Quluncu

Quluncuİranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində kənd.

kənd
Quluncu
fars. قولنجی
37°56′06″ şm. e. 44°59′27″ ş. u.HGYO
Ölkə  İran
Region Qərbi Azərbaycan ostanı
Rayon Urmiya şəhristanı
Əhalisi
Əhalisi 5 192 nəfər (2016)
Milli tərkibi Azərbaycan türkləri
Dini tərkibi Müsəlmanlar (sünnüşiə)
Rəqəmsal identifikatorlar
Telefon kodu +98044
Xəritəni göstər/gizlə
Quluncu xəritədə
Quluncu
Quluncu

2016-cı ilin məlumatına görə şəhərdə 5.192 nəfər[1] yaşayır (1,566 ailə).

Əhalisi Azərbaycan türklərindən ibarətdir və azərbaycanca danışırlar.

Quluncu kəndinin əhalisi əsasən sünni hənəfi məzhəbində olan Kürəsünni türkləri qismən isə şiə cəfəri məzhəbində olan türklərdən ibarətdir. Quluncu bütün Cənubi Azərbaycanda sünni hənəfi etiqadlı türklərin kompakt yaşadığı ən böyük yaşayışı məntəqəsidir. Buna baxmayaraq burada şiə cəfəri inanclı türklərin sayı da çoxdur.

Xatəm Əl Nəbiyin Məscidi

Quluncuda ikisi sünnü biri şiə olmaqla birlikdə üç məscid fəaliyyət göstərir. Bunlardan Xatəm Əl Nəbiyin[2] və Məhəmməd RəsulAllah[3] məscidləri sünni; İmamzadə Məscidi[4] isə şiə məzhəbinə məxsusdur.

Tanınmış şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. "Şəhər əhalisi". 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
  2. behtarino:Xatəm Əl Nəbiyin Məscidi
  3. behtarino:Məhəmməd RəsulAllah Məscidi
  4. behtarino: İmamzadə Məscidi