Aleksandr Ceyms O'Konnor (4 may 1998) — Rex Orange County ləqəbi ilə tanınan ingilis müğənni, bəstəkar. O'Konnor 2017-ci ildə Tyler, the Creatorun "Qremmi" mükafatına namizəd olan Flower Boy albomundakı "Boredom" mahnısında yer aldıqdan sonra populyarlaşmağa başladı. NPR Music jurnalisti Zoi Kons O'Konnorun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir etdi.[1] O'Konnor bir miksteyp Bcos U Will Never B Free (2015) və üç studiya albomu, Apricot Princess (2017), Pony (2019), Who Cares? (2022), həmçinin Live at Radio City Music Hall (2020) adlı canlı albom buraxdı.
Rex Orange County | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Aleksandr Ceyms O'Konnor[2] |
Ləqəbi | Rex Orange County |
Doğum tarixi | |
Doğum yeri | Qreyşot, İngiltərə |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, müğənni, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 2015–ci ildən |
Janrlar | Caz, hip-hop, bedrum pop, indi-rok, [3]lou-fay,[4] soft rok[5] |
Musiqi alətləri | gitara, piano, zərb qurğusu, bas-gitara, saksofon |
Albom şirkəti | RCA[6] |
rexorangecounty.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Ceyms O'Konnor 4 may 1998-ci ildə Nina və Fil O'Konnorun ailəsində dünyaya gəlib. Surrey qraflığının Heyzlmir yaxınlığındakı Qreyşot kəndində böyüyüb.[7][8] O'Konnorun musiqiyə marağı gənc yaşlarından başlayıb. 5 yaşında olarkən anasının işlədiyi məktəbdə xorda iştirak edib.[9] Nağaraçl oldu sonra isə fortepiano ifa etməyi öyrəndi.
Rex Orange County adı, ona müəllimi tərəfindən verilən "The OC" ləqəbinə əsaslanır.[10] O'Konnor Surrey ştatının Farnham şəhərindəki Frensham Heights məktəbində oxuyub.
Studiya albomları