Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qar qoyunu[3] (lat. Ovis nivicola "qar olan sahələrdə yaşayan qoyun") — Boşbuynuzlular fəsiləsinə Qoyunlar cinsinə aid növ. Əsasən Şərqi Sibirdə yayılmışdır.
Qar qoyunu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qar qoyunu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bəzi müəlliflər bu canlını müstəqil növ hesab etməyərək, onları Ovis canadensis növünün Ovis canadensis nivicola yarımnövü hesab edirlər[4].
Orta ölçülərə malik qoyun yığcam bədən quruluşuna malikdir. Başı elədə böyük deyil. Qulaqları qısadır (11 sm). Boynu qısa və enlidir. Quyruğuda olduqca qısa və kökdür. Yetkin erkəklərin uzunluğu 140–188 sm, hündürlüyü 76–112 sm, çəkisi 56–150 kq təşkil edir. Dişilər nisbətən balaca olurlar. Uzunluğu 126–179 sm, hündürlüyü 76–100 sm, çəkisi 33–68 kq-dır. Ən iri fərdlər Kamçatka və Çukotkada rast gəlinir.
Diploid qəfəsində cəmi 52 xromoson vardır. Bu isə digər qoyunlarda isə bu daha çoxdur.
Qar qoyunları əsasən ot bitkiləri, şibyə və göbələklərlə qidalanır. Bu canlıların əsas araşdırmaçısı A. A. Danilkin qar qoyunlarının 320 növ bitki ilə qidalana bildiyini bildirmişdir. Yazdan payızın əvvəllərinə qədər əsasən müxtəlif növ bitkilərlə qidalanırlar. Payızın əvvələrindən isə giləmeyvə, şibyə və göbələklərlə qidalanırlar. Qar mövsümü isə onlar dırnqları ilə qarı qazıyaraq altda olan otlarla qidalanırlar.
Yaşayış yerlərində əsas faktor qış ayları yemlə təminatla bağlədır. Bu cinsin adıda yaşadığı ərazilərlə bağlı verilmişdir. Onların qış ayları qidalanması üçün qarın qalınlığının 40 sm-dən çox olmamasıdır.
Onların meydana gəlməsi 40 və ya 100 min il öncəyə aid edilir. Kuril adaları, Aleut adaları, Kamçatka və Saxalin ərazilərində yayılmışdılar.
Müasir arealı 1,4 milyon km² təşkil edir. Əsasən yayıldığı ərazilər dağlıq sahələr. Onlara Kamçatkanın dağlıq əraziləri, Koryak öndağlığı, Stanov silsiləsi, Stanov öndağlığı, Verxoyans dağları, Yablonov silsiləsi boyunca ərazilər qar qoyunlarının müasir arealıdır. XIX əsrdə areal Yenisey çayı hövzəsi və Taymır yarımadasında yerləşən Bırranqa dağları boyunca yayımışdı.
Beynəlxalq Təbiəti Qoruma Birliyinin siyahısında qar qoyunu az təhlükə qarşısında olan növ kimi qeydə alınmışdır. 1960–1990-cı ildə sayları 30–97 min baş, 1997–2003 ildə 50–58 min baş olaraq qiymətləndirilir.