Qorçu (Laçın)

QorçuAzərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd.[2]

Qorçu
39°52′45″ şm. e. 46°20′48″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Laçın
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20 nəf. (2005)[1]
Qorçu xəritədə
Qorçu
Qorçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Laçın rayon Qorçu kəndi haqqında qısa məlumat. Qeyd etmək lazımdır ki, qorçu sözü özündə “qoruq”, “qorumaq”,“qoruyucu” anlayışlarını bildirməklə yanaşı, həm də “gizli” və ya “məxfi” mənasını ehtiva edir.

Qorçu kəndi Kiçik Qafqazın dağlarından biri olan Muxtökən dağ silsiləsinin cənub-şərq ətəyində,mənbəyi Buzxana,Yelligədik,Çalbayır su ayrıcından alan Qorçu çayı və Namlı çayln su qovuşağında,Laçın rayon mərkəzindən 60 km uzaqlıq ərazidə və dəniz səviyyəsindən  1884 metr yüksəklik ərazidə yerləşir.Qorçu kəndi tarixi qaynaqlarda kənd kimi XVII-ci əsrdə təşəkkül tapdığı haqqında məlumatlar var.Belə bir nəticəyə gəliblərki,kəndin təməl daşı XVII-ci əsirdən qabaq qoyulmuşdur Qorçu sözü türk mənşəyli söz olub Qor-çu yəni qoçu başı və eyni zamanda qədim türk ordusunda hərbi rütbə kimi işlədilib.Qorçu kəndi Azərbaycanın başqa kəndləri kimi müxtəlif vaxtlarda müxtəlif tayfalardan gələn türk mənşəli tayfalardan ibarət olub.Kəndin bünövrəsi əsasən Qaraçanlı tayfasından ibarət olub.Qorçu kəndi ADR dövründə inzibati xəritədə Qaraçanlı kimi qeyd olunub.Qorçu kəndinin ərazisində dulusçuluq emalatxanası tarixi yer kimi qalmaqdadır,kəndin yaşlı ağsaqqalları oranı göstərib deyərdilərki,o,yeri əkən vaxtılar saxsı qab qırıntılarından əkmək mümkün deyildi. Qorçu kəndi qərbdən Zağaltı(Alıbəyli)şimal-qərbdən Lolabağırlı kəndi,şərqdən isə Korcabulaq kəndi ilə əhatə olunub,eyni zamanda şimal-qərbdən Kəlbəcər rayonuna məxsus Qalaboynu və Bəylik kənd əraziləri ilədə həmsərhəddir.Qorçu kəndində 1935-1937 ci illərdən 1992-ci ilə kimi kolxoz quruluşlu olub,Qorçu kəndi kolxozçuluq dövründə 16 növ təsərüfata malik olub,maldarlıq,əkinçilik,arıçılıq,atçılıq,quşçuluq və sair Qorçu kəndinin Ağcəbədi rayon Ağgöl adlanan ərazisində yataq yeri olmuşdur.Qorçu kəndi 1965-1966-cı illərdə elektirik enerjisi ilə təmin olunmuşdur.1966 ci ilə qədər 6 kənd bir kalxoz olmuşdur ,1966 cı ildə Qorçu Zağaltı və Oğuldərə kəndi isə bir kalxozu olmuş ,Qarabəyli ,Lolabağırlı və Korcabulaq kəndi isə kalxozu olmuşdur.Qorçu kəndi 1973-ci illə kimi aşağada adarı gösdərilən 6 (altı)kəndlə bir savetlik olmuşdur.Zağaltı ,Oğuldərə,Lolabağırlı,Korcabulaq,və Qarabəyli kəndləri ilə birlikdə 1973 cü ildə Qarabəyli Lolabağırlı,və Korcabulaq kəndləri bir savetlik olmuşdur,1976 cı ildə 6 kənddə kalxoz ləğv edilərək savxoz olmuşdur olmuşdur. 1989 ci ildə savxozlaşma ləğv olunmuş  yenidən 3 (üç)kolxoz yaranmışdır.1990 ildə Oğuldərə kəndi Qorçu kəndindən ayrılara savetlik olmuşdur.Qorçu kəndinin relyefi kiçik dağlardan,maili yamaclardan və xırda düzənliklərdən ibarətdirki,kəndin ətrafı əkin və biçənək sahəsinə yararlı torpağa,geniş yaylağı və otlaq sahəsinə malikdir, kəndin cənub-şərq və şimal-şərq tərəfi 4000 hektardan çox hissəsi qədimi qarışıq meşə ilə əhatə olunmuşdur.Yerli əhali meşənin cüzü hissəsindən yanacaq kimi istifadə edərdilər və eyni zamanda meşə sahəsi dövlət tərəfinəndə 1992 ci ilə kimi  çox ciddi qorunurdu.Qədim qarışıq meşədən qırmızı palıd,adi palıd,vələs,(ulas)və (cır ,alma,armud,2 növ yemişan,ayı gilası,toz ağacı,qaraağac,mırdarça,əzgil,zirinc,söyüd və sair.) kol bitkisi kimi 2 növ qarağat moruq,itburnu,(həmərsin)qoyungözü,tubulğa,nadir kollardan olan gərməşov,kollarından və başqa adlarda ağac və kol bitkiləri ilə zəngindir.Qorçu kəndinin bir çox sosyal mədəni obyektləri daima fəaliyyət göstərib,onlardan poçt məntəqəsi,mədəniyyət evi,24 çarpayılıq xəstəxana,Ferdşil mama məntəqəsi,2 kitabxana,1 kiçik-çörək bişirmə sexi,3 mağaza,kalxozun idarə heyyətinin binası,orta məktəb daima fəaliyyətdə olub,onuda bildirmək istəyirəm ki,Qorçu kənd orta məktəbi 1934-1937-ci illərdə inşa olunmuşdur.Kəndə məxsus  3(üç) dəyirman var idi ki,kənd camahatı köçkünlük dövrünə qədər istifadə edrdilər.Qorçu kəndinə yaxın dağlar Dəmirçi dağı, Çalbayır ,Keşik dağı,Buzxana dağı,Sarıyoxuş yaylağı,Divlər yaylağı,Cəhənnəm dərəsi yaylağı,Qəbrli yaylağı,və kiçik dağ silsilələri və yaylaqları ilə əhatə olunmuşdur.Qorçu kəndinin flora və faunası olduqca zəngin idi,yerli əhali tikinti materyalları kimi əhəng daşından və yerdən çıxan qum karxanasından müasir deyimdə mişardaşı kimi əllə asan hamarlanan göy və qonur daşlardan istifadə edirdilər,məlumat üçün onda bildirirəm ki, hal hazırda Qorçu kənd əhalisinin sayı və təsərüfatı 01.01.2023 cü ilə.381 ailə 1568 nəfər əhalisi varıdır Zağaltı kəndi ilə birlikdə isə 561 ailə 2357 nəfər olmaqla respubilkanın 27 rayon və kəndlərində müvəqqəti məskunlaşmışdır. Ərazisi isə 111000 kv

Geoloji kəşfiyatçıların dediyinə görə “El Alı” deyilən yerdə zəngin civə və uran yataqlarının olduğu müəyyən olunmuşdur.Bunlardan başqa “Yarğanlar” deyilən yerdə daş kömür layı,kobalt yataqları var idi.Kəndin ətrafında adi içməli sudan başqa içməli və müalicəvi əhəmiyyətli turş su və başqa mineral sular var idi.Qorçu kəndinin 2(iki)hərbi və 2(iki)mülkü şəhidi varıdır.39 nəfər 1 ci Qarabağ müharibəsinin veteran döyşçüləri 25 nəfər isə 2 ci Qarabağ müharibəsinin iştirakçılarıdır.6 nəfər isə Qarabağ qazisidir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə 1 orta məktəb, 1 mədəniyyət evi, 1 kulub ,poçt, 2 kitabxana və 24 çarpayılıq xəsdəxana 1992 ci ilə kimi fəaliyyət göstərmişdir.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 64 km.şimal-qərbdə yerləşir.Dəniz səviyyəsindən 1884 m. yüksəklikdə yerləşən kənddə geniş meşə massivi var idi.Qorçu kəndinin relyefi kiçik dağlardan,maili yamaclardan və xırda düzənliklərdən ibarətdirki,kəndin ətrafı əkin və biçənək sahəsinə yararlı torpağa,geniş yaylağı və otlaq sahəsinə malikdir, kəndin cənub-şərq və şimal-şərq tərəfi 4000 hektardan çox hissəsi qədimi qarışıq meşə ilə əhatə olunmuşdur və eyni zamanda meşə sahəsi dövlət tərəfinəndə 1992 ci ilə kimi  çox ciddi qorunurdu.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi 1992-ci ildə164 ailə 979 nəfər olmuşdur,Zağaltı kəndi ilə birlikdə 215 ailə 1273 nəfər əhalisi olmuşdur.

1 ci Qarabağ müharibəsi zamanı 10 İyun 1975-ci ildə Laçın rayon Qorçu kəndində anadan olmuş Şahvələdov İlyas Nəriman oğlu 1994-cü ilin may ayının 9 da Ağdərə rayon Qırmızıkənd kəndində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur, Bərdə rayon şəhidlər xiyabanında dəfin edilib. və Xəlilov Osman Muğan oğlu 11 Fevral 1967 ci ildə Qorçu kəndində doğulub Ağdam rayonunda yaşamışdır,14 may 1994-cü ildə Tər-tər rayon Seyidsulan kəndində gedən döyüşlərdə şəhid olmuşdur Bərdə rayan Şəhidlər xiyabanında dəfin edilib.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi. Kəndin əsas məşğuliyyəti heyvandarlıqla yanaşı Arıçılıq, əkinçilik(Dənli bitkilər,demyə),toxuculuq (gəvə, kilim, palaz, fərməş) olmuşdur. Köhnə hanalar vasitəsilə bu toxuculuğu inkişaf etdirmişlər. Hana-da həvə, kir-kir, kuju ağacı, vərəng-alan və s. alətlərdən istifadə etmişlər. Dağlıq ərazidə bir neçə su dəyirmanlari (Təhməzin dəyirmani, Tanriverdinin dəyirmanı) olmuşdur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və s. əkirdilər. Meşələri dövlət əhəmiyyətli yasaqlıqlar idi. Meşədə qırmızı palıd, cökə, göyrüş, fıstıq, minlərlə meyvə ağacları mövcud idi. Yüzlərlə müalicəvi əhəmiyyətli təbii bulaqları təsərrüfata yararlı otlaq sahələri mövcud idi.

Qorçu çayı[redaktə | mənbəni redaktə et]

Laçın rayonu ərazisində çay,Muxtökən dağ silsiləsidən Mənbəyini 2320 m. yüksəklikdən alır. Qorçu kəndinin ərazisindən axdığı üçün çayın adı belə adlandırılmışdır.[3]

Şəxsiyyətləri[redaktə | mənbəni redaktə et]

Şahvələdov İlyas Nəriman oğlu -I ci Qarabağ müharibəsi zamanı 1994-cü ildə Ağdərə rayon istiqamətində şəhid olmuşdur

Xəlilov Osman Muğan oğlu -I ci Qarabağ müharibəsi zamanı 1994-cü ildə Tər-tər rayon isdiqamətində şəhid olmuşdur

Şahvələdov İlyas Ehtibar oğlu- II ci Qarabağ müharibəsində 2020 ci il Fizuli rayon isdiqamətində şəhid olmuşdur

Paşayev Niftalı Səlim oğlu - II ci Qarabağ müharibəsi zamanı 28 oktyabr 2020 ci ildə Bərdə rayonuna raket düşməsi nəticəsində şəhid olmuşdur

Abbasov Cavanşir Abbas oğlu I ci Qarabağ müharibəsi zamanı yaralanmış və III cü qurup Qarabağ qazisidir

Kamranzadə Kamran İmran oğlu-III cü qrup II ci Qarabağ qazisi və Prezident təqaüdçüsü

Rzayev Səxavət Hüseynalı oğlu I ci Qarabağ müharibəsi iştrakçıları prezdent təqaüdçüləri və uzun müddətdirki Qorçu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyir 2019 cu ildə cənab prezident İ.Əliyev tərəfindən Dövlət qulluğu medalı ilə təltif edilmişdir.

Əliyev Zöhrab Cəfər oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Alıyev Vidadi Vəli oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Qasımov Hidayət Ədil oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Zeynalov Fikrət Zeynalabdin oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Zeynalov Temur Muxdar oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Rzayev Qabil Fərrux oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Aslanov İlqar Namaz oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Alıyev Akif Kamran oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Əşrəfov Əşrəf Qənimət oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Xəlilov Akif Muğan oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Rzayev Vilayət Rza oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Edilxanov Mehdi Edilxan oğlu- I ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri

Rzayev Sənan Sahib oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri -“Suqovuşanın azad olunmasına görə” medalı

Hüseynalıyev Vətənsevər Adəm oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri .“Fizulinin azad olunmasına görə” medalı

Ələkbərov Qoşqar Şəfa oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri-.“Cəbrayılın azad olunmasına görə” medalı“Qubadlının azad olunmasına görə” medalı

Tağıyev Mafariz Kazım oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri .“Şuşanın  azad olunmasına görə” medalı

Mehdiyev Sadiq Kazım oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri .“Şuşanın  azad olunmasına görə” medalı

Hqaverdiyev Murad Adil oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri .“Cəbrayıl  azad olunmasına görə” medalı“Qubadlı azad olunmasına görə” medalı“ Şuşanın  azad olunmasına görə” medalı“Cəsur döyüşçü  görə” medalı

Hacıyev Razil Bəhlul oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri .“Cəbrayıl  azad olunmasına görə” medalı“Xocavənd azad olunmasına görə” medalı“Şuşanın azad olunmasına görə” medalı İgidliyə görə medalı

Hacıyev Ruslan Bəhlul oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri .“Cəbrayıl  azad olunmasına görə” medalı“Şuşanın azad olunmasına görə”

Mönsümov  Şirxan Elşən oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri Fizulinin  azad olunmasına görə” medalı

Şərifli Nail Seymur oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri Suqovuşan azad olunmasına görə” medalı

Qasımov Neymət Səməd oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri .“Suqovuşan azad olunmasına görə” medalı

Şərifov Anar Teymur oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri Cəbrayılın azad olunmasına görə” medalı Qubadlının azad olunmasına görə” medalı

Şərifzadə Amin Eytibar oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri Kəlbəcərin  azad olunmasına görə” medalı

İsmayılzadə Ələddin Rasim oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri Fizulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı,

Alıyev Kənan Camal oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri .“Fizulinin azad olunmasına görə” medalı,Cəbrayılın azad olunmasına görə” medalı

Həsənov Elgün Xudayar oğlu -II ci Qarabağ müharibəsi iştrakçıları və prezdent təqaüdçüləri Cəbrayılın azad olunmasına görə” medalı“ Qubadlının  azad olunmasına görə” medalı“Laçının azad olunmasına görə” medalı

Həmzəyev Elqayıt Saybalı oğlu -II ci Qarabağ müharibəsi iştrakçsı və Laçının azad olunması medalı ilə təltif edilmişdir

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. Qorçu (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.