press-monitorinq
press-reliz
OBASTAN VİKİ
Reklam
Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi. Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir. Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər. Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
ANS Press
ANS Press — Azərbaycanda fəaliyyət göstərən xəbər agentliyi. 18 iyul 2016-cı il tarixində ANS TV və ANS ÇM ilə birlikdə fəaliyyəti dayandırılmış, 16 fevral 2023-ci il tarixindən etibarən öz fəaliyyətini bərpa etmişdir.
Associated Press
Associated Press (AP) — ABŞ-nin Nyu-York şəhərində yerləşən beynəlxalq xəbər agentliyi.
Hidravlik press
Hidravlik pres boru ilə birləşdirilmiş müxtelif diametrli porşenləri olan iki slindirdən Silindirler mayə ilə doldurulur.Porşenlərin sahələri S1 və S2-dir və S2>S1.Kiçik porşenə perpendikulyar istiqamətdə F1 qüvvəsi ilə təsir etdikdə mayedə p=F1÷S1 tezyiqi yaranar.Paskal qanununa görə bu təzyiqi mayənin bütün nöqtələrinə verilir.Nəticədə ikinci silindirdeki porşenə maye tərəfindən F2=p×S2 F1=pхS1 qüvvəsi təsir edir.Deməli,böyük porşenin sahəsi kiçik porşenin sahəsindən neçə dəfə böyükdürsə,hidravlik pres qüvvədə bir o qədər qazanc verir.Onda, F1÷F2=S1÷S2 yəni porşenlərə təsir edən təzyiq qüvvələri onların sahələri ilə düz mütənasibdir. Fərz edək ki,birinci porşen h1 qədər aşağı düşmüş,ikinci porşen isə h2 qədər yuxarı qalxmışdır.Maye sıxılmayan olduğuna göre h1S1=h2S2 və ya h1÷h2=S2÷S1 Onda F1÷F2=h2÷h1=v2=v1 alını, Fərz edək ki,birinci porşen h1 qədər aşağı düşmüş,ikinci porşen isə h2 qədər yuxarı qalxmışdır.Maye sıxılmayan olduğuna göre h1S1=h2S2 və ya h1÷h2=S2÷S1 Onda F1÷F2=h2÷h1=v2=v1 r, yəni porşenlərə təsir edən qüvvələr onların yerdəyişmələri(sürətləri)ilə tərs mütənasibdir.
MIT Press
MIT Press — elmi və texniki nəşrlərdə ixtisaslaşan Kembricdə (ABŞ, Massaçusetts) yerləşən Massaçusets Texnologiya İnstitutu (MIT) nəşriyyatı. MIT Press müntəzəm olaraq 30-dan çox jurnal nəşr edir. == Tarixi == 1926-cı ildə Massaçusets Texnologiya İnstitutu ilk nəşrini — M. Born İnstitutunda mühazirələr kursunu öz loqotipi altında nəşr etdi. 1932-ci ildə Ceyms Killianın təşəbbüsü ilə MIT-nin sponsorluğu ilə Texnologiyalar Mətbuatı yaradıldı. Sonrakı beş il ərzində nəşriyyatda səkkiz nəşr çap edildi . 1937-1962-ci illərdə Texnologiya Pressin nəşr və ticarət funksiyaları John Wiley & Sons tərəfindən yerinə yetirildi. 1962-ci ildən etibarən "MIT Press" müasir ad altında müstəqil bir nəşriyyat kimi fəaliyyət göstərir. 1960-cı illərin sonlarında nəşriyyatın jurnal şöbəsi yaradıldı. Kafedranın qurulmasından qısa müddət sonra nəşr olunan ilk jurnallar Fənlərarası tarix jurnalı idi.. == İstinadlar == == Xarici keçidlər == "MIT Press Journals" (ingilis).
Microsoft Press
Microsoft Press — Microsoft şirkətinin nəşr qolu. Tez-tez müxtəlif Microsoft texnologiyaları ilə bağlı kitablar nəşr edir. Microsoft Press qolunun ilk kitabları 1984-cü ildə Qərbi Sahil Kompüter sərgisində təqdim edilən Keri Lunun Apple Macintosh kitabı və Peter Nortonun IBM PCjr Home Computer olmuşdur. Nəşriyyat qolu, sonradan Çarlz Petzold, Stiv MakKonell, Mark Rusinoviç və Ceffri Ritçer kimi tanınmış müəlliflərin kitablarını nəşr etməyə davam etdi. 2009-cu ildə imzalanan müqavilədən sonra O'Reilly Media Microsoft Press kitablarının rəsmi distribyutoru oldu. 2014-cü ildə Pearson distribyutoru olaraq dəyişdirildi. 2016-cı ilin iyul ayında Microsoft Press şirkətinin işçiləri işdən azad edildi.
Press-kit
Press-kit – 1)hər hansı firma haqqında press relizlər, fotoqraflar, bukletlər və digər soraq məlumatlarından ibarət plastik və ya qalın kağızdan qovluq; 2)pablisitinin yaradılması məqsədi ilə, adətən, kütləvi informasiya vasitələri nümayəndələri suallar verir və həmin şəxslər tərəfindən suallar cavablandırılır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Yen Press
Yen Press — ABŞ manqa və qrafik roman nəşriyyatı. Kadokawa Corporation və Hachette Book Group bu nəşriyyatın sahibi olan şirkətlərdir. Kitab nəşr etməklə yanaşı, Yen Press "Yen Plus" adlı aylıq manqa antologiyası da nəşr edir. Nəşriyyat Yaponiya manqalarını, Çin manhualarını və Koreya manhvalarını lisenziyalaşdırıb tərcümə edilmiş halda buraxır. Tərcümə etməklə yanaşı Yen Press orijinal manqalar da nəşr edir. Məsələn, "Maximum Ride" və "Nightschool" bu nəşriyyatın buraxdığı orijinal manqalardır. == Tarix == Yen Press 2006-cı ildə keçmiş Borders Group alıcısı Kurt Hassler və DC Comics əməkdaşı Rik Conson (bu imprinti 2008-ci ilin payızında tərk edib). 2007-ci ilin iyulunda nəşriyyatın Koreya nəşriyyatı ICEkunion ilə əməkdaşlı edib ABŞ-də manhva buraxacağı anons edilmişdir. 2008-ci ildə baş tutmuş New York Comic Con tədbirində Yen Press "Soul Eater", "Nabari no Ou", "Sumomomo Momomo", "Bamboo Blade" və "Higurashi no Naku Koro ni" manqalarını aylıq manqa antologiyası "Yen Plus"-da nəşr edəcəyini açıqlamışdır. Antologiyanın ilk sayı 29 iyul 2008-ci ildə buraxılmışdır.
Press-reliz
Press-reliz — məlumat vermək, rəsmi açıqlama və ya ictimaiyyətə açıqlanması üçün elan vermək məqsədilə media mənsublarına verilən rəsmi açıqlama. Press-relizlər həm də ilkin mənbə hesab olunur, yəni onlar məlumat üçün orijinal informatorlardır. Press-reliz ənənəvi olaraq başlıq, tarix, giriş, əsas və digər komponentlər daxil olmaqla doqquz struktur elementdən ibarətdir. Press-relizlər adətən elektron şəkildə mətbuata çatdırılır, istifadəyə hazırdır və çox vaxt xəbər embarqosu kimi tanınan "filan tarixdən əvvəl istifadə etməyin" qaydasına tabedir. Press-relizlərin xüsusi nümunəsi kommunike (/kəˈmjuːnɪkeɪ/) ola bilər. Bu ictimai qurum tərəfindən verilər qısa hesabat və ya bəyanatdır. Kommunike adətən beynəlxalq liderlərin yüksək səviyyəli görüşündən sonra verilir. Press-reliz materialından istifadə media korporasiyalarına fayda verə bilər, çünki o xərcləri azaltmağa və media agentliyinin müəyyən vaxt ərzində çıxara biləcəyi materialın həcmini yaxşılaşdırmağa kömək edir. Material əvvəlcədən hazırlandığına görə, press-relizlər jurnalistlərin nəinki xəbər yazmaq üçün vaxtına, həm də xəbəri birbaşa əldə etmək üçün lazım olan vaxta və pula qənaət edir. Press-relizdən istifadə xəbər agentliyinin vaxtına və puluna qənaət etsə də, onun məzmununun formatını və üslubunu məhdudlaşdırır.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
Turizm sahəsində reklam
Turizm sahəsində reklam - informasiya fəaliyyəti iki səviyyədə həyata keçirilir: a) Dövlət və ya makrosəviyyədə b) Kommersiya strukturları səviyyəsində və ya mikrosəviyyədə == Makrosəviyyəli reklam == Dövlət tənzimlənmə orqanları tərəfindən həyata keçirilir. ÜTT onları ümumiləşdirərək, Milli Turizm Təşkilatları (MTT) adlandırır. Regionların, bələdiyyələrin turizmi idarə edən orqanları və assosiasiyaları da belə təşkilatlar sırasına aid edilir. Makrosəviyyəli reklam əsas məqsədi: ölkənin və ya onun regionların xoş simasını yaratmaq potensial istehlakçıda öz səyahəti üçün çox saylı turist istiqamətləri arasında yalnız bu ölkəni və ya regionu seçməyə həvəs yaratmaqdır. == Mikrosəviyyəli reklam == Mikrosəviyyəli və ya kommersiya xarakterli reklamın əsas məqsədi ölkənin xoş simasını yaradan reklamdan fərqli olaraq, alıcını bazarda təklif edilən çoxsaylı məhsullar arasında yalnız konkret məhsul almağa sovq etməkdir. Turizmdə reklam vasitələrinə aşağıdakılar aid edilir: Kütləvi informasiya vasitələri Çap reklam nəşləri Kino və videoreklam Küçə reklamı Reklam suvenirləri Sərgilər, birjalar, yarmarkalar və s.
Ərəb ölkərində reklam
“Reklam araşdırmaları jurnalı”na əsasən ərəb dünyasında reklam üçün baş vasitə televiziyadır. Baxmayaraq ki, keçmişdə hökumətin televiziya izləməsinə qoyduğu məhdudiyyətlər səbəbindən reklam əsasən çap və digər mediada cəmləşmişdir.Jurnalda qeyd olunur ki, bir çox ərəb ölkələrində peyk televiziyasına yüksək tələb və geniş istifadə kommersiyanı aşağı qiymətlərlə təklif edir və bu da televiziyanı əsas marketing alətinə çevirir. == İnkişafı == Dubai Press Clubun[Press Club] qeydinə görə Ərəb dünyasında onlayn jurnalist xəbərləri alanların sayının çap vasitəsinin alanların sayından getdikcə artması çap reklam bazarını azaltmış və onlayn reklam imkanlarını isə artırmışdır. Lakin, Dubai Press Club eyni zamanda qeyd edir ki, internet hələ Ərəb ölkələrinin hər yerində mümkün deyil. == Qadınların reklamda çəkilməsi == “Business İnsider” əsasən qadınların ümumiyyətlə Ərəb dünyasındakı reklamlarda çəkilməməsi strereotipi yanlışdır . Lakin Qərb ölkələri ilə müqayisədə Ərəb ölkələrinin reklamlarında qadınlar daha az çəkilir. Bununla belə, qadının reklamda çəkilməsi konkret ərəb ölkəsindən və onun nə dərəcədə sosial konservativ olmasında asılıdır.Qeyd etdiyim kimi, sarışın saçlı qızlar Ərəb ölkələrində reklamlarda faktiki olaraq çəkilmir. Nəticədə xırda biznes sahibləri Ərəb dünyasında reklamdan istifaə etməmiş onun müxtəlif ərazilərində individual olaraq əvvəlcədən tədqiqat aparmalıdırlar. == İslam Mədəniyyətindən istifadə == Ərəb dünyasında reklamların hamısının müsəlman stereotipləri ilə uyğunlaşmamasına baxmayaraq, onların içərisində uyğunlaşanlar da vardır . Reklamlarda tez-tez insanların ənənəvi geyimlərində olmaları və ya islam və ya yerli bayram ilə uyğunlaşmaları çəkilir .
Tokio Reklam Muzeyi
Tokio Reklam Muzeyi (アド・ミュージアム東京, Ado Myuciamu Tokyo) – Yaponiyanın Tokio şəhərinin Minato rayonunda yerləşən muzey. Muzey Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzeydir. == Tarixi == Tokio Reklam Muzeyi 1 dekabr 2002-ci ildə Yoşida Hideo Memorial Fondu tərəfindən Yoşida Hideonun 100 illik yubileyi münasibətilə yaradılmışdır. 2017-ci ilin dekabrında muzeydə yenidənqurma işləri həyata keçirilmişdir. == Xüsusiyyətlər == Ümumi sahəsi 1078,3 m2 olan muzeydəki sərgilər xronoloji ardıcıllıq yerləşdirilmişdir. Muzey Edo dövründə iş adamlarının istifadə etdikləri reklam hiylələrinə həsr olunmuş sərgi ilə başlayır. Burada hikifudalar, nişiki-elər və ebiralar sərgilənir. Sərgidəki məlumatların iddiasına görə həmin dövrdə yaşamış Takatoşi Mitsui dünyanın ilk marketinq dahisi olmuşdur. Muzeydə ümumilikdə təxminən 330 min reklam materialı saxlanılır. Şova dövründə Yaponiyada reklam işi Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır və muzeyin kolleksiyasında həmin dövrə aid "Shiseido", "Calpis" və "Morinaga Milk Caramel" kimi brendlərin reklam məhsulları sərgilənir.
Azeri Press Agency
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Azərbaycan Press Agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Azəri-Press Agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Azəri Press Agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Cambridge University Press
"Cambridge University Press" (abbr. CUP, azərb. Kembric Universiteti Nəşriyyatı‎) — ən qədim və "Oxford University Press"dən sonra ikinci ən böyük universitet nəşriyyatı.
Columbia University Press
Columbia University Press (ing. Kolumbiya Universiteti Nəşriyyatı) — universitet nəşriyyatı.
Cornell University Press
Cornell University Press (ing. Kornell Universiteti Nəşriyyatı) — 1869-cu ildə əsası qoyulan (lakin, 1884-1930 illərin arasında fəaliyyət göstərməyən) və beləliklə ABŞ-nin ilk olan universitet nəşriyyatı.
Harvard University Press
Harvard University Press (abbr. HUP, ing. Harvard Universiteti Nəşriyyatı) — universitet nəşriyyatı.
Oxford University Press
"Oxford University Press" (abbr. OUP, ing. Oksford Universiteti Nəşriyyatı) — ən böyük və "Cambridge University Press"dən sonra ikinci ən qədim universitet nəşriyyatı.
Princeton University Press
Princeton University Press (ing. Prinston Universiteti Nəşriyyatı) — universitet nəşyiyyatı.
Qərbi Azərbaycan press
Qərbi Azərbaycan press - qəzet Müstəqil ictimai-siyasi qəzet Qəzet 24 iyul 2005-ci ildən çıxır. Təsisçi və baş redaktoru: Mürvət Yusifli Redaktor: Zülfiqar Yusifov Baş redaktorun müavini: Şövqi Hacıyev Redaksiya heyəti: Arif Məhərrəmov Şəfayət Fərəcov Məcnun Göyçəli Eldar İsmayıl Niftalı Quliyev Səmənd Abbasov İradə Quliyeva Tərlan Göyçəli Zenfira Məcidova Hacı Hilal == Əlaqə == e-mail: [email protected] tel: 050 486 47 86 tel: 055 490 85 39 == Mənbə == Qərbi Azərbaycan press qəzeti, №02(45), 3 mart 2011-ci il.
The Associated Press
Associated Press (AP) — ABŞ-nin Nyu-York şəhərində yerləşən beynəlxalq xəbər agentliyi.