ORA

I
мест. там (то место). Ora necədir? как (каково) там? ora yayda sərin olur там летом бывает прохладно; oram ağrıyır, buram ağrıyır там болит, тут болит; ora yaxşı deyil там нехорошо
II
нареч. разг. туда. Ora baxma не смотри туда; ora tək getmə один не ходи туда; ora mən də gələcəyəm я тоже приду туда
OPTİMİZM
ORA-BURA
OBASTAN VİKİ
Rita Ora
Rita Ora (ing. Rita Sahatçiu Ora; 26 noyabr 1990, Priştina, Kosova ve Metohiya muxtar vilayəti, Yuqoslaviya SFR) — ingilis müğənni və aktrisa. 2012-ci ildə ilk albomu Ora, Birləşmiş Krallıqda siyahılarda birinci yerə yüksəldi. Albomun ən məşhur sinqlları R.İ.P və How We Do(Party) olmuşdur. Rita Ora, arxa-arxaya üç dəfə zirvədə olmaqla UK Singles Chartda bir nömrə olan ən çox sinqla malik müğənni oldu Həmçinin 2015-ci ildə The Voice UK dördüncü sezonunda jüri stulunda əyləşmişdir.
"Oraq və Çəkic" medalı
"Oraq və Çəkic" medalı — Sosialist Əməyi Qəhrəmanının atributu. == Haqqında == 22 may 1940-cı ildə SSRİ Silahlı Qüvvələri Rəyasət Heyətinin 22 may 1940-cı il tarixli "Sosialist Əməyi Qəhrəmanları üçün əlavə fərqlənmə nişanları haqqında" Fərmanı ilə təsis edilmişdir. SSRİ-nin ən yüksək mükafatı - Lenin ordeni və Ali Sovet Rəyasət Heyətinin diplomu ilə yanaşı verilir. Ümumilikdə “Oraq və çəkic” medalı ilə 20613 nəfər, iki dəfə 201 nəfər, üç dəfə 16 nəfər təltif edilib.
Artemisia oranensis
Artemisia oranensis (lat. Artemisia oranensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Aykut Oray
Aykut Oray (13 oktyabr 1942, Üsküdar, İstanbul - ö. 11 avqust 2009, Köyceğiz, Muğla), Türk teatr, kino və serial aktyorudur.
Azad Oranj Dövləti
Azad Oranj Dövləti və ya Oranj Respublikası (nid. Oranje-Vrijstaat), — vaxtilə Cənubi Afrika ərazisində müstəqil dövlət, sonradan Cənubi Afrika İttifaqı və Cənubi Afrika Respublikası tərkibində vilayət olmuşdur. CAR-ın indiki Fri-Steyt vilayəti ərazisində yerləşib. Respublikanın adı qismən Portuqal çayından yaranır və bu, öz növbəsində Hollandiyalı hökmdar ailəsinin şərəfinə, Portuqaliya Evinin şərəfinə, Robert Yaqub Qordonun köməyi ilə Hollandiyalılar tərəfindən verilmişdir. Azad Oranj dövlətin-də rəsmi dil Holland dilidir. Dövrü Konvensiyasının imzalanması ilə 23 fevral 1854-cü ildə rəsmi olaraq Azad Oranj dövləti kimi müstəqil olmuşdur.
Aşağı Oratağ
Aşağı Oratağ (əvvəlki adı: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır. == Tarixi == XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləŞmış və Sovet hakimiyyəti illərində Nerkin (erm. "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Toponimin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Aşağı Oratağ kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Babək İsgəndərov (Orabanlı)
Babək İsgəndərov ( Orabanlı )
Eucalyptus oraria
Eucalyptus oraria (lat. Eucalyptus oraria) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Köhnə Orand
Köhnə Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 110 nəfərdir. == Toponimiyası == Bu kəndin əsasında yaranmış yeni yaşayış məntəqəsi Orand adlandırıldığından keçmiş kənd Köhnə Orand adını almışdır.
Mamiya Oraxelaşvili
Mamiya Oraxelaşvili (gürc. მამია ორახელაშვილი, rus. Иван (Мамия) Дмитриевич Орахелашвили, İvan (Mamiya) Dmitrieviç Oraxelaşvili; 10 iyun 1881, Kutaisi – 11 dekabr 1937) — Rusiya və Gürcüstanda inqilabi hərəkatda fəal iştirak edən gürcü bolşevik və sovet siyasətçisi. == Erkən həyat və karyera == Rusiya imperiyasının Kutais qubernatorluğunda (indiki Gürcüstanda) mülkədar ailəsində anadan olan Oraxelaşvili Xarkov Universitetində və Sankt-Peterburq Hərbi Tibb Akademiyasında tibb təhsili alıb. O, 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının bolşevik fraksiyasına qoşulmuş, 1905-ci ildə Peterburqda baş vermiş üsyanda fəal iştirak etmişdir. 1906–1914-cü illərdə bir neçə dəfə çar polisi tərəfindən həbs olunub. == Rus inqilabı == 1917-ci ildə bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra Oraxelaşvili Vladiqafqaz Sovetinə sədrlik etdi. 1918–1920-ci illərdə Gürcüstan Demokratik Respublikasında gizli bolşevik dəstəsində çalışmış və Gürcüstan hökuməti tərəfindən həbs edilmişdir. Gürcüstan və Sovet Rusiyası arasında bağlanmış Moskva müqaviləsinə əsasən (1920-ci ilin mayında) azad edilib və daha sonra leqallaşdırılan Gürcüstan Kommunist Partiyasının sədri olub. 1921-ci ilin fevralında Gürcüstanın cənubunda bolşevik təxribatında iştirak etdi.
Nerkin Oratağ
Aşağı Oratağ (əvvəlki adı: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır. == Tarixi == XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləŞmış və Sovet hakimiyyəti illərində Nerkin (erm. "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Toponimin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Aşağı Oratağ kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Oraban
Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. == Toponimikası == Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur. Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır. == Tarixi == Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır.
Oraban bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oracle
Oracle — Microsoftun ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir. 120.000-ni aşan işçisi, 380.000-dən çox müştərisi ilə 145 ölkədə fəaliyyət göstərir. Verilənlər Bazası, tətbiq inkişaf etdirmə vasitələri, tətbiq serveri və də biznes təcrübələri sahələrində proqram həlləri var.
Oracle Corporation
Oracle — Microsoftun ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir. 120.000-ni aşan işçisi, 380.000-dən çox müştərisi ilə 145 ölkədə fəaliyyət göstərir. Verilənlər Bazası, tətbiq inkişaf etdirmə vasitələri, tətbiq serveri və də biznes təcrübələri sahələrində proqram həlləri var.
Oracle Database
Oracle Database (əsasən Oracle kimi tanınır) — Oracle şirkəti tərəfindən istehsal olunan və satılan verilənlər bazasının idarə edilməsi sistemidir. Larry Ellison və onun dostları tərəfindən 1977-ci ildə yaradılmağa başlanmışdır.
Oradur-Sür-Qlan
Oradur-sür-Qlan (Oradour -sur-Glane) — Fransanın Cənub-Qərbində Limoj (Limuzen) şəhərindən 22 km şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində, İkinci Dünya müharibəsi vaxtı 10 iyun 1944-cü ildə SS "Reyx" diviziyasının dəstəsi sakinləri kütləvi surətdə vəhşicəsinə qətl ediblər. Fürer alayının 3-cü rotası kəndə daxil olaraq bütün kişiləri güllələyib. Qadın və uşaqlar kilsəyə toplanaraq partladılıblar. 642 adam məhv edilib, bütün evlər uçurulub və yandırılıb. Kəndin qalıqları insanlığa qarşı cinayət nümunəsi kimi qorunub. Köhnə kəndin dağıntıları yaxınlığında yeni kənd salınıb. Həmin hadisələr fransız rejisöru Robert Enrikonun 1975-ci ildə çəkdiyi "Köhnə tüfəng" filmi üçün əsas olub.
Oradur-sür-Qlan qətliamı
Oradur-sür-Qlan (Oradour -sur-Glane) — Fransanın Cənub-Qərbində Limoj (Limuzen) şəhərindən 22 km şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində, İkinci Dünya müharibəsi vaxtı 10 iyun 1944-cü ildə SS "Reyx" diviziyasının dəstəsi sakinləri kütləvi surətdə vəhşicəsinə qətl ediblər. Fürer alayının 3-cü rotası kəndə daxil olaraq bütün kişiləri güllələyib. Qadın və uşaqlar kilsəyə toplanaraq partladılıblar. 642 adam məhv edilib, bütün evlər uçurulub və yandırılıb. Kəndin qalıqları insanlığa qarşı cinayət nümunəsi kimi qorunub. Köhnə kəndin dağıntıları yaxınlığında yeni kənd salınıb. Həmin hadisələr fransız rejisöru Robert Enrikonun 1975-ci ildə çəkdiyi "Köhnə tüfəng" filmi üçün əsas olub.
Oradya Hava Limanı
Oradya Hava Limanı (rum. Aeroportul Internațional Oradea, mac. Nagyváradi Nemzetközi Repülőtér) (IATA: OMR, ICAO: LROD) — beynəlxalq hava limanı, Rumıniyanın şimal-qərbində Oradya şəhərindən 5 km cənub-qərbdə, Bihor judetsində, Macarıstana aparan avtomobil və dəmir yolu yaxınlığında yerləşir. Rumıniyada turizm potensialının (Baile Felix isti bulaqları, Padişin qoruq ərazisi və s.) inkişafında mühüm amildir. E60 Avropa marşrutu yolunun və inşası davam etdirilən A3 Transilvaniya avtomobil yolunun yaxınlığında yerləşir. 2017-ci ildə müasir bir hava limanının açılması son iki ildə sərnişin və yük daşımalarını iki dəfə artırmışdır. Debresen (82 km, Macarıstan) və Kluj-Napoki (165 km) hava limanlarına rəqib sayılır. == Tikinti == 2009-cu ildə Bixor bölgə rəhbərliyi daha əvvəl mövcud hava limanının uçuş-enmə zolağını genişləndirmək, yük terminalı tikmək və sərnişin terminalını yeniləmək üçün müqavilələr bağlamağa başlayır. Terminal yeniləməsinə yeni xidmətlərin açılması daxildir: avtomobil icarəsi, valyuta mübadiləsi, mağazalar və s. Bixor bölgə komissiyası, Avropa Komissiyasının nümayəndələri ilə 7 fevral 2014-cü ildə hava limanının yenilənməsi üçün Avropa fondlarından 30 milyon avro ayrılması barədə razılığa gəlir.
Orakul
Orakul (lat. oraculum, "danışıram, diləyirəm" mənalarını verən oro sözündən əmələ gəlir) — antik dövrdə ən çox yayılmış fal forması. O, inananların istəyi ilə tanrı adından orakul adlandırılan kahin tərəfindən gələcək haqqında xəbər verməkdən ibarət idi. Daha geniş mənada, orakul həm xəbərin elan olunduğu yer və həmin xəbərin mətni demək idi. Müasir dildə orakul gələcəkdən xəbər verən və həmçinin hər fikiri danılmaz həqiqət və vəhy olan insana deyilir. == Mənşəyi == Delfili Pifiya xaricində bütün qədim orakullar kişi cinsinə aid idilər. Tarixçilər orakulların Qədim Yunanıstana Qədim Şərqdən gəldiyini iddia edirlər, çünki oxşar falçılıq yerləri Mari, Assuriya və Qədim Misir şəhəri olan Butoda mövcud idilər. Herodotun yazdığına görə, Qədim Yunanıstan orakullarından ən qədimi Epir regionunun Dodona şəhərində yerləşirdi. Ora yunanların Elladaya gəlməsindən əvvəl yarandığı güman edilir və ehtimala görə, əvvəl bura yunan ənənəsində yer tanrıçası Geya olaraq təfsir edilən Ana Tanrıçasının müqəddəs yeri idi. Göründüyü kimi, qədim orakkuların hamısı kimi ora da xtonik kultu ilə əlaqəli idi, çünki kahinlər gələcək haqqında xəbərləri müqəddəs palıd yarpaqlarının xışıltısından verirdilər.
Oral seks
Oral seks (lat. os, oris — ağız sözündəndir) — partnyorun cinsi orqanına dodaqlar, dişlər, dil, yanağın içi, boğaz, bütün ağız və bütövlükdə ağız boşluğu və ya bu bədən hissələrinin birləşməsi ilə stimulyasiya etməklə cinsi oyanma və/yaxud həzzin əldə edildiyi cinsi əlaqə. Erogen zonaların stimulyasiyası öpüşmə, yalama, dil ilə masaj hərəkətləri, zərif dişləmə, əmmə (ağız və dodaqların qarşılıqlı hərəkətləri) şəklində olur. Oral seks, insanlardan başqa, digər primatlarda, eləcə də yarasalarda mövcuddur. == Gigiyenik və tibbi aspektləri == Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün oral seks zamanı prezervativlərdən (kişilər üçün) və lateks lentlərdən (qadınlar üçün) istifadə edilməlidir ki, bu, oral cinsi əlaqə zamanı, həmçinin vaginal cinsi əlaqə zamanı mümkündür. Bununla belə, iki səbəbə görə həkimlərin tövsiyələrinə nadir hallarda əməl olunur: hətta nazik prezervativ belə həssaslığı azaldır və xoşagəlməz "rezin" dad cinsi əhval-ruhiyyəni aşağı salır. Oral seks ağız boşluğunda və yuxarı tənəffüs yollarında (kəskin respirator virus infeksiyaları, tonzillit, skarlatina, tonzillit, faringit və s.) hər hansı iltihabi proseslər üçün təhlükəlidir, çünki infeksiya partnyorun cinsiyyət orqanlarına yayılaraq, iltihablı təsirlər yarada bilər. Bu cür infeksiyalar çox vaxt xarakterik olmayan klinik mənzərəyə (diaqnozun qoyulmasını çətinləşdirir) və ya bəzi cinsi yolla keçən infeksiyalara oxşar simptomlara malikdir. Oral seks təcrübəsi nəticəsində bakteriya, virus və göbələklərin yaratdığı yoluxucu xəstəliklər keçə bilər. Ağız mikroorqanizmləri (həm normal şəraitdə, həm də xəstəliklərdə, məsələn, kariyesdə) də ağız boşluğunun iltihabına və cinsiyyət orqanlarının mikroflorasının pozulmasına səbəb ola bilər.
Rex Orange County
Aleksandr Ceyms O'Konnor (4 may 1998) — Rex Orange County ləqəbi ilə tanınan ingilis müğənni, bəstəkar. O'Konnor 2017-ci ildə Tyler, the Creatorun "Qremmi" mükafatına namizəd olan Flower Boy albomundakı "Boredom" mahnısında yer aldıqdan sonra populyarlaşmağa başladı. NPR Music jurnalisti Zoi Kons O'Konnorun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir etdi. O'Konnor bir miksteyp Bcos U Will Never B Free (2015) və üç studiya albomu, Apricot Princess (2017), Pony (2019), Who Cares? (2022), həmçinin Live at Radio City Music Hall (2020) adlı canlı albom buraxdı. == Həyatı == Aleksandr Ceyms O'Konnor 4 may 1998-ci ildə Nina və Fil O'Konnorun ailəsində dünyaya gəlib. Surrey qraflığının Heyzlmir yaxınlığındakı Qreyşot kəndində böyüyüb. O'Konnorun musiqiyə marağı gənc yaşlarından başlayıb. 5 yaşında olarkən anasının işlədiyi məktəbdə xorda iştirak edib. Nağaraçl oldu sonra isə fortepiano ifa etməyi öyrəndi.
Rinorea oraria
Rinorea oraria (lat. Rinorea oraria) — bənövşəkimilər fəsiləsinin rinorea cinsinə aid bitki növü.
Senecio orarius
Senecio orarius (lat. Senecio orarius) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.

Digər lüğətlərdə