Nerkin Oratağ

Aşağı Oratağ (bir müddət işlənilən adı: Ortakənd[1][2][3], daha əvvəl: Aşağı Oratağ, daha əvvəl: Nerkin Oratağ[4]) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd.[5] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[6] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır.[4]

Aşağı Oratağ
40°11′18″ şm. e. 46°46′59″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 597 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 776 nəf. (2015)
Xəritəni göstər/gizlə
Aşağı Oratağ xəritədə
Aşağı Oratağ
Aşağı Oratağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Aşağı Oratağ" toponiminin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur.[7]

XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləşmış və Sovet hakimiyyəti illərində Nerkin (ermənicə "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır.[7] Bir müddət kəndin adı Ortakənd kimi qeyd olunurdu[1].

Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arqsında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb.

1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.

Erməni silahlı qüvvələrinin işğalı altında idi. 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Aşağı Oratağ kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[8]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir[7].

  1. 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Ermənistan Azərbaycan ərazilərindəki 277 coğrafi adı erməniləşdirib - SİYAHI". 525-ci qəzet. 07.01.13. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  3. "Ermənistan Azərbaycan ərazilərindəki 277 coğrafi adı erməniləşdirib - SİYAHI". Milli.az (az.). 2013-01-07. 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  4. 1 2 "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  6. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  7. 1 2 3 Aşağı Oratağ // AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. BİRİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. Redaktor: Rübabə Əliyeva. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva, Şəms Qocayeva. Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. 2007. 58. ISBN 978-9952-34-155-3.
  8. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.