərəfindən təsdiqləndikdən sonra, həmin ilin 22 Oktyabr tarixində satışa çıxarılmışdır.
Wacken Open Air
Wacken Open Air (W:O:A), Şimali Almaniyadakı Şlezviq-Holşteyn əyalətinin Wacken adlı kiçik bir qəsəbəsində açıq havada təşkil edilən ənənəvi heavy metal musiqi festivalıdır. 2011-ci ildə 80.000 metal sevər olmaq üzrə cəmdə 86.000 iştirakçının qatıldığı festival; dünyanın dörd bir yanından Blək metal, Det metal, Pauer metal, Treş metal, Qotik metal, Folk metal və hətta Metalkor ilə Hard rokpərəstişkarlarını özünə çəkir. 1990-ci ildə yerli alman qruplar tərəfindən təşkil edilən təşkilat, 1998-ci ildə Avropa metal musiqi təqvimində əhəmiyyətli bir yerə gələrək; Avropa, Şimali Amerika və Avstraliyadan 70-dən çox qrupa ev sahibliyi etdi. Avqust ayının əvvəlində başlayan festival cəmi üç gün davam edir. Bu zaman ərzində musiqi həvəskarları, festival sahəsinin ətrafında geniş çadır düşərgə qurarlar. === 1990 === Wacken Open Air 1990, festivalın quruluşu, 24 avqust cümə və 25 avqust şənbə tarixlərində təşkil edildi. === 1991 === Wacken Open Air 1991, 23 avqust cümə və 24 avqust şənbə günləri təşkil edildi. === 1992 === Wacken Open Air 1992, 21 avqust cümə və 22 avqust şənbə günləri təşkil edildi. === 1993 === Wacken Open Air 1993, 20 avqust cümə günündən 22 avqust bazar gününədək təşkil edilən festivalın afişalarında Doro və Fates Warning yer aldı. === 1994 === Wacken Open Air 1994, 19 avqust cümə və 20 avqust şənbə günləri təşkil edilən festivalın afişalarında Paul Di'Anno's Killers yer aldı.
Open Knowledge Foundation
Open Knowledge Foundation (OKF) — məzmun və verilənlər daxil olmaqla, informasiyanı ödənişsiz təbliğ edən və paylaşan qlobal, qeyri-kommersiya şəbəkəsi. 20 may 2004-cü ildə Kembricdə Rufus Pollok tərəfindən təsis edilmişdir. Bu, İngiltərə və Uelsdə zəmanətlə məhdud olan özəl şirkət kimi təsis edilmişdir. 2016-cı ilin mayından 2019-cu ilin mayınadək təşkilat "Open Knowledge International" adlandırılmış, lakin 2019-cu ilin may ayında "Open Knowledge Foundation" adına qayıtmaq qərarına gəlmişdir. == Məqsədlər == "Open Knowledge Foundation"ın məqsədləri bunlardır: Açıq bilik ideyasının həm nə olduğunu, həm də nə üçün yaxşı ideya olduğunu təbliğ etmək. "OKCon" kimi açıq bilik tədbirlərinin həyata keçirilməsi. "Open Economics" və ya "Open Shakespeare" kimi açıq bilik layihələri üzərində işləmək. Açıq bilik layihələri, icmalar və resurslar üçün infrastrukturun və potensial olaraq evin təmin edilməsi. Məsələn, "KnowledgeForge" xidməti və CKAN. Birləşmiş Krallıq, Avropa və beynəlxalq səviyyələrdə açıq bilik məsələlərində fəaliyyət göstərmək. == Şəxslər == Renata Avila Pinto 2021-ci ilin oktyabrında "Open Knowledge Foundation"ın yeni Baş İcraçı Direktoru vəzifəsinə gəlmişdir.
Open Web Foundation
Open Web Foundation (OWF) — inkişaf etməkdə olan veb texnologiyaları üçün spesifikasiyaların hazırlanması və qorunmasına həsr olunmuş ABŞ qeyri-kommersiya təşkilatı. Fond "Apache Software Foundation" (ASF) kimi açıq mənbə modelini izləyir. İştirak edən şəxslər arasında "Apache"nin vitse-prezidenti və idarə heyətinin üzvü Geyr Maqnusson və "O'Reilly Media"nın baş direktoru Tim O'Rayli var. == Tarixi == "Open Web Foundation" 24 iyul 2008-ci ildə "O'Reilly Open Source Convention" (OSCON) elan edilmişdir. "Facebook", "Google", "MySpace", "Six Apart", "Plaxo" və s. OWF-i dəstəklədiyini açıqlamışdır. OWF vasitəsilə "Google" və "Facebook" indi "Facebook Connect" və "OpenSocial" platformaları arasındakı fikir ayrılıqlarını həll edə biləcəkləri uyğun məkana sahibdirlər, həmçinin istifadəçilərinin bir-biri ilə əlaqə saxlaması üçün standart üsul üzərində işləyirlər. OWF, həmçinin bu protokolların və inkişaf etməkdə olan texnologiyaların qarşılıqlı əlaqəsinə dair texniki təfərrüatları, eləcə də siyasət təfərrüatlarını təqdim edir. == Tənqidi == 2008-ci ildə "Microsoft"dan Dare Obasanxo "Open Web Foundation"nun əməkdaşlarının IETF və ya digər tənzimləmə standartlarından yan keçməkdə ittiham etmişdir. == Sənaye dəstəyi == Veb saytına görə, "Open Web Foundation" aşağıdakı şirkətlər və təşkilatlar tərəfindən dəstəklənir: BBC Facebook Google Microsoft Myspace O'Reilly Plaxo Six Apart SourceForge Vidoop Yahoo == İdarəetmə == "Open Web Foundation" üzvlük əsaslı bir təşkilatdır.
Berkeley Open Infrastructure for Network Computing (BOINC)
BOINC (Berkeley Open Infrastructure for Network Computing - Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) — paylanmış hesablamaların aparılması üçün açıq tipli (GNU LGPL licenziyası altında yayılır) proqram platformasıdır. BOINC sistemi SETI@home layihəsinin yaradıcısı Devid Andersonun rəhbərlik etdiyi komanda tərəfindən Kaliforniya (Berkli şəh. ABŞ) universitetində hazırlanıb. Bu sistemin yaradılmasına əsas səbəb radioteleskopdan gələn məlumatların emalı üçün kifayət qədər hesablama gücünün olmaması idi. Ona görə də, sistemi yaradanlar hesablama resurslarını və bir neçə elmi layihələrin cəmiyyətlərini birləşdirmək qərarına gəliblər. Qeyd olunan bu böyük məsələnin həlli üçün də BOINC program platforması yaradılıb. BOINC paylanmış hesablamaların aparılması üçün kliyent-server arxitekturasını istifadə edən bir sistemdir.
OpenAI
"OpenAI" — Delaverdə qeydiyyatdan keçmiş qeyri-kommersiya "OpenAI, Inc" və onun kommersiya məqsədli törəmə şirkəti "OpenAI Global MMC"-dən ibarət ABŞ süni intellekt (Sİ) tədqiqat təşkilatı. "OpenAI" təşkilatın "təhlükəsiz və faydalı" süni ümumi intellektin inkişaf etdirilməsi məqsədi ilə süni intellekti tədqiq edir və bunu "iqtisadi cəhətdən ən dəyərli işlərdə insanlardan üstün olan yüksək avtonom sistemlər" kimi müəyyən edir. "OpenAI" həmçinin "ChatGPT" və "GPT-4" kimi bir neçə geniş dil modelləri, eləcə də "DALL-E 3" kimi qabaqcıl təsvir yaratma modelləri və keçmişdə açıq mənbəli modellər hazırlamışdır. Təşkilat 2015-ci ilin dekabrında İlya Sutskever, Qreq Brokman, Trevor Blekvell, Viki Çunq, Andrey Karpati, Durk Kinqma, Cessika Livinqston, Con Şulman, Pamela Vaqata və Voytsex Zaremba tərəfindən təsis edilmişdir, ilkin idarə heyətində Sem Altman və İlon Mask çıxış etmişdilər. "Microsoft" şirkəti "OpenAI Global MMC"-yə 2019-cu ildə 1 milyard dollar, 2023-cü ildə isə 10 milyard dollar sərmayə qoymuşdur. 17 noyabr 2023-cü ildə idarə heyəti Altmanı baş direktor vəzifəsindən, Brokmanı isə sədr vəzifəsindən kənarlaşdırmışdır və Brokman sonra prezident vəzifəsindən istefa vermişdir. Dörd gün sonra hər ikisi idarə heyəti ilə danışıqlardan sonra geri qayıtmış və idarə heyəti üzvlərinin əksəriyyəti istefa vermişdir. Yeni ilkin şuraya keçmiş "Salesforce" baş direktoru Bret Teylor sədr kimi daxil idi. == Motivlər == Stiven Hokinq və Stüart Rassell kimi bəzi elm adamları qabaqcıl süni intellektin nə vaxtsa özünü getdikcə artan sürətlə yenidən dizayn etmək qabiliyyətinə sahib olacağı halda qarşısıalınmaz "intellekt partlayışı"nın insanların məhvinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Həmtəsisçi İlon Mask süni intellekti bəşəriyyətin "ən böyük ekzistensial təhlükəsi" kimi xarakterizə etmişdir.
OpenClassrooms
OpenClassrooms — əsası Mathieu Nebra tərəfindən qoyulan onlayn təhsil şirkəti. Noyabr 1999-ci ilin aprel ayından başlayıb. Dərslər onlayn verilir. Fevral 2018-cü il məlumatına görə 1.0 milyondan çox istifadəçi qeydiyyatdan keçibdir. OpenClassrooms istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir.
OpenCritic
Open Critic — videooyunlar üçün rəy toplayan sayt. Metyu Entoven, Çarls Qrin, Aaron Rutlec və Riçard Triqqs tərəfindən təsis edilən "OpenCritic" saytda yerləşən videooyunlar üçün populyar tənqidçilərin gözdən keçirmələrini siyahıya alır. Daha sonra sayt gözdən keçirmələrin orta qiymətini hesablayır və oyuna qiymət verir. Saytda oyunu məsləhət görən tənqidçilərin faizi və ümumsayt renkinqi kimi başqa bir neçə metriklər də mövcuddur. == Tarix == "OpenCritic" başqa bir rəy toplayıcısı olan "Metacritic"in videooyun sənayesində yaşadığı qalmaqallardan qaçmaq üçün hazırlanmışdı. Oyunun "Metacritic" qiyməti oyunun daha çox iqtisadi performansından və istehsalçı studiyanın və nəşrçinin oyunun satışa çıxarılmasından sonra etdikləri işlərdən asılıdır. Buna baxmayaraq, "Metacritic" gözdən keçirmə qiymətlərini necə hesabladığı barədə məhdudi məlumat verir və bəzi publikasiyaları digərlərindən daha çox üstün tutur. "OpenCritic" saytının konsepsiyası "Riot Games" işçisi Metyu Entovenin rəhbərliyindəki bir komanda tərəfindən hazırlanmışdı. Saytın əsas fəlsəfəsi rəy toplamağın təbiətini daha açıq və aydın edərək "Metacritic"in problemlərindən qaçınmaq idi. Onlar həmçinin qiymətlərə daha insani elementlər əlavə etmək istəyirdilər.
OpenDemocracy
openDemocracy — beynəlxalq siyasət və mədəniyyəti haqqında müzakirələr saytı. Saytda həm də alimlər, jurnalistlər və siyasətçilərin dünya işlərinə cari məsələləri əhatə edən rəy məqalələri dərc olunur.
OpenMP
OpenMP — proqram paralelləşdirilməsi üçün açıq standarddır. Solaris, IBM AIX, HP-UX, GNU/LINUX, MAC OS X və Windows əməliyyat sistemlərində dəstəkləyir. Əsasən C, C++ və Fortran proqramlaşdırma dillərində ümumi yaddaşa malik çoxprosessorlu sistemlərdə çoxaxınlı proqramlaşdırma üçün istifadə edilir. Openmp qazanc məqsədi güdməyən, Openmp Archtecture Review Board (Openmp ARB) adlı beynəlxalq birlik tərəfindən idarə edilir. Openmp standart stolüstü kompüterlərdən tutmuş super kompüterlərə qədər paralel proqramlaşdırmanı inkişaf etdirmək üçün proqramçılara sadə və əlverişli interfeys verən ölçülə bilən və portativ bir model təklif edir. == Hazırlanması == OpenMP hazırlanmasına daxil olan şəxslərin əksəriyyəti proqram təminatı satıcıları AMD, IBM, Intel, Cray, HP, Fujitsu, Nvidia, NEC, Microsoft, Texas Intstruments, Oracle Corporation şirkətləri və kompüter təchizat qrupları əməkdaşlarıdır. Openmp ARB ilk interfeys proqramını Fortran 1.0 üçün oktyabr 1997-ci ildə buraxdı. Növbəti il C/C++ üçün standartı buraxıldı. 2014-cü ilin iyul ayında ən yeni 4.0 versiyası buraxılıb.
OpenOffice
OpenOffice — ofis proqram təminatı paketidir. Tərkibinə mətn emalı (wordprocessing), cədvəllərlə iş (spreadsheet), prezentasiya, qrafika, formul redaktoru, verilən bazası idarəedicisi tətbiqləri daxildir. Əvvəllər OpenOffice.org kimi tanınırdı. 2011-ci ilin İyun ayından etibarən 120 dil dəstəkləyir. OpenOffice-in susmaya görə fayl formatı ODF-dir (OpenDocument Format). Amma Microsoft Office-in fayl formatlarını da dəstəkləyir.
OpenOffice.org
OpenOffice — ofis proqram təminatı paketidir. Tərkibinə mətn emalı (wordprocessing), cədvəllərlə iş (spreadsheet), prezentasiya, qrafika, formul redaktoru, verilən bazası idarəedicisi tətbiqləri daxildir. Əvvəllər OpenOffice.org kimi tanınırdı. 2011-ci ilin İyun ayından etibarən 120 dil dəstəkləyir. OpenOffice-in susmaya görə fayl formatı ODF-dir (OpenDocument Format). Amma Microsoft Office-in fayl formatlarını da dəstəkləyir.
OpenSUSE
openSuse – əvvəllər "SUSE Linux" və "SuSE Linux Professiona" adı ilə çıxan və Almaniyada istehsal olunan indi isə Novell şirkətinə məxsus olan Linux əməliyyat sistemlərindən biridir. Yaradılan vaxtlar Slackware əməliyyat sisteminin əsasında qurulub, sonralar isə tam dəyişilmiş və özünə məxsus olan YAST paket meneceri yaradılmışdır. == Tarix == 1992-ci ildə Patrik Makdonald Linux-un ən birinci əməliyyat sistemlərindən birini - Linux SLS-i qurdu. Bu əməliyyat sistemi istifadəçilərə ancaq nüvə və bəzi əsas programları yox, hətta XFree86 və TCP/IP ilə işləyən digər çoxlu proqramm paketləri yaradır. Bununla həvəsə düşən Patrik Folkerdiq həmin distributivin üzərində Slackware Linux əməliyyat sistemini yaradır. Həmin vaxt Almaniyada «Gesellschaft für Software- und System-Entwicklung» - "Sistem və Programm yaradılma Cəmmiyəti" kompaniyası yaradılır. Bu "SuSE" adlı şirkət həmin vaxtlar Unix istifadəçilərin konsaltinqi ilə məşqul olurmuş. Həmin şirkət 1994-cü ildə Suse Linux-un birinci versiyani yaratdı - Suse Linux 1.0. 4 Noyabr 2003-cü ildə ABŞ-nin Novell şirkəti və onun bütün huqularını aldı. Sonra isə YAST2 versiyasını GNU GPL lisenziyası ilə çap etdi.
OpenSolaris
OpenSolaris– Sun Microsystems şirkəti tərəfindən Solaris əməliyyat sisteminin bazasında yaradılmış və ilkin kodu açıq olan əməliyyat sistemdir OpenSolaris sisteminin işlənib hazırlanması prosesi könüllülük və ödənişsiz əsasında aparılır, ancaq bütün işlər Sun Microsystems şirkətinin mütəxəssislərinin iştirakı ilə yönləndirilir və ya uzlaşdırılır. Bu məqsədlə gəlişdirmənin təşkili və dəqiq protokolu – OpenSolaris Community Process müəyyən olunub. Gələcəkdə OpenSolaris sisteminin yeni versiyalarının işlənib hazırlanmasının başlıca olaraq OpenSolaris layihəsində entuziast gəlişdiricilər cəmiyyətinin gücü ilə aparılması planlaşdırılır. Könüllülərin işləyib hazırladıqları kod hissələri, yeni utilitlər və müxtəlif təkmilləşmələr sınaqdan keçirildikdən və Sun’nın standartlarına uyğunluq yoxlanıldıqdan sonra OpenSolaris sisteminin kommersiya versiyasına əlavə olunacaq. Bununla belə, Sun şirkəti OpenSolaris sisteminin Solaris’in kommersiya versiyasına tam uyğun olacağına söz vermir. Sun şirkəti Solaris’in kommersiya versiyasına OpenSolaris sistemində olan bəzi yeni imkanları, funksiyaları və utilitləri daxil etməmək hüququnu özündə saxlayır. Eləcə də, kommersiya versiyasına OpenSolaris’də olmayan proqramların daxil edilməsi və onların kodunun açılmaması planlaşdırılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
OpenStreetMap
OpenStreetMap (OSM) – azad, hamı tərəfindən redaktə edilə bilən dünya xəritəsi. OSM – in yaranma və inkişafı digər xəritələrin qoyduğu məhdudiyyətlər və hal-hazırda çox da baha olmayan GPS texnologiyasıdır. OSM könüllü yaradılan çoğrafiya informasiya sisteminin ən yaxşı nümunəsidir. Steve Coast 2004-cü ildə Böyük Britaniyada Vikipediyanın uğurundan ilhamlanaraq bu layihəni yaratdı. O vaxtdan bəri qeydiyyatdan keçən istifadəçilərin sayı 2 milyonu keçib. Bu sayt OpenStreetMap fondu tərəfindən dəstəklənir. Bu fond İngiltərə və Ueltsdə qeydiyyatdan keçib. Xəritənin özündən çox, orada yaradılan verilənlər (data) çox böyük əhəmiyyət kəsb edir. Bu verilənlər bir çox layihələr, o cümlədən, Craigslist, OsmAnd, Geocaching, MapQuest Open, JMP statistical software, və Foursquare layihələrində istifadə edərək Google Mapsdan imtina ediblər. Amma verilənlərin keyfiyyəti dünyada müxtəlif yerlərə görə çox fərqlənir.
Tolman-Openhaymer-Volkov tənliyi
OpenBSD
OpenBSD, Berkeley Software Distribution (BSD) əsasında pulsuz Unix-ə bənzər əməliyyat sistemidir. O, 1995-ci ildə NetBSD əməliyyat sistemi layihəsini tərk edərək Theo de Raadt tərəfindən yaradılmışdır. De Raadt-a görə, OpenBSD təhlükəsizlik tədbirlərinin hazırlanması üçün tədqiqat əməliyyat sistemidir. OpenBSD layihəsi bir çox alt sistemin portativ versiyalarını digər əməliyyat sistemləri üçün paketlər kimi saxlayır. Layihənin kodun keyfiyyətinə önəm verdiyinə görə, bir çox komponentlər digər proqram layihələrində təkrar istifadə olunur. Məsələn, Android əməliyyat sistemi C standart kitabxanasından, LLVM normal ifadə kitabxanasından, Windows 10 isə LibreSSL və OpenSSH-dən istifadə edir. OpenBSD adı mənbə kodunun İnternetdə mövcudluğunu ifadə edir. Bu, həmçinin sistemin dəstəklədiyi aparat platformalarının geniş spektrinə aiddir.