Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. == İstinadlar == == Mənbə == Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.
Bazlama
Bazlama — türk mətbəxindən bir çörək növü. Çörək olaraq sadəsi əsrlərdir Türklər tərəfindən bişirilir və yeyilir. Fərqli vasitələr istifadə edərək bir çox fərqli növü hazırlana bilər: qıymalı və pendirli kimi. Sadə növünə Samsun bölgəsində Pıtpıt da deyilməkdədir.
Bağlama
Nazlama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Paxlava
Paxlava — Türk, Orta Şərq, Balkan və Cənubi Asiya mətbəxlərində əhəmiyyətli bir şirniyyatdır. Bölgəyə görə nazik qatlar arasında qoz, püstə, badam və ya fındıq qoymaqla edilir. Ayrıca, bal şərbətindən istifadə edilə bilər. Bəzi ticarət şirkətləri öz xüsusi şərbətlərindən istifadə edirlər. == Mənşəyi == Paxlava sözü türk mənşəlidir. Keçmiş Türkcədə "baklağu", "baklağı" kimi adlanır. Paxlava sözünün Türkcə olduğuna dair digər bir sübut xəmirin açılmasında istifadə olunan oxlov, keçmiş dilde "oklava", "oklağu", "oklâ", "oklağı" kimi adları olan, 1500-dən əvvəl yazılmış əsərlərdə istifadə edildiyi üçün qədim dildə sənədləşdirilə bilən bir sözdür. Buell (1999) "paxlava" adının 'balala' sözünün üstünə -v şəkilçisinə Türk şəkilçisi şəkilçisini əlavə etməklə əmələ gələ biləcəyini ifadə etdi, lakin bu, köhnə türk dilindən alınmışdır. Paxlava şirinliyini göstərmək üçün balqabaqdan alınır, yani Azəri kələmedir. == Bakı paxlavası == Əla buğda unu — 240 qram, ərinmiş yağ — 60 qram, üzlü süd — 80 qram, yumurta — 1 ədət, maya — 8 qram, təmizlənmiş badam və ya qoz ləpəsi — 200 qram, şəkər — 200 qram, zəfəran — 0,4 qram, vanilin — 0,2 qram, bal — 20 qram.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Qatlama
Qatlama (qaz. қаттама; qırğ. каттама; türk. katmer; monq. гамбир) və ya fəsəli - türk xalqlarının və həmçinin monqol və bolqar mətbəxlərinə aid, xəmir və kərə yağı və ya digər qatı yağdan ibarət laminat bir xəmirdən hazırlanmış ləkəli yüngül xəmirdir. Kərə yağı xəmirin içinə qoyulur, bişmədən əvvəl dəfələrlə qatlanan və yuvarlanan bir paton düzəldir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Zorlama
Zorlama — bir və ya bir neçə şəxsin digər şəxslə onun razılığı olmadan cinsi əlaqəyə girməsi. Zorlama cinsi cinayətlərdən biridir, dəqiq tərifi müxtəlif dövlətlərin qanunlarında fərqlidir. Adətən zorlama qurban köməksiz vəziyyətdə (şüursuz, güclü sərxoş, psixi pozğunluq, azyaşlı və s.) olduğu zaman həyata keçirilir. Əksər hallarda təcavüz edən kişi, təcavüz edilən isə qadındır. Ancaq kişinin kişiyə yaxud qadının qadına təcavüzü də müşahidə olunur. Zorlama insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Zorlama və digər cinsi təhqir formaları Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində və Tokio Tribunalının Nizamnaməsinin 5-ci maddəsində insanlıq əleyhinə cinayət kimi göstərilməmişdir. Hər iki nizamnamədə zorakılıq və digər cinsi təhqir formaları "digər qeyri-insani hərəkətlər" adı altında verilmişdi. Zorlama 1976-cı ildə Kiprdə Avropa İnsan Hüquqları Komissiyası tərəfindən insan ləyaqətinə qarşı yönəlmiş qeyri-insani davranış kimi qiymətləndirilmişdi, lakin bu sənəddə də zorlama konkret olaraq insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl kimi göstərilməmişdi. Təbii ki, hər cür zorlamanı insanlıq əleyhinə cinayət hesab etmək olmaz.
Sparama
Sparama — 694–699-cu illərdə Qafqaz Albaniyasının kraliçası. == Həyatı == Qagik ilə evlənmiş, II Vardan və I Stepannos adlı övladları olmuşdur. 699-cu ildə həyat yoldaşı qayıtdı. O, qayıtdıqdan sonra tezliklə taxtdan əl çəkdi. Onun bu il (699) hələ də sağ olduğu məlumdur.
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. == Əsas məlumatlar == Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. 'Yalama Stansiyası-' Stansiya 1900-cü il noyabrın 1-də özəl Vladiqafqaz dəmir yolunun Dərbənd- Biləcəri xəttində kommersiya istifadəsinə verilmiş və sərnişinlərin və yüklərin daşınması üçün açılmışdır. 20-ci əsrin əvvəllərində Dərbənd-Biləcəri xəttinin istismar uzunluğu 217 mil idi.Marşruta Vladiqafqaz yolunda Biləcəri stansiyasının lokomotiv və vaqon anbarlarından qatar və dartma briqadaları xidmət göstərib. Bütün sərnişin, kuryer, poçt və baqaj qatarları stansiyada dayanıb. 1919-cu ildə Azərbaycanla Könüllü Ordunun nəzarətində olan ərazilər arasındakı sərhəd stansiyanın xətti ilə keçirdi. “Əli və Nino” romanında Yalama stansiyasında həmin vaxtlardan bəhs edilir. == Din == Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Parma
Parma — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Parma Rayonu mərkəzi olan bir şəhərdir. Parmanın Etrüsk mənşəli adı antik Romalılar tərəfindən də istifadə edilmiş və Roma ordularının istifadə etdiyi yumru qalxanlar da Parma olaraq anılmışlardır. Parma şəhərinin ortasında Parma Çayı adlı bir axar su keçir. Hal-hazırda Parma şəhəri jambonu (Prosciutto di Parma), xüsusi "Parmesan" pendiri (Parmıgiano-Reggiano), şəhərin çox gözəl və dəyişik arxitekturası və şəhərin ətrafındakı çöl sahənin gözəlliyi ilə tanınmışdır. Parmadan olan Parma Universiteti Avropanın ən köhnə universitetlərindən biridir.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Cariama cristata
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Hendra Purnama
Hendra Purnama (12 noyabr 1997) — İndoneziyalı oxatan. Hendra Purnama İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hendra Purnama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Viktor Ruban ilə üz-üzə gəldi. Həmin görüşdə Hendra Purnama rəqibinə 3:7 hesabı ilə uduzdu.
Mariama Sou
Mariama Sou (19 may 2000) — Qvineyalı üzgüçü. Mariama Sou Qvineyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mariama Sou birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 39.85 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Pallada (asteroid)
Pallas (simvolı: ), kiçik planet 2 Pallas, (Ceres'den sonra) aşkar edilmiş ikinci asteroid olub Günəş Sistemindəki ən böyük asteroiddən biridir. Asteroid kəmər kütləsinin təxminən 7%-i ilə Vestadan 10–30% daha az bərk olan üçüncü böyük asteroiddir. Vestadan bir az daha kiçik, diametri 512 kilometrdir (318 mil). Ehtimalla qalıq bir prototlanettir. Pallasa alman astronom Heynrix Vilhelm Matthaus Olbers tərəfindən 28 mart 1802-ci ildə kəşf edildiyində, 19. əsrin əvvəllərindəki digər planet kimi olaraq sayıldı. 1845-ci ildən sonra daha çox asteroid kimi kəşf edildi. Pallasın səthi böyük ehtimalla bir silikat maddəsindən ibarətdir; Spektri və təxmini sıxlığı karbonlu kondrite meteorit bənzəməkdədir. 34,8 ° 'lik bir orbit mailliyi ilə Pallas'ın orbiti asteroid qurşağının müstəvisinə fövqəladə dərəcədə meyl və orbit eksantrisitesi Plutonunki ilə hardasa eynidir və Pallası nisbi olaraq kosmos vasitəsinə çata bilməz hala gətirər.
Qanunsuz varlanma
Qanunsuz varlanma — dövlət mənsubunun mənşəyini izah edə bilmədiyi və ya qanunları pozaraq əldə etdikləri vəsaitlərdən istifadə edərək əmlak əldə etməsi. Dövlətlər, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının 20-ci maddəsində bu konsepsiyanı Cinayət Məcəlləsinə daxil etməyə dəvət olunur. Sənəd 31 oktyabr 2003-cü ildə BMT Baş Assambleyasının 58-ci sessiyasında qəbul edilmiş və 14 dekabr 2005-ci ildə qüvvəyə minmişdir. == Təsviri == BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının 20-ci maddəsində deyilir: “Konstitusiyasına və hüquq sisteminin əsas prinsiplərinə hörmət etmək şərti ilə, hər bir İştirakçı Dövlət cinayət əməli kimi təsbit edilməsi üçün zəruri ola biləcək qanunvericilik və digər tədbirlərin qəbul edilməsini nəzərdən keçirəcəkdir; qəsdən törədildikdə, qanunsuz zənginləşdirmə, yəni dövlət məmurunun əmlakını qanuni gəlirlərindən çox əhəmiyyətli dərəcədə artıra bilər ki, bu da əsaslandırıla bilməz." Məqalənin mahiyyəti — korrupsioner məmurların digər cinayətlərini düzəltmək üçün bir yol yoxdursa, məsələn, rüşvət halında pul köçürmələri halında təqib etməkdir. Güman edilir ki, məmur qanunsuz yolla əldə etdiyi vəsaiti tapmaq və dəyərini rəsmi gəlirlə müqayisə etmək daha asan olan vəsaitlərinə xərcləyir. == Tarixi == Dövlət məmurlarının qanuni mənbələrini sübut edə bilmədikləri təqdirdə varlıq əldə etdiklərinə görə cəzalandırılmasını tələb edən ilk qanun layihəsi 1936-cı ildə Argentinada ortaya çıxdı. Bu norma yalnız bir məmurun “özünü və ya üçüncü bir şəxsi zənginləşdirmək üçün vəsaitin mənşəyini izah edə bilməməsi” səbəbi ilə cinayət məsuliyyəti təsis edildiyi 1964-cü ildə qanuna çevrildi. Elə həmin il, Hindistan “dövlət məmurunun mənşəyini izah edə bilmədiyi mənbələrə sahib olması” üçün cəzalar tətbiq etdi. == Dünyada tətbiqi == === Argentina === 1964-cü ildə tətbiq olunan Cinayət Məcəlləsinin 286-cı maddəsi Dövlət qulluğu dövründə və ya ondan sonra iki il ərzində aldığı zənginləşmənin mənşəyini izah edə bilməyən şəxs (və ya üçüncü şəxs, bu şəkildə varlığını gizlədirsə), iki ildən altı ilədək həbs cəzası ilə cəzalandırılır, a qanunsuz zənginləşdirmə dəyərinin 50-dən 100% -ə qədər cərimə və dövlət qulluğuna ömürlük qadağa. 2004-cü ildə, Argentinanın keçmiş Təbii Sərvətlər Naziri Maria Julia Algosaray, qanunsuz zənginləşdirməyə görə üç il həbs və 500.000 dollar cərimə aldı.