Protokol
Protokol yun. "protokollon" sözündən götürülüb, mənasi "protos"- 1-ci, "kollo"- yapişdirmaq deməkdir — kollegiyal orqanlar (müşavirələr simpoziumlar, seminar, konfrans və s.) tərəfindən müzakirə olunan məsələlərin gedişinin ardıcıl qeyd edildiyi sənəddir. Protokol kollegiyal orqanın kitabı və xüsusi təyin edilmiş şəxs tərəfindən aparılır, sədr və katib tərəfindən imzalanır.
Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasinda təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçilarin siyahisi göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibati və arxivləşdirilməsi qaydasi başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayişlari ilə əlaqəli şəkildə işləməyə başladiqda, sənədlərin tərtibati ilə yanaşi özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladi.
Diplomatik protokol hökumətlərin xarici işlər nazirliklərinin, diplomatik nümayəndəliklərin, diplomatik işçilərin və digər rəsmi şəxslərin beynəlxalq əlaqələrin əməli olaraq gerçəkləşməsi zamanı riayət etdikləri qayda, ənənə və şərtlərin məcmusudur. Diplomatik yazışmalar, rəsmi görüşlər, diplomatik qəbullar, xarici ölkənin dövlət və hökumət başçısının qarşılanması, beynəlxalq təşkilatların xəttilə təşkil olunan toplantılar diplomatik protokol tələbləri çərçivəsində əməli xarakter alır.
Xarici dövlətlərin vəzifəli şəxslərinə, onların bayraq və gerblərinə, himnlərinə hörmət, diplomatik və konsulluq nümayəndəliklərinin imtiyaz və immunitetlərinə əməl edilməsi və s. diplomatik protokol normalari dövlətlərin bir-birinə olan münasibətlərinin göstəricisidir.