RENT

rent1

n I 1. mənzil kirayəsi, icarə haqqı; heavy ~ yüksək ev kirayəsi; 2. siya. iq. renta

n II deşik, dəlik; yarıq: a ~ in the wall divarda deşik / dəlik / yarıq

rent2

adj cırılmış, deşilmiş, dəlinmiş; dəlik, deşik

rent3

v 1. kirayəyə / icarəyə vermək; 2. icarəyə götürmək

rent4

to rend felinin pt, pp formaları

RENOWNED
RENT-COLLECTOR
OBASTAN VİKİ
Rentgen astronomiya
Rentgen astronomiyası — astronomiyanın rentgen şüalarının müşahidəsi və göy cisimləridən gələn rentgen şüallarının aşkarlanması ilə məşğul olan müşahidə bölməsidir. Rentgen şüaları Yer atmosferi tərəfindən absorbsiya edilildiyindən, rentgen şüalarının aşkarlanması üçün müşahidələr balonların, meteoroloji raketlərin və peyklərin vasitəsilə yüksək hündürlüklərdə aparılmalıdır. Rentgen astronomiyası kosmik elm olub, standart işıq-udulma teleskoplarından rentgen şüaları vasitəsilə daha uzağa nüfuz edə bilən kosmik teleskopla, məsələn Mauna Kea Rəsədxanaları kimi teleskoplarla bağlıdır. Rentgen emissiyası təxminən bir milyon kelvindən (K) yüz milyonlarla kelvin (MK) qədər istiliyə malik qaynar göy cisimlərindən gözləniləndir. Rentgen şüaları Günəşdə 1940-cı illərdə aşkar edilməsinə baxmayaraq, 1962-ci ildə ilk kosmik rentgen şüalana mənbəyinin kəşfi surpiriz oldu. Bu mənbəyə Əqrəb bürcündə tapılan ilk rentgen şüalanma mənbəyi olduğundan Əqrəb X-1 (Scorpius X-1 və yaSco X-1) adı verilmişdir. Əqrəb X-1-in rentgen emissiyası vizual emissiyadan 10.000 dəfə çoxdur, Günəşinkindən isə təxminən milyon dəfə azdır. Bundan başqa, rentgen şüalarında enerji çıxışı bütün dalğa uzunluğunda Günəşin ümumi emissiyasından 100.000 dəfə çoxdur. Rentgen astronomiyasının Əqrəb X-1 ilə başlayan bu yeni sahədəki kəşflərinə əsaslanaraq Rikkardo Cakkoni 2002-ci ildə Fizika üzrə Nobel mükafatı almışdır. Artıq məlumdur ki rentgen mənbələri Əqrəb X-1 kimi kompakt, neytron ulduzları və ya qara dəliklərdir.
Rentgen şüalanma
Rentgen şüaları- Vilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları (İks şuaları) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Dalğa uzunluğu λ < 2 A ˙ {\displaystyle \lambda <2{\dot {A}}} olan Retgen şüaları şərti olaraq sərt Retgen şüaları, λ > 2 A ˙ {\displaystyle \lambda >2{\dot {A}}} olan Retgen şüaları yumşaq adlanır. Rentgen borusu, radioaktiv izotoplar rentgen şüalarının mənbəyidir. Radioaktiv izotoplardan alınan rentgen şüalarının intensivliyi retgen borusu vasitəsi alınan rentgen şüalarının intensivliyindən dəfələrlə az olur. Günəş və digər kosmik obyektlər Rentgen şüalarının təbii mənbələridir. Rentgen şüalarının spektri onların yaranma mənbəyindən asılı olaraq kəsilməz və xətti ola bilər. Kəsilməz spektr elektronların hədəf atomları ilə toqquşması nəticəsində yaranır. Xətti spektr hədəf atomlarının ionlaşdırılması nəticəsində alına bilər. Rentgen şüaları gözlə görünmür.
Rentgen şüaları
Rentgen şüaları- Vilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları (İks şuaları) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Dalğa uzunluğu λ < 2 A ˙ {\displaystyle \lambda <2{\dot {A}}} olan Retgen şüaları şərti olaraq sərt Retgen şüaları, λ > 2 A ˙ {\displaystyle \lambda >2{\dot {A}}} olan Retgen şüaları yumşaq adlanır. Rentgen borusu, radioaktiv izotoplar rentgen şüalarının mənbəyidir. Radioaktiv izotoplardan alınan rentgen şüalarının intensivliyi retgen borusu vasitəsi alınan rentgen şüalarının intensivliyindən dəfələrlə az olur. Günəş və digər kosmik obyektlər Rentgen şüalarının təbii mənbələridir. Rentgen şüalarının spektri onların yaranma mənbəyindən asılı olaraq kəsilməz və xətti ola bilər. Kəsilməz spektr elektronların hədəf atomları ilə toqquşması nəticəsində yaranır. Xətti spektr hədəf atomlarının ionlaşdırılması nəticəsində alına bilər. Rentgen şüaları gözlə görünmür.
Rentgenium
Rentgenium (Rg) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 111-ci element. Element 1901-ci ildə “X-şüaların kəşfinə görə” birinci Nobel mükafatını almış alman fiziki Vilhelm Konrad Rentgenin (1845-1923) şərəfinə adlandırılmışdır. == İstinadlar == http://www.nkpi.az/?page=addread&id=2928 Arxivləşdirilib 2021-03-01 at the Wayback Machine Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.
Rentso Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. == Həyatı == Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Vera Rentsi
Vera Rentsi (rum. Vera Renczi; 1903—1960) — 1920-ci illərdə iki əri, sevgililəri və oğlu da daxil olmaqla 35 nəfəri arsen ilə zəhərlədiyini etiraf edən ruminiyalı seriyalı qatil. == Həyatı == 1903-cü ildə varlı bir ailədə Vera adlı qız dünyaya gəlir. Vera çox gözəl idi. 15 yaşından etibarən özündən yaşca böyük kişilərlə münasibət qurmağa başlayır. Onun ilk həyat yoldaşı varlı biznesmen olur və Lorenso adlı oğlu dünyaya gəlir. Rensi ərinin ona xəyanət etdiyini öyrənir və arsenlə onu zəhərləyir. Onun ikinci əri də bir neçə aydan sonra itir. Vera uğursuz nikahlara son verməyi qərara alır. Onun həyatına daxil olan gənc kişilər itirdilər.
Vilhelm Rentgen
Vilhelm Konrad Rentgen (alm. Wilhelm Conrad Röntgen‎; 27 mart 1845[…] – 10 fevral 1923[…], Münxen, Veymar Respublikası) — Alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. Rentgen şüalarının kəşfi ilə tanınır. == Həyatı == Rentgen 1845-ci ildə Almaniyanın Remşayd şəhərinin Lennep kəndində doğulmuşdur. Uşaqlığı və ilk təhsil illəri Hollandiya və İsveçrədə keçmişdir. 1865-ci ildə daxil olduğu Sürix Politexnikdə universitet təhsili görmüş və 1868-ci ildə "maşın mühəndisi" olaraq məzun olmuşdur. 1869-cu ildə Sürix Universitetinin doktoranturasını almışdır. Ali təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq (1876), Qisensk (1879), Vürtsburq (1888) və Münhen universitetlərinin professoru adlarına yiyələnmişdir. 1900-cü ildə Münhen universiteti Fizika kürsüsünə və yeni Fizika İnstitutunun rəhbərliyinə gətirilmişdir. Arvadının ölümündən dörd il sonra, yəni 1923-cü ildə Birinci dünya müharibəsinin yaratdığı yüksək inflyasiya iqtisadiyyatı mühitində maddi çətinliklər içərisində Münhendə həyatını itirmişdir.
Aktivliyin rentabelliyi
Aktivliyin rentabelliyi (ing. return on assets, ROA) — gəlir əldə etmək üçün şirkətin aktivlərindən istifadənin səmərəliliyini əks etdirən maliyyə göstəricisi. ROA — Dyupont modelinin elementlərindən biridir. == Hesablama == ROA aşağıdakı kimi hesablanır: ROA = Xalis mənfəət/Aktivin orta dəyəri × 100 % , xalis mənfəət — maliyyə nəticələri haqqında hesabatın göstəricisi olduğu halda, aktivlərin orta dəyəri ilin əvvəlinə və sonuna aktivlərin cəminin yarıya bölünməsidir (balans göstəriciləri əsasında hesablanır). Praktikada bəzən digər variantlardan istifadə olunur, məsələn: ROA = Əməliyyat mənfəəti/Aktivin orta dəyəri × 100 % Bu göstərici müəssisənin aktivlərin formalaşmasına sərf etdiyi hər rubldan əldə etdiyi mənfəəti xarakterizə edir. Bu göstəricinin dəyərlərini yalnız eyni sənayedəki müəssisələr arasında, bir şirkətin fəaliyyətinin plan-amil təhlili apararkən və ya zamanla göstəricinin dəyərindəki dəyişiklikləri təhlil edərkən müqayisə etmək məna kəsb edir. == İqtisadi əhəmiyyəti == Müəssisənin mənfəətinin onun yaradılması üçün istifadə olunan resurslarla (şirkətin mənfəətini onun əməliyyat nəticəsi olan gəlirlə müqayisə etməkdən fərqli olaraq) müqayisəsi şirkətin mövcudluğunun texniki imkanlarını göstərir. Bu göstərici şirkətin gəlirlərinin qoyulmuş kapitalından necə əldə olunduğunu göstərir. ROA nə qədər yüksək olsa, şirkət öz resurslarından bir o qədər səmərəli istifadə edər. ROA analitiklər və investorlar tərəfindən investisiya qərarları qəbul edərkən müxtəlif şirkətləri müqayisə etmək üçün istifadə olunan mühüm göstəricidir.
Oskar de la Renta
Oskar de la Renta (ing. Oscar de la Renta), tam adı Oskar-Aristid Renta-Fialo (isp. Oscar Aristides Renta Fiallo; 22 iyul 1932[…], Santo-Dominqo – 20 oktyabr 2014[…], Kent[d], Konnektikut) — dominikan əsilli amerikalı modelyer, Oskar de la Rentanın yaradıcısı. Jaklin Kennedidən başlayaraq o, ABŞ-ın bütün birinci xanımlarını — Nensi Reyqan, Lora Buş və Hillari Klintonu geyindirib. O, iki dəfə Amerika Moda Dizaynerləri Şurasının prezidenti olub, 1993-2002-ci illərdə Pyer Balmen evi üçün kolleksiyalar yaratdı və Paris yüksək moda evinə rəhbərlik edən ilk amerikalı oldu. == İstinadlar == == Xarici keçidlər == Cathy Horyn. Oscar's...Wild! // New York Times, 19 февраля 2009. David Amsden. Dynasty // New York Magazine, 2011.
İnvestisiya edilmiş kapitalın rentabelliyi
İnvestisiya edilmiş kapitalın rentabelliyi (ing. cash return on capital invested, CROCI) — ilkin olaraq 1996-cı ildə Deutsche Bank-ın kapital tədqiqat departamenti tərəfindən hazırlanmış korporativ gəlirliliyin qabaqcıl ölçüsü (hazırda DWS Qrupunun bir hissəsidir). Bu nisbət vergilərdən sonra və ödənilən faizdən əvvəl pul vəsaitlərinin hərəkətini istifadə edilmiş kapitalın ümumi dəyəri ilə müqayisə edir və şirkətin investisiyalarından pul gəlirləri əldə etmək qabiliyyətinin faydalı ölçüsüdür. Nisbət ROE-yə bənzəyir, lakin sərbəst pul vəsaitlərinin hərəkəti nəzərə alınmaqla və şirkətin qiymətli kağızlarının bütün sahibləri tərəfindən maliyyələşdirilən aktivlər nəzərə alınmaqla şirkətin dəyəri əsasında hesablanır. == Hesablama == CROCI, aktivlərin bütün köhnəlmə müddəti ərzində kapitalın ümumi dəyərini (yatırılan ümumi kapital) investisiya etdikdən sonra şirkətin sərəncamında qalan vergidən sonrakı ümumi pul vəsaitlərinin hərəkətinin daxili gəlir dərəcəsi kimi hesablanır. Riyazi olaraq, amortizasiyanın iqtisadi amortizasiya olduğunu (şirkətin aktivlərinin faktiki olaraq nə qədər davam edəcəyinin təxmininə əsaslanaraq) və kapital məsrəflərinin yalnız texniki xidmət xərclərini əhatə etdiyini fərz etsək, bu, müəyyən bir il üçün sərbəst pul axınının istifadə edilmiş xalis kapitala nisbətinə bərabərdir. CROCI = Sərbəst Pul Hərəkəti/İnvestisiya edilmiş Kapital = Sərbəst Pul Hərəkəti/Cəmi Kapital + Ümumi Öhdəliklər - Cari Öhdəliklər - Həddindən artıq pul vəsaitləri CROCI, Deutsche Bank tərəfindən hesablanmışdır: CROCI = EBITDA/Kapitalın ümumi dəyəri = EBITDA/Şirkət dəyəri - Borc öhdəlikləri - Nəzarət hüququ olmayan səhmdarların öz (kapital) vəsaitləri - İmtiyazlı səhmlərin dəyəri + Pul və pul ekvivalentləri == İstinadlar == == Əlavə ədəbiyyat == Costantini, Pascal. Cash Return on Capital Invested: Ten years of Investment Analysis with the CROCI Economic Profit Model, 1st edition. Butterworth-Heinemann. 2006.