Qar (roman)
Qar (tur. Kar ) - Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdır. Orxan Pamuk: "Bu, mənim yetərincə çox səs-küy qopartmış ilk və son siyasi romanımdır...."
Yazıçının türk dilində yazdığı romanda əsərin əsas ideyası ilə bağlı tez-tez istifadə etdiyi “Ka” (əsərin əsas qəhrəmanı), “Kar” (əsərin adı və əsas ideyası), “Kars” (hadisələrin cərəyanetdiyi məkan) sözlərinin ahəngi oxucunun diqqətini ilk dəqiqələrdən özünə cəlb edir. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Türkiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın altında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə yaxından tanış olur. Qars tarix boyu dəfələrlə baş vermiş Rus-Türk müharibələrində əldən-əldən keçmişdir. Rusların Ağ dənizə çıxış, türklərin isə Sovetlər Birliyinə bağlanış nöqtəsi kimi bu şəhərin özünəməxsus taleyi var. Qars özündə Şərq və Qərb mədəniyyətlərini birləşdirir. Bu şəhər müxtəlif etnik qurupların: türklərin, kürdlərin, azərilərin, almanların, ermənilərin və s.yaşadığı məkandır.