QULUNC

is. [ ər. əsli yun. ] Soyuqdəymə nəticəsində əksərən kürək əzələlərində əmələ gələn ağrı.
[Sübhanverdizadəyə] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır, dizləri qopur, beli sınır. S.Rəhimov.

□ Qulunc olmaq – soyuq dəymək nəticəsində kürək əzələlərində ağrı əmələ gəlmək.
Bəli, səs düşür ki, şeyx cənablarına soyuq dəyib və qulunc olub. C.Məmmədquluzadə.

Quluncunu sındırmaq (ovmaq, tutmaq) – ağrını sakit etmək üçün kürək əzələlərini tutub ovmaq, sıxmaq.
[Allahqulu:] …Deyir ayağımı ov, ovuram, deyir quluncumu sındır, quluncunu sındırıram, bundan nə çıxar? N.Vəzirov.

Etimologiya

  • QULUNC Alınma sözdür, əsli ərəbcə olsa da, fars dilində çox işlədilir, mənası “sancı” deməkdir. Ruslar ona “колика” deyirlər
QULUN
QULUNCA
OBASTAN VİKİ
Quluncu
Quluncu - Qərbi Azərbaycan ostanının kəndlərindən biridir ki, Urmiya şəhristanının Ənzəl bölümünün Cənubi Ənzəl qəsəbəsində yerləşib.4955 nəfər cəmiyyəti var..Əhalisinin əksəriyyəti kürəsünnilərdən ibarətdir ki Azərbaycan dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.

Digər lüğətlərdə

анти-Но́белевка белесова́то вооружи́ть джерсе́ истязу́емый кро́кус но́гти попе́рчить скромнёшенький транзи́сторный ужо́тко изгла́живать лоза́ перекри́вливать переха́живание уворо́вываться хлю́пнуть bough-pot I quilling stage play иронический малолитражка превращение эксцесс