Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər.[1] Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir.[2]
2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərilmişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır. Skarlett Yohansson isə "Evlilik hekayəsi" və "Dovşan Coco" filmlərindəki roluna görə 92-ci Oskar mükafatında qazandığı iki namizədliklə eyni ildə iki namizədlik qazanan son aktyordur.[3] İki mükafatı eyni ildə qazanan olmamışdır. Siqurni Viver ("Dumandakı qorillər" və "İşləyən qız"),[4] Emma Tompson ("Günün qalıqları" və "Atanın adı ilə"),[5] Culianna Mur ("Cənnətdən uzaqda" və "Saatlar"),[6] Keyt Blanşett ("Elizabet: Qızıl əsr" və "Mən orada deyiləm") və Skarlett Yohansson ("Evlilik hekayəsi" və "Dovşan Coco") namizəd göstərilsə də, mükafat qazanmayan beş aktyordur. Bunlardan Tompson aktyor namizədliyindən əlavə ssenarist namizədliyi də qazanan tək şəxsdir. Bu illər içərisində sadəcə 1993-cü ildə iki namizədlik qazanan iki fəqli aktyor olmuşdur: Holli Hanter ("Piano" və "Firma" filmləri ilə) və Emma Tompson "Günün qalıqları" və "Atanın adı ilə" filmləri ilə).
İl (Mərasim) |
Aktyor/Aktrisa | Kateqoriya | Namizəd göstərilən film | Nəticə |
---|---|---|---|---|
1938 (11-ci) |
Fey Beynter | Ən yaxşı aktrisa | Ağ bannerlər | Namizəd |
Ən yaxşı ikinci plan aktrisa | İezabel | Qazandı | ||
1942 (15-ci) |
Tereza Rayt | Ən yaxşı aktrisa | Yanki qüruru | Namizəd |
Ən yaxşı ikinci plan aktrisa | Xanım Miniver | Qazandı | ||
1944 (17-ci) |
Barri Fitscerald | Ən yaxşı aktyor | Öz yolunla get | Namizəd |
Ən yaxşı ikinci plan aktyor | Qazandı | |||
1982 (55-ci) |
Cessika Lanc | Ən yaxşı aktrisa | Frensis | Namizəd |
Ən yaxşı ikinci plan aktrisa | Tutsi | Qazandı | ||
1988 (61-ci) |
Siqurni Viver | Ən yaxşı aktrisa | Dumandakı qorillər | Namizəd |
Ən yaxşı ikinci plan aktrisa | İşləyən qız | Namizəd | ||
1992 (65-ci) |
Al Paçino | Ən yaxşı aktyor | Qadın ətri | Qazandı |
Ən yaxşı ikinci plan aktyor | Qlenqarri Qlen Ross | Namizəd | ||
1993 (66-cı) |
Holli Hanter | Ən yaxşı aktrisa | Piano | Qazandı |
Ən yaxşı ikinci plan aktrisa | Firma | Namizəd | ||
Emma Tompson | Ən yaxşı aktrisa | Günün qalıqları | Namizəd | |
Ən yaxşı ikinci plan aktrisa | Atanın adı ilə | Namizəd | ||
2002 (75-ci) |
Culianna Mur | Ən yaxşı aktrisa | Cənnətdən uzaqda | Namizəd |
Ən yaxşı ikinci plan aktrisa | Saatlar | Namizəd | ||
2004 (77-ci) |
Ceymi Foks | Ən yaxşı aktyor | Rey | Qazandı |
Ən yaxşı ikinci plan aktyor | Girov | Namizəd | ||
2007 (80-ci) |
Keyt Blanşett | Ən yaxşı aktrisa | Elizabet: Qızıl əsr | Namizəd |
Ən yaxşı ikinci plan aktrisa | Mən orada deyiləm | Namizəd | ||
2019 (92-ci) |
Skarlett Yohansson | Ən yaxşı aktrisa | Evlilik hekayəsi | Namizəd |
Ən yaxşı ikinci plan aktrisa | Dovşan Coco | Namizəd |