qorçibaşı 2021
qorçubaşı
OBASTAN VİKİ
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Qorçu (Laçın)
Qorçu — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kənddə 1 orta məktəb, 1 mədəniyyət evi, 1 kulub ,poçt, 2 kitabxana və 24 çarpayılıq xəstəxana 1992 ci ilə kimi fəaliyyət göstərmişdir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 64 km.şimal-qərbdə yerləşir.Dəniz səviyyəsindən 1884 m. yüksəklikdə yerləşən kənddə geniş meşə massivi var idi.Qorçu kəndinin relyefi kiçik dağlardan,maili yamaclardan və xırda düzənliklərdən ibarətdirki,kəndin ətrafı əkin və biçənək sahəsinə yararlı torpağa,geniş yaylağı və otlaq sahəsinə malikdir, kəndin cənub-şərq və şimal-şərq tərəfi 4000 hektardan çox hissəsi qədimi qarışıq meşə ilə əhatə olunmuşdur və eyni zamanda meşə sahəsi dövlət tərəfinəndə 1992 ci ilə kimi çox ciddi qorunurdu. == Əhalisi == Kənd əhalisi 1992-ci ildə164 ailə 979 nəfər olmuşdur,Zağaltı kəndi ilə birlikdə 215 ailə 1273 nəfər əhalisi olmuşdur.kənd əhalisi kürd mənşəli olub. 1 ci Qarabağ müharibəsi zamanı 10 İyun 1975-ci ildə Laçın rayon Qorçu kəndində anadan olmuş Şahvələdov İlyas Nəriman oğlu 1994-cü ilin may ayının 9 da Ağdərə rayon Qırmızıkənd kəndində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur, Bərdə rayon şəhidlər xiyabanında dəfin edilib. və Xəlilov Osman Muğan oğlu 11 Fevral 1967 ci ildə Qorçu kəndində doğulub Ağdam rayonunda yaşamışdır,14 may 1994-cü ildə Tər-tər rayon Seyidsulan kəndində gedən döyüşlərdə şəhid olmuşdur Bərdə rayon Şəhidlər xiyabanında dəfin edilib. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qorçu (rütbə)
Qorçu — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub dövlətin sütunu (Ərkani-dövlət) hesab edilirdi. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvilər dövlətinin ən böyük əmirlərindən idi. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. == Mənası və vəzifəsi == İlk dəfə olaraq "Xülasət ət-təvarix" in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir. H. Zərinəzadə bu sözün azərbaycanca "qoruyucu" mənasında olduğunu yazır. Əlyazmalarda qorçulardan Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir. XV yüzilin sonu və XVI yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşılar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşıların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdir.
Qorçu bəy Püsyan
Qorçu bəy Hüseyn bəy oğlu Püsyan (XVIII əsr) — Püsyan elinin başçısı, xalq qəhrəmanı. == Həyatı == Qorçu bəy Hüseyn bəy oğlu XVIII yüzilin birinci yarısında yaşamışdı. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi. XVIII yüzilin birinci yarısına aid erməni mənbələrindən Abram Kretatsinin "İranlı Nadir şah və baş vermiş hadisələr haqqında tarix" əsərində Qorçu bəy haqqında məlumat var. Eçmiadzin kilsəsinin katolikosu olan Abram Kretatsinin göstərilən əsərində XVIII yüzilin 30-cu illərinin ortalarında baş verən Səfəvi-Osmanlı müharibələri, bu müharibələrin gətirdiyi bəlalar nəticəsində Azərbaycan xalqının acınacaqlı vəziyyəti, Nadirin şah seçilməsi kimi tarixi süjetlər göstərilmişdir. Hadisələrin canlı şahidi olan müəlif xalqın yaşayışının dözülməz vəziyyətini ətraflı şəkildə təsvir etmişdir. O cümlədən Qorçu bəylə bağlı məlumat vermişdir . == Ailəsi == Qorçu bəyin İbrahim bəy, Cəfər bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Qorçubəylilər, "Soy" elmi-kütləvi dərgi, 2010, № 8, səh.3–9.
Anar Qorçuyev
Anar Nadir oğlu Qorçuyev (4 yanvar 1987, Qubadlı rayonu – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Qorçuyev 1987-ci il yanvarın 4-də Sumqayıt şəhərində anadan olmuşdur. 1993-cü ildə Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Qorçuyevlər ailəsi Sumqayıt şəhərində yaşamağa başladılar. 2005-2009-cu illərdə Azərbaycan Universitetində (AU) ali təhsil alıb. Ailəli idi. Üç yaşlı bir qızı və ölümündən sonra dünyaya gələn bir övladı yadigar qaldı. == Hərbi xidməti == Anar Qorçuyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun leytenantı olan Anar Qorçuyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Qorçuyev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Qorçubaşı
Qorçubaşı yaxud Qorçibaşı – “Qorçuların rəisi” qızılbaş tayfalarının döyüşçülərindən ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçubaşı “hərbi nazir” idi, onun adi adı da elə Əmir əl-üməra olmuşdur. Salnamələrdə qorçibaşı adını ilk dəfə çəkən Həsən bəy Rumlu hicri 911 (1505-1506)-ci ildə yazırdı ki, bu il Şah İsmayıl “Sultan Heydərlə döyüşdə (onun düşmənlərinin) tərəfində iştirak edənlərin hamısını öldürməyi əmr etmişdir. O, bunu təhqiq etməyi qorçibaşı Əbdül bəy Dədəyə tapşırmışdır.” I Şah İsmayılın anonim tarixində bəzi təfsilatlar vardır. Buradan aydın olur ki, qorçibaşı qoşunla Şirvana yollanmış, çoxlu “türkmanı”, Tabasaran və Şirvan sakinlərini qırmışdır. Əbdül bəy Dədə Talış sakini idi. O, Şeyx Heydərin ölümündən sonra, gənc İsmayıl Gilanda olduğu dövrdə, Ərdəbil təriqətinin işlərini aparmış məhdud şəxslər dairəsinin – “əhl-i ixtisas”ın üzvü olmuşdu. Lakin sonralar qorçibaşı vəzifəsini siyasi həyatda az nəzərə çarpan adamlar tuturlar. Hicri 915 (1509-1510)ci ildə qorçibaşı kimi Yegan bəy Təkəlinin adı çəkilir23. 920 (1514-1515)-ci ildə bu vəzifədə Sarı Pirə Ustaclı olmuşdu.
Qorçubəylilər
Qorçubəylilər — Azərbaycanın qədim soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Qorçu bəy Püsyandır. Qorçu bəy XVII yüzilin ortasında yaşamışdı. Püsyan elinin başçısı idi. Onun adıyla bağlı Qarabağ əyalətinin Keştasf (Keştaz) nahiyəsində yeradına rast gəlinir. Qorçu bəyin Hüseyn bəy, Həsən bəy adlı oğulları vardı. Hüseyn bəy Qorçu bəy oğlu XVII yüzilin ikinci yarısında ömür sürmüşdü. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi. Hüseyn bəyin Qorçu bəy adlı oğlu vardı. II Qorçu bəy Hüseyn bəy oğlu XVIII yüzilin birinci yarısında yaşamışdı.
Qorçukəndi (Əhər)
Qorçukəndi (fars. قورچي كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 251 nəfər yaşayır (49 ailə).
Qorçulu
Qorçulu (Şərur) — Şərur rayonunda kənd. Qorçulu (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Qorçulu (Dərəçiçək)
Qorçulu - İrəvan əyaləti, Dərəçiçək nahiyəsi, İrəvan xanlığı, Dərəçiçək mahalı, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-şərqdə, Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir qolu olan Böyükçayın sağ və sol sahilində yerləşir. Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən qorçu sözünə mənsubluq bildirən –lu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «Qorçulara mənsub, qorçuların yaşadığı kənd» mənasını ifadə edir. Qorçulu sonradan nəsil mənasını kəsb etmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 82 nəfər, 1873 - cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar böyük qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma torpaqlarına dönə bilmişlər.
Qorçulu (Şərur)
Qorçulu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Şəhriyar i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Laçın rayonunun qorçu kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.Coğrafi ad Qorçu oykonimindən və -lu mənsubluq bildirənşək.-dən düzəlib."Qorçu kəndindən gələnlər" mənasındadır.
Səfəvi Qorçubaşılarının siyahısı
Qorçu (fars. قورچی‌باشی‌‎) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub "dövlətin sütun"larından (Ərkani-dövlət) biri hesab edilirdi. == Qorçubaşılarınn siyahısı == === Şah İsmayılın dövrü === Abdal bəy Talış (1506–1509) Yaxan bəy Təkəli (1509–1510) Sarı Pirə Ustaclı (1512) Məntəşə Sultan Ustaçlı (1513) Yaraş bəy Ustaçlı (1514) Əli Sultan Çiçkəli (1518) === I Şah Təhmasibin dövrü === Nadir bəy (1524) Bəkir bəy Ustaçlı (1526–1527) Tatar oğlu Təkəli (1528–1529) Duraq bəy Təkəli (1529–1530) Dura bəy və ya Dədə bəy (1531) Pərvanə bəy Təkəli (153)) Məhəmməd Xəlifə Şamlı (1533–1534) Uğlan Xəlifə Şamlı (1534) Şir Həsən Zülqədər (1534) Sevindik bəy Əfşar (1534–1562) ? Əhməd bəy Əfşar (1574) Yusifqulu Sultan Əfşar (1576-1577) Qulu bəy Əfşar (1576–1577) === II Şah İsmayılın dövrü === Yusifqulu Sultan Əfşar (1576–1577) Qulu bəy Əfşar (1576–1577) İsgəndər bəy Əfşar (1577) Qulu bəy Əfşar (1577) Təhmasibqulu Sultan Əfşar (1577) Kaçal Mustafa Əfşar (1577) === Məhəmməd şah Xudabəndənin dövrü === İsmayılqulu xan (1584) === I Şah Abbasın dövrü === Yusif xan, Qulu bəy Əfşarın oğlu (1587–1588) Bədr bəy Əfşar r (1587–1588) Vəli xan Əfşarr (1588–1589) Allahqulu bəy Qacar (1591–1612) İsa xan Səfəvi (1612–1631) === I Şah Səfinin dövrü === İsa xan Səfəvi (1612–1631) Çıraq xan Zahed (1631–1632) Əmir xan Soklan Zülqədər (1632–1638) Canı bəy Xan Şamlu (1638–1645) === II Şah Abbas === Canı bəy Xan Şamlu (1638–1645) Murtuzqulu xan begdili Şamlu (1645–1648) Murtuzqulu xan Qacar (1648–1663) === Şah Süleyman Səfəvinin dövrü === Kəlbəli xan (1668–1682) Sarı xan Səhəndlı (1682–1691) Şahqulu xan Zəngenah (1691–1699) === Sultan Hüseynin dövrü === Murtuzqulu xan Bijərlü (1698–1699) Şahqulu xan Zəngenah (1699–1707) Cəfərqulu xan Hatəm (1707–1711) Məhəmməd Zaman Xan Şamlı (1711-1715) Səfiqulu xanSafiqoli Khan (1715–1716) Məhəmmədqulu xan Şaml (1716–1720) Əliqulu xan Zəngenah (1720–1721) Şeyx Əli xan Zəngenah (1721) Mustafaqulu xan Səədlü(1721) Fərəcullah xan Abdallu (1721) Məhəmməd xan Abdallu (1721–1726) === II Şah Təhmasibin dövrü === Nadirqulu bəy (1726–1730) Məhəmməd Rza xan Abdallı (1730–1733) === III Şah Abbasın dövrü === Məhəmməd Rza xan Abdallı (1730–1733) Qasım bəy Qaca (1733–1736) == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. 140-149. ISBN 978-1568591353.
Əfqan Qorçuyev
Əfqan Xanış oğlu Qorçuyev (20 aprel 1970, Güləbird, Laçın rayonu – 10 fevral 1994, Füzuli rayonu) - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Əfqan Qorçuyev 1970-ci il aprelin 20-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1977-1978-ci illərdə Güləbird kənd orta məktəbində təhsil alıb. Əfqan əla müvəffəqiyyətinə və nümunəvi davranışına görə 1 sentyabr 1980-ci ildə Respublika Təhsil Nazirliyinin 18 nömrəli tərifnaməsi ilə təltif edilib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra Laçın rayonuna qayıdıb, rayondakı RTS-də sürücü işləyib. 1994-cü il yanvarın 1-də Laçın Rayon Polis Şöbəsində işə düzəlib. Füzuli rayonu ərazisində gedən döyüşlədə iştirak edir. Horadiz kəndi ətrafındagedən döyüşlərdə igidliklə vuruşub. Əfqanın qardaşı Qorçuyev Həbib Xanış oğlu 1990-1993-cü illərdə erməni təcavüzkarları ilə gedən döyüşlərdə iştirak edib.

Значение слова в других словарях