osetinlər
oskca
OBASTAN VİKİ
"Oskar" mükafatı
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
81.Oskar mükafatı
Amerika Kino Sənəti Akademiyasının "Oskar" mükafatlarının 81-ci təqdimat mərasimi keçirilib. "Xarabalıqdan çıxmış milyonçu" filmi 2009-cu ilin ən yaxşı filmi seçilib. Bu film 8 "Oskar" qazanıb və "İlin ən yaxşı rejissoru" (Denni Boyl) nominasiyasında da qalib olub. Qazandığı mükafatların sayına görə ikinci yeri "Bencamin Battonun müəmmalı hekayəsi" filmi tutub. Bu film 3 "Oskar" alıb. Üçüncü yerdə hərəsi 2 heykəlcik alan "Qara cəngavər" və "Harvi Milk" filmləridir. "Ən yaxşı kişi rolu" nominasiyasında "Harvi Milk" filmində canlandırdığı obraza görə aktyor Şon Penn qalib seçilib. "Ən yaxşı qadın roluna görə" qızıl heykəlciyi "Oxucu" filmində oynadığı rola görə aktrisa Keyt Uinslet qazanıb. "Ən yaxşı qısametrajlı film" nominasiyasında "Pinkinin gülüşü" filmi "Oskar" alıb. "Ən yaxşı tammetrajlı sənədli film" "Cihaz üstündə insan" filmi seçilib.
Aşağı Oskanlı (Xudafərin)
Aşağı Oskanlı (fars. اسكانلوی سفلی‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,800 nəfər yaşayır (180 ailə).
Eyni ildə iki Oskar mükafatına namizəd göstərilən aktyorların siyahısı
Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir. 2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərilmişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır.
Frid Oskar
Frid (Fried) Oskar (10 avqust 1871, Berlin, Almaniya imperiyası – 5 iyul 1941[…], Moskva, RSFSR, SSRİ) — alman dirijoru, bəstəkar. 1904-cü ildən Berlində Musiqi həvəskarları cəmiyyəti və Müğənnilər ittifaqının rəhbəri olmuşdur. Frid Sovet Rusiyasına gəlmiş ilk əcnəbi dirijordur. 1922-ci ildə V. İ. Leninlə görüşmüş, bu görüş onun gələcək həyatına həlledici təsir göstərmişdir. 1931-ci ildən SSRİ-də yaşaməşdır. 1940-cı ildə SSRİ vətəndaşlığını qəbul etmişdir. Frid Oskar bir sıra orkester, xor,vokal-instrumental əsərlərin müəllifidir.
Hyördis Oskarsdottir
II Oskar
II Oskar (tam adı ilə Oskar Frederik; 21 yanvar 1829 - 8 dekabr 1907) — İsveç (1872-1907) və Norveç (1872-1905) kralı, Österqotland hersoqu. == Həyatı == 1829-cu ildə doğulmuşdu. I Oskar və Yozefina Leuxtenberqin üçüncü oğlu idi. Xaç suyuna salınma mərasimindən sonra şərəfinə 128 dəfə top atılmışdı. 1833-1837-ci ildə filosof Kristofer Yakob Boströmdən şəxsən dərs almışdı. Uppsala universitetinin bitirmişdir. Hələ 11 yaşında dənizçi olaraq hərbi fəaliyyətə başlamışdır. Bundan əlavə o şeirlər də yazırdı. Bir neçə şeir kitabı və tarix araşdırmaları vardı. Musiqi və ədəbiyyatı çox sevən seçkin bir natiq idi.
II Oskar Torpağı
II Oskar Torpağı (norv. Oscar II Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). İsfiord ilə Konqsfiord arasında, Konqsvegen buzlağından qərbdə yerləşir. Torpaq Norveç (1872—1905) və İsveç kralı (1872—1907) olmuş II Oskarın şərəfinə adlandırılmışdır.
I Oskar
I Oskar yaxud tam adı ilə Jozef Fransua Oskar Bernadot (4 iyul 1799[…], Paris – 8 iyul 1859[…], Stokholm kral sarayı[d], Stokholm leni[d]) — 4 iyul 1799–cu ildə doğulmuş, 8 iyul 1859-cu ildə vəfat etmiş və 1844-cü ildən ölənəcən İsveç-Norveç kralı olmuşdur. == Adı == Oskarın adının Skandinaviyada ilk olması, onun xaç atası Napoleon Bonapart'ın şotland şairi Ceyms Makfersonu çox bəyənməsi və əsərlərindəki irland adı olan Oskar'ı çox işlətməsindən qaynaqlanır. O özü isə Skandinaviyada yox, Parisdə doğulmuşdu. Onun anası Dezire Klari Napoleon Bonapartın bir zamanlar nişanlısı olmuşdu. Jozef adı Napoleonun qardaşı Jozef Bonapartdan götürülmüşdür. == Gəncliyi == Təhsilinə 1807-ci ildə başlamışdır. Onlar atasının İsveç kralı olmasından sonra İsveçə köçmüşdülər. O, 1812-ci ildə İsveç və Norveç dilini sürətlə öyrənməyə başladı və tezliklə atası üçün tərcüməçi kimi işləməyə başladı. Bundan əlavə alman dili, kimya və din barədə də məlumatlandırılması üçün fərqli müəllimlər tutulmuşdu. 1815-ci ildə musiqi təhsilinə başladı.
Karl Oskar Bernadot
Karl Oskar Bernadot (14 dekabr 1852, Stokholm kral sarayı[d], Stokholm leni[d] – 13 mart 1854, Stokholm kral sarayı[d], Stokholm leni[d]) — İsveç şahzadəsi. == Həyatı == Karl Oskar Bernadot 14 dekabr 1852-ci ildə Stokholmda doğulmuş İsveç şahzadəsidir. O XV Karlın tək oğlu idi. Kiçik yaşda pnevmoniyadan öldü.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Oskar mükafatı (2017)
90-cı Oskar mükafatı — Kinematoqrafiya incəsənət və elm akademiyası tərəfindən 2017-ci ilin ən yaxşı filmlərini qeyd etmək üçün təqdim edilən və Hollivudun Dolbi teatrında baş tutan mükafatlandırma mərasimidir. Ənənəvi olaraq hər il fevral ayının sonunda keçirilən mərasim, bu il 2018 Qış Olimpiya Oyunları ilə efir vaxtının toqquşmaması üçün martın əvvəlində təşkil edilmişdir. Mərasim zamanı akademiya 24 nominasiyada mükafatları təqdim etmişdir. Mərasim ABŞ-də Maykl De Luka və Cennifer Toddun prodüserliyi, Qlenn Veyssin rejissorluğu ilə American Broadcasting Company tərəfindən yayımlanmışdır. Mərasimə ev sahibliyi edən komediyaçı Cimmi Kimmel, 1997-1998-ci illərdə mərasimə ev sahibliyi etmiş Billi Kristaldan sonra iki il ard-arda mərasimi qəbul etmiş ikinci şəxs olmuşdur. 11 noyabr 2017-ci ildə Kinematoqrafiya incəsənət və elm akademiyası Hollivud və Haylend Mərkəzinin Böyük bal salonunda 9-cu ənənəvi Qubernator mükafatlarının təqdim edilməsi mərasimini keçirmişdir. 10 fevral 2018-ci ildə Kaliforniyanın Beverli-Hills şəhərindəki Beverli Uaylşir otelində Patrik Stüartın iştirakı ilə Akademiya Elm və Texnika Mükafatı təqdim edilmişdir. == Laureatlar və nominantlar == 90-cı Oskar mükafatlarının nominantları 23 yanvar 2018-ci ildə Akademiya, aktrisa Tiffani Heddiş və aktyor Endi Serkis tərəfindən Kaliforniyanın Beverli-Hills şəhərindəki Samuel Qoldvin teatrından canlı yayımla açıqlanmışdır. Nominasiya sayına görə "Suyun forması" birinci (13 nominasiya), "Dünkerk" ikinci (8 nominasiya) və "Ebbinq, Missuri sərhəddində üç bilbord" üçüncü (7 nominasiya) olmuşdur. === Mükafatlar === Qaliblər siyahıda birinci göstərilmiş, bold şriftlə və iki xəncərlə () işarələnmişdir.
Oskar mükafatı (2018)
91-ci Oskar mükafatı — Kinematoqrafiya incəsənət və elm akademiyası tərəfindən 2018-ci ilin ən yaxşı filmlərini qeyd etmək üçün təqdim edilən və Hollivudun Dolbi teatrında baş tutan mükafatlandırma mərasimidir. Mərasim 24 fevral 2019-cu ildə baş tutmuşdur. Mərasim zamanı Akademiyanın 24 nominasiyada Akademiya mükafatı (Oskar mükafatı kimi məşhurdur) təqdim edilmişdir. Mərasim, ABŞ-nin ABC telekanalı tərəfindən canlı yayımlanmışdır. Həmçinin, 18 noyabr 2018-ci ildə Kinematoqrafiya incəsənət və elm akademiyasının təşkilatçılığı ilə, Hollywood and Highland Center əyləncə mərkəzinin Böyük bal zalında 10-cu Qubernator mükafatının təqdim edilmə mərasimi baş tutmuşdur.
Oskar mükafatı (2020)
93-cü Oskar mükafatı — Kinematoqrafiya incəsənət və elm akademiyası tərəfindən 2020-ci ilin ən yaxşı filmlərini qeyd etmək üçün təşkil edilən mükafatlandırma mərasimidir. Mərasim 25 aprel 2021-ci ildə Los-Ancelesin Yunion-Steyşn dəmiryolu stansiyası və Dolbi Teatrında baş tutmuşdur. COVID-19 pandemiyasının kinematoqrafa təsirləri səbəbi ilə mərasim planlaşdırıldığından iki ay gec həyata keçirilmişdir. Nominantların siyahısı 15 mart 2021-ci ildə açıqlanmışdır. "Köçərilərin torpağı" filmi Ən yaxşı film nominasiyası da daxil olmaqla mərasim gecəsində üç mükafat qazanmışdır. "Ata", "İuda və Qara messiya", "Ma Reyni:Bluzun anası", "Mank", "Ruh" və "Metalın səsi" filmlərinin hər biri iki mükafat qazanmışdır. "Daha bir halqa", "Kolett", "Nəsə olsa bil ki, səni sevirəm", "Minari", "Müəllimim osminoq", "Ümid verən qız", "Ehkam" və "İki uzaq yad" filmləri isə bir mükafat qazanmışdır. 2006-cı ildə baş tutan 78-ci Oskar mükafatları mərasimindən sonra ilk dəfə 2020-ci ildə heç bir film üçdən artıq mükafat qazanmamışdır. 1972-ci ildə baş tutan 44-cü Oskar mükafatlarının Çarli Çaplinə Fəxri mükafat verilməsi ilə başa çatmasından sonra, 2020-ci ilin mərasimi "Ən yaxşı film" nominantının elan edilməməsi ilə başa çatan ikinci mərasim (mərasim Ən yaxşı kişi və Ən yaxşı qadın nominasiyalarının elan edilməsi ilə başa çatmışdır) olmuşdur. 2020-ci ilin mükafatlandırma mərasimi 9.85 milyon izləyici sayı ilə tarix boyunca ən az izlənən mərasim olmuşdur.
Oskar və çəhrayı xanım (roman)
Oskar Çavez
Oskar Çavez (20 mart 1935 – 30 aprel 2020) meksikalı müğənni,yazıçı,bəstəkar və aktyor. == Həyatı == Çavez 20 Mart 1935-ci ildə Meksiko şəhərində doğdu. 1960-cı və 1970-ci illərin məşhur sənətkarlarındandır. Meksika Xalq Musiqisinin başda gələn adlarından birisi olaraq "Por Ti" və "Macondo" kimi populyar mahnılar yaratdı. == Ölümü == Çavez 30 Aprel 2020-ci ildə COVID-19 səbəbilə doğum yeri Meksiko Şəhərində 85 yaşında öldü. == İstinadlar == == Mənbə == Óscar Chávez.
Oskar Şindler
Oskar Şindler (Oscar Schindler; 28 aprel 1908[…], Svitavi[d] – 9 oktyabr 1974[…], Hildeshaym[d], Aşağı Saksoniya) — İkinci Dünya Müharibəsində, Polşada və bugünkü Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1200-ə qədər Yəhudini Holokostdan qurtaran alman iş adamı. == Həyatı == Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moravia bölgəsində, Zwittauda anadan olmuşdur. Zwittau bugünkü Çexiya Respublikasının vilayəti olub,"Svitanya" adlanır. Oskar Şindlerin valideynləri Hans Şindler və Anası Fransziska Luser, Roma katoliki idilər, ancaq onlar Oskar 27 yaşında olarkən boşandılar. Oskar bacısı Elfriede ilə çox yaxın idi. Məktəbdən sonra Bronada bir elektrik mühəndisliyi firmasında marketinq olaraq işləyirdi. 1930-cu ildə bir neçə dəfə iş dəyişdirdi. Ayrıca bir çox fərqli iş qurmağı sınadı ancaq həmin ildə olan Böyük Böhran səbəbi ilə bir çox iş adamları kimi o da iflas etdi. Çexoslovakiya vətəndaşı olmasına baxmayaraq Şindler Alman ordu kəşfiyyatı üçün çalışmağa başladı. 1938-ci ilin iyul ayında gördüyü işlərə görə həbsə atıldı, ancaq Münhen razılaşmasından sonra bir siyasi məhbus olaraq əfv edildi.
Oskar Şmerlinq
Oskar İvanoviç Şmerlinq (rus. Оскар Иванович Шмерлинг; 1 (13) iyul 1863[…], Stavropol, Stavropol quberniyası[d], Rusiya imperiyası – 2 yanvar 1938[…], Tbilisi, Gürcüstan SSR, SSRİ) — alman mənşəli rus və gürcü rəssamı, karikaturaçı, "Molla Nəsrəddin" jurnalının əməkdaşı. == Həyatı və rəsm fəaliyyəti == Oskar Şmerlinq 1863-cü ildə Stavropolda hərbi qulluqçu ailəsində anadan olub. Tbilisi realnı məktəbində oxuyub. 1880–1881-ci illərdə özünün müstəqil "Ağcaqanad" (gürc. კოღო) jurnalını çıxarır, lakin bu jurnal maddi imkanlar baxımından yetərli olmur. Həmin illərdə "Falanj" (gürc. ფალანგა) jurnalına qoşulur, lakin karikatura barəsində təcrübəli olmadığı üçün 1884-cü ildə peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır. 1889-cu ildə akademiyanı gümüş medalla bitirir. Oranı bitiridikdən sonra 1 il ərzində Qarabağda atasının evində, Xankəndində yaşayır və Şuşada təşkil olunmuş teatr tamaşalarına teatr truppası yığır.
Oskari Sallinen
Oskari Sallinen (22 iyun 2001-ci ildə Finlandiyada anadan olub) — JJK klubundan icarə əsasında da Erediviziya təmsilçilərindən olan Qroningen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === Villiketut === Sallinen Villiketut akademiyası vasitəsilə inkişaf etmişdir. Sallinen öz peşəkar karyerasında debütünü 7 may 2017-ci ildə TP-47 klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Villiketut liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. === JJK === Sallinen 2017-ci ilin yayında JJK klubuna transfer olmuşdur. O, klub ilə debütünü 15 iyun 2017-ci ildə HJK Helsinki klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Tommi Karini əvəz etmişdir. Həmin görüşdə JJK liqa görüşündə rəqibinə 4-0 hesabı ilə məğlub olmuşdur. === Qroningen === 19 iyul 2017-ci ildə Sallinen satın alma qarşılığında Erediviziya təmsilçilərindən olan Qroningen klubuna icarəyə verilmişdir.
Oskars Muijnieks
Oskars Muijnieks (9 dekabr 1989) — Latviyalı biatlonçu. Oskars Muijnieks Latviyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Oskars Muijnieks birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Muijnieks 25:56.3 saniyəlik nəticəsi ilə 87 atlet arasında 66-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Oskolki adaları
Oskolki adaları (rus. Oстрова Осколки) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adaların ümumi sahəsi 1,5 km² təşkil edir. İki qrup adadan ibarətdir: Lisı və Şişki, Peşernaya və Kira qayalıqları. Lisi (Tülkülər) adası burafa çoxlu sayda tülkünün olması ilə əlaqədar verilmişdir. Şişki qayalıqları isə dörd qayalıqdan ibarətdir. 1946-cı ildə təşkil olunan ekspedisiya zamanı adaların xarici görünüşü ilə əlaqədar Şaşki (Dama oyunundakı daşlar mənasında) adlandırılsada, kartoqrafın və redaktorun səhvi ucbatından Şişki olaraq təhrif olunuşdur. Şikotan adasından Şpanberq boğazı ilə (20 km şimal-şərq), Zelyonı adasından isə Polonski boğazı ilə ayrılır.
Paradise Oskar
Paradise Oskar (azərb. Paradays Oskar‎; gəlçək adı- Aksel Enström isv. Axel Ehnström; 23 oktyabr 1990) — Finlandiyada yaşayan İsveçli müğənni.
Qustav Oskar Bernadot
Şahzadə Qustav (15 iyun 1827-ci ildə doğulmuş, 24 sentyabr 1852-ci ildə vəfat etmiş) — İsveç-Norveç şahzadəsidir. Qardaşı XV Karldan bir yaş kiçik idi. == Həyatı == 11 fevral 1846-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü elan olunmuşdu. Qardaşı ilə birlikdə Uppsala Universitetini bitirmişdi. O təhsilli bəstəkar və musiqiçi olaraq bilinirdi. Onun bəstələdiyi Studentsången (Tələbə mahnısı) və Vårsång (Bahar mahnısı) hələ də İsveçin ən məşhur musiqilərindəndir. Onun 50-dən çox bəstələdiyi marş, romans və mahnıları qorunub saxlanıb. 1852-ci ildə qarın yatalağından vəfat etdi. == Əsərləri == === Piano üçün === Till Andra livgardet, 1843 Marsch till Livregementets dragoner, 1843 Dragonmarschen, 1843 Eugeniavals, 1844 Polka , 1844 Tullgarnsgalopp, 1844 Sorgmarsch, 1844 Till Andra livgrenadjärregementet, 1846 Debardeurmarsch, 1847. Militärrast, 1848.
Starı Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir