QIVRILTMAQ
QIVRIM-QIVRIM
OBASTAN VİKİ
Qıvrım acıyonca
Qıvrım acıyonca (lat. Coronilla scorpioides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.
Qıvrım boruçiçəyi
Qıvrım lopatikan
Qıvrım qayalar
Qıvrım qayalar — relyefdə bir sıra hamarlanmış asimmetrik çıxıntılar və çökəkliklər əmələ gətirən kiçik qoç kəllələri qruplarına deyilir. Sahil dayazlığında və göllərdə olan qıvrım qayalar saysız-hesabsız xırda, çılpaq adaları-şxerləri əmələ gətirirlər. Qıvrım qayalar landşaftı Kola yarımadasında, Finlandiyada, şxerlər isə Finlandiyanın cənub sahil boyu, xüsusilə Aland arxipelaqı sahəsində geniş yayılmışdır.
Qıvrım xırdaləçək
Qıvrım xırdaləçək (lat. Erigeron crispus) - xırdaləçək cinsinə aid bitki növü.
Qıvrım şeytanqanqalı
Qıvrım şeytanqanqalı (lat. Carduus crispus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin şeytanqanqalı cinsinə aid bitki növü.
Qıvrım boruçiçək
Qıvrım boruçiçək (lat. Solenanthus circinatus) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin boruçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab (iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, yaşıl ot bitkisidir. Gövdəsi 40-80 sm hündürlükdədir. Yarpaqları iri, enli, nazik, hər iki tərəfdən, əsasən aşağı hissədən xovludur. Kökətrafı və gövdənin aşağı hissəsində yerləşən yarpaqları enli yumurtavari, iti, mərkəzi hissədə ürəkvari, saplaqlı, digər yarpaqları oturaq, uzunsovdur. Çiçək qrupu əvvəlcə ensiz, sonradan enliləşəndir. Çiçəkləri demək olar ki, oturaqdır.
Qıvrımlələk qutan
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. == Təsviri == Rəngi bozumtul-ağdır. Dimdiyinin alt hissəsində boğaz kisəsi vardır. Qanadlarının ucu qaradır. Boynunun arxa hissəsində və başındakı lələklər bulanıq ağ rəngli qıvrım "papaqcıq" əmələ gətirmişdir. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Şirvan Milli Parkında, Araz dəryaçasında və Arpaçay su anbarında, Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində qışlayır. Sarısu və Ağgöldə nəsil verib. == Yaşayış yeri və həyat tərzi == Balıqla zəngin olan iri su hövzələrində məskunlaşır.

Digər lüğətlərdə

акажу́ налива́ться наэлектризо́ванность пропа́ливать церко́вничий экстралингвисти́ческий измалёвываться кавка́зцы ку́рицына дочь онтологи́зм присуши́ть зепь чунтук antibody chickabidy Herbert imperial linguist longtail metropolitical pit wood romper Tennessee подмыть радиопеленгатор