Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanlıların ilkin qaçqınlıq dövrü
Qərbi Azərbaycandan — indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır. == 1801-ci il == 1801-ci il iyulun 13-də general-mayor Lazarev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5–6 min türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar. Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdi. == 1804–1828-ci illər == 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılmışdılar. Həmin il rus qoşunları Şörəyelə daxil olur. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalayırlar. Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır. Şörəyel kəndlərinin qarapapaq boyundan olan əhalisinin bir hissəsi 1807-ci il rus-türk müharibəsi nəticəsində İrəvan xanlığının və Qars paşalığının ərazilərində sığınacaq tapmışdılar. Qarapapaq tayfaları fürsət tapan kimi əvvələr yaşadıqları kəndlərə hücum edib erməniləri qovmaq istəyirdilər.
Qaçqınlar
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Qadınlıq
Femininlik və ya qadınlıq ənənəvi davranış modeli və adətən incəlik, sədaqət, qayğıkeşliyə aid edilən qadın psixi keyfiyyətlərinin məcmusudur. Qadınlıq anlayışını sosial, mədəni, etnik və yaş mühitləri müəyyən edir . Qadınlığın əksi kişilik (maskulanlıq) - cəsarət, müstəqillik, emosional nəzarət və rasionallıq kimi xüsusiyyətləri özündə cəmləşdirən kişi cinsi stereotipidir . Qadın ifadəsinə əsaslanan ayrı-seçkilik və təzyiq növü də var - buna femfobiya deyilir. == Femfobiya == Qadın ifadəsini nümayiş etdirən insanlar, bəzən cəmiyyətdə qadınlığın alçaldılması ilə əlaqəli olan ayrı-seçkilik və təzyiq forması - femfobiya ilə qarşılaşırlar .
Kürd qaçqınlar
Kürd qaçqınlar — XX əsrdə Yaxın Şərqdə yaranmış və davam edən problem. Kürdlər Qərbi Asiyada, əsasən İran, İraq, Suriya və Türkiyənin bitişik hissələrini əhatə edən Kürdüstan kimi tanınan regionda yaşayan etnik qrupdur. Şimali bərəkətli hilal, Zaqros və Toros dağlarının ona bitişik ərazilərində hökmranlıq etdiyi dövrdə kürd üsyanlarını yatırmaq səbəbilə artıq Osmanlı imperiyası daxilində kürdlərin köçürülməsi baş verirdi. XX əsrin əvvəllərində Osmanlı imperiyasının xristian azlıqları soyqırıma məruz qalmışdır və tayfaları türklərə qarşı çıxan bir çox kürd eyni vaxtda didərgin düşmüşdür. İraqda kürdlərin muxtariyyət və müstəqillik arzularının boğulması 1919-cu ildə Mahmud Bərzəncinin üsyanından sonra silahlı qarşıdurmaya çevrilmişdir. Kürdlərin yerdəyişməsi İraq–kürd münaqişəsi və İraq Kürdüstanını kürd əksəriyyətindən təmizləməyə çalışan BƏƏS rejiminin paralel ərəbləşdirmə proqramları zamanı ən şiddətli hal almışdır. 1960 və 1970-ci illərdə Birinci və İkinci İraq–kürd müharibələrindən sonra on minlərlə kürd didərgin düşərək döyüş regionlarını tərk etmişdir. 1980-ci illərin İran–İraq müharibəsi, 1990-cı illərin əvvəllərindəki ilk Körfəz müharibəsi və sonrakı üsyanlar səbəbilə ümumilikdə bir neçə milyon kürd qaçqın olmuşdur. Onlar əsasən İrana sığınmış, digərləri isə Avropa və Amerikadakı kürd diasporuna dağılmışdır. İranda əksəriyyəti kürd olan 1,400,000 iraqlı qaçqına sığınacaq verilmişdir.
Şəhər qaçqını
Şəhər qaçqını — şəxsin qaçdığı ölkədə və ya ərazidəki qaçqın düşərgəsində deyil, şəhər ərazisində məskunlaşmaq qərarına gələn və ya bunu məcburi şəkildə edən olan qaçqın. Dünyanın qaçqın əhalisinin 60%-dən çoxu və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) mandatı altında olan məcburi köçkünlərin 80%-i şəhər mühitində yaşayır. 2009-cu ildə onların sayı təxminən 5,5 milyon nəfər idi. "Şəhər qaçqını" Qaçqınların Statusuna dair BMT Konvensiyasında tanınmış hüquqi termin deyil. Bununla belə, BMT QAK 2009-cu ildə "Qaçqınların Müdafiəsi və Şəhər Ərazilərində Həll Yolları üzrə Siyasət" qəbul etmişdir. Təxminən 2017-ci ildən bəri BMT QAK şəhər qaçqınlarını qaçqın düşərgələrində yaşayan qaçqınlar əvəzinə onları məskunlaşmaq üçün prioritetləşdirir. Məsələn, Keniyada məskunlaşma yerləri üçün Kakuma və ya Dadaab qaçqın düşərgəsində yaşayan qaçqınlara yox, yalnız Nayrobidə yaşayan qaçqınlar təqdim olunur. Bununla belə, Keniyanın dövlət səviyyəsindəki qaçqın siyasəti bütün qaçqınların düşərgələrdə yaşamasını tələb edir, baxmayaraq ki, bu tələb ciddi şəkildə yerinə yetirilmir.
Qaçqınlar (film, 1994)
== Məzmunu == Kinolentdə öz əzəli torpaqlarından, yurd-yuvalarından erməni daşnaqlarının vəhşicəsinə qovduğu, didərgin salqığı, öz vətənində qaçqına çevrilmiş, vətənsiz qalmış yüz minlərlə azərbaycanlının acı taleyindən danışılır. Filmdə 1948-ci ildə həmyerlilərimizin Ermənistandan həyasızcasına qovulmasını, lakin Azərbaycanda təntənə ilə, gül-çiçəklə, "sevinc"lə qarşılanmasını əks etdirən nadir xronikal kadrlardan da istifadə olunmuşdur. == Festivallar və mükafatlar == 1)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Cahangir Zeynallıya Diplom və Priz verilmişdir. == Film haqqında == Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Ümumdünya Qaçqınlar Günü
Ümumdünya Qaçqınlar Günü — BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib. BMT-nin açıqlamasına görə, hazırda dünyada 15.4 milyon insan qaçqınlıq həyatı yaşayır və onların sayı artmaqda davam edir. Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, Bir milyona yaxın azərbaycanlı isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar. Bundan başqa, Azərbaycandakı qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Axısqa türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır. BMT-nin açıqlamasına görə dünyada 15.4 milyon qaçqının beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dördə birindən bir qədər çox isə 3 ölkəyə — Pakistan, İran və Suriyaya aiddir. Beynəlxalq hüquqa görə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırkı şəraitdə bu şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar. Qaçqın o şəxsdir ki, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir.
Qaçqınlar üzrə Ali Komissarlıq
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ing. United Nations High Commissioner for Refugees, UNHCR) — 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır. Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat 1954 və 1981-ci illərdə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Azərbaycan Xalq Cümhuriyyətində qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. == Baş vermiş hadisələr == 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ing. United Nations High Commissioner for Refugees, UNHCR) — 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır. Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat 1954 və 1981-ci illərdə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı