Tokio Reklam Muzeyi

Tokio Reklam Muzeyi (アド・ミュージアム東京, Ado Myuciamu Tokyo?)Yaponiyanın Tokio şəhərinin Minato rayonunda yerləşən muzey. Muzey Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzeydir.[1]

Tokio Reklam Muzeyi
アド・ミュージアム東京
Xəritə
Açılış tarixi 1 dekabr 2002
Mövzu reklam
Ölkə
Yerləşir Hiqaşi-Şinbaşi[d], Minato, Tokio
35°39′51″ şm. e. 139°45′43″ ş. u.
admt.jp
admt.jp/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tokio Reklam Muzeyi 1 dekabr 2002-ci ildə Yoşida Hideo Memorial Fondu tərəfindən Yoşida Hideonun 100 illik yubileyi münasibətilə yaradılmışdır.[1] 2017-ci ilin dekabrında muzeydə yenidənqurma işləri həyata keçirilmişdir.[2]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Ümumi sahəsi 1078,3 m2 olan[1] muzeydəki sərgilər xronoloji ardıcıllıq yerləşdirilmişdir. Muzey Edo dövründə iş adamlarının istifadə etdikləri reklam hiylələrinə həsr olunmuş sərgi ilə başlayır.[3] Burada hikifudalar, nişiki-elərebiralar sərgilənir.[4] Sərgidəki məlumatların iddiasına görə həmin dövrdə yaşamış Takatoşi Mitsui dünyanın ilk marketinq dahisi olmuşdur.[3] Muzeydə ümumilikdə təxminən 330 min reklam materialı saxlanılır.[5]

Şova dövründə Yaponiyada reklam işi Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır və muzeyin kolleksiyasında həmin dövrə aid "Shiseido", "Calpis""Morinaga Milk Caramel" kimi brendlərin reklam məhsulları sərgilənir. Muzeyin son sərgisi XX əsrin sonunda Yaponiyada reklamçılığın inkişaf tarixinə həsr olunmuşdur. Burada müxtəlif posterlər və qəzetlərdən kəsilmiş parçalar nümayiş olunur.[3]

Muzeyin tavanından asılmış 4 ədəd bulud formasındakı kiçik kabinlərdə ziyarətçilərin emosiyalarına uyğun şəkildə televiziya reklamları göstərilir. Muzeydə hədiyyə dükkanı və mükafat qazanmış reklamlara həsr olunmuş müvəqqəti sərgi yerləşir.[3]

Muzeyin kitabxanası Yaponiyada reklam kommunikasiyası sahəsində ixtisaslaşmış yeganə kitabxanadır. Kitabxananın tarixi 1966-cı ildən başlayır: həmin il Yoşida Hideo Memorial Zalının Reklam Kitabxanası adı ilə qurulmuşdur. Kitabxanada 30 minə yaxın material saxlanılır: reklam haqqında yapon dilində və xarici dildə kitablar, jurnallar və mükafat qazanmış reklam işləri və s. Kitabxananın materiallarının aparılmasına icazə verilmir, lakin istənilən şəxs baxmaqda sərbəstdir.[6]

  1. 1 2 3 "Museum Overview". Rəsmi saytı (ingiliscə). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.
  2. "館長あいさつ". Rəsmi saytı (yaponca). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.
  3. 1 2 3 4 "Ad Museum Tokyo". Atlas Obscura (ingiliscə). 29 may 2023. 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.
  4. "Permanent Exhibition". Rəsmi saytı (ingiliscə). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.
  5. "コレクション". Rəsmi saytı (yaponca). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.
  6. "Library". Rəsmi saytı (ingiliscə). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • admt.jp — Tokio Reklam Muzeyinin rəsmi saytı