Open Web Foundation (OWF) — inkişaf etməkdə olan veb texnologiyaları üçün spesifikasiyaların hazırlanması və qorunmasına həsr olunmuş ABŞ qeyri-kommersiya təşkilatı. Fond "Apache Software Foundation" (ASF) kimi açıq mənbə modelini izləyir. İştirak edən şəxslər arasında "Apache"nin vitse-prezidenti və idarə heyətinin üzvü Geyr Maqnusson və "O'Reilly Media"nın baş direktoru Tim O'Rayli var.
Open Web Foundation | |
---|---|
Yaranma tarixi | 2008 |
"Open Web Foundation" 24 iyul 2008-ci ildə "O'Reilly Open Source Convention" (OSCON) elan edilmişdir. "Facebook", "Google", "MySpace", "Six Apart", "Plaxo" və s. OWF-i dəstəklədiyini açıqlamışdır. OWF vasitəsilə "Google" və "Facebook" indi "Facebook Connect" və "OpenSocial" platformaları arasındakı fikir ayrılıqlarını həll edə biləcəkləri uyğun məkana sahibdirlər, həmçinin istifadəçilərinin bir-biri ilə əlaqə saxlaması üçün standart üsul üzərində işləyirlər. OWF, həmçinin bu protokolların və inkişaf etməkdə olan texnologiyaların qarşılıqlı əlaqəsinə dair texniki təfərrüatları, eləcə də siyasət təfərrüatlarını təqdim edir.[1][2][3][4][5]
2008-ci ildə "Microsoft"dan Dare Obasanxo "Open Web Foundation"nun əməkdaşlarının IETF və ya digər tənzimləmə standartlarından yan keçməkdə ittiham etmişdir.[6]
Veb saytına görə, "Open Web Foundation" aşağıdakı şirkətlər və təşkilatlar tərəfindən dəstəklənir:
"Open Web Foundation" üzvlük əsaslı bir təşkilatdır. Fondun üzvləri doqquz nəfərdən ibarət İdarə Heyətini seçirlər.
17 avqust 2009-cu il tarixinə seçilmiş hazırkı İdarə Heyətinin üzvləri: [7]