Vilhelm Konrad Rentgen (alm. Wilhelm Conrad Röntgen; 27 mart 1845[4][5][…] – 10 fevral 1923[2][4][…], Münhen[2][3]) — Alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. Rentgen şüalarının kəşfi ilə tanınır.
Vilhelm Rentgen | |
---|---|
Röntgen Vilhelm Konrad | |
Doğum tarixi | |
Doğum yeri | Remşeyd (Lennep), Almaniya |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Vətəndaşlığı | Almaniya |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | |
Elmi adı | professor |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | Fizika üzrə Nobel mükafatı(1901) |
Vikianbarda əlaqəli mediafayllar |
Rentgen 1845-ci ildə Almaniyanın Remşayd şəhərinin Lennep kəndində doğulmuşdur. Uşaqlığı və ilk təhsil illəri Hollandiya və İsveçrədə keçmişdir. 1865-ci ildə daxil olduğu Sürix Politexnikdə universitet təhsili görmüş və 1868-ci ildə "maşın mühəndisi" olaraq məzun olmuşdur.
1869-cu ildə Sürix Universitetinin doktoranturasını almışdır. Ali təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq (1876), Qisensk (1879), Vürtsburq (1888) və Münhen universitetlərinin professoru adlarına yiyələnmişdir. 1900-cu ildə Münhen universiteti Fizika kürsüsünə və yeni Fizika İnstitutunun rəhbərliyinə gətirilmişdir.
Arvadının ölümündən dörd il sonra, yəni 1923-cü ildə Birinci dünya müharibəsinin yaratdığı yüksək inflyasiya iqtisadiyyatı mühitində maddi çətinliklər içərisində Münhendə həyatını itirmişdir.
Tədqiqatları pyezoelektrik və piroelektrik xassələrinə, onlarda elektrik və optik hadisələr arasındakı əlaqəyə və maqnetizmə aiddir. X-şüalarını (röntgen şüaları) kəşf etmiş, ilk rentgen borusunu yaratmışdır. Röntgen şüalarının kəşfi elmin bütün sahələrinə güclü təsir etmişdir. Röntgen və qamma şüalanmaları vahidi rentgen onun şərəfinə aid edilmişdir.