Bağlama

Bağlama — ən qədim yükdaşıma qaydalarından biri.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Keçmişdə əhali istifadə etdiyi əkinçilik, heyvandarlıq və ev peşəsi məhsullarının bir qismini digər zəruri məişət avadanlıqlarına dəyişmək və ya satmaq üçün adətən, həftəbazarına çıxarırdılar. Əldə daşınan belə yükləri bağlama vasitəsilə uzaq məsafələrə aparmaq mümkün idi. Bunun üçün onları 1,5x1 olcudə parcanın arasına qoyur, parcanı diaqonal uzrə “qulaqlarını” çəkərək bir-birinə bağlayır və əllərinə götürürdülər. İçərisinə heyvandarlıq məhsulları yığılmş motal, dağarcıq, eymə, tuluq, qarın, cılğı və s. yükləri daşımaq üçün bu qayda ilə bağlama etmək və belə sarımaq daha sərfəli idi.