Qaçqınlar

Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu

üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

Ermənistandan qaçqın düşən azərbaycanlılar

[redaktə | mənbəni redaktə et]

Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür.

1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası

[redaktə | mənbəni redaktə et]

1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır.

  • SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml
  • SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml

1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir. 1947–1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirmişdir. Ümumiyyətlə isə, 1921–1988-ci illərdə Ermənistanda yüzlərlə türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir.

1988–1990 azərbaycanlıların Ermənistandan deportasiyası

[redaktə | mənbəni redaktə et]

1988-ci ilin ilin yanvarnda Qafan və Muğrudan yenə azərbaycanlı qaçqınlar Azərbaycana pənah gətirdilər.Leninakanın uşaq evinden Azerbaycana gönderilen 70 nəfer azərbaycanlı uşaq Spitakda qətlə yetirildi.Ermənistanın zəlzələ zonasına kömeyə gedən 78 nəfər azərbaycanlının olduğu İl-76 təyyyarəsi "Stinger" qurgusu ilə vuruldu.1991-ci il 8 avqustda Ermənistanda sonuncu kənd olan Nüvədi (Muğru rayonu) rus esgərlerinin komeyi ile boşaldıldı.Beləliklə Ermənistandakı 185 azərbaycanlılar yasayan kənddən 230 min azərbaycanlı qovuldu. 255 nəfər öldürüldü.

1988-ci ildə Qərbi Azərbaycandan təkcə azərbaycanlılar yaşayan 172 kənddən, 89 qarışıq kənd və 6 şəhər tipli yaşayış məntəqəsindən 49928 ailə (250000 nəfər azərbaycanlı) öz doğma yurdlarından zorla qovuldular. Bu zaman 226 nəfər soydaşımız ermənilər tərəfindən öldürülmüşdür (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və s.), 400 nəfərdən çox adam bədən xəsarəti almışdır. Bir çox azərbaycanlıların evləri, əmlakı yandırılmışdır.

Qaçqınlar üzrə beynəlxalq statistika

[redaktə | mənbəni redaktə et]
1998–2014-cü illər aralığında dünya üzrə qaçqınlar və məcburi köçkünlərin sayı.[1]
1996 2000 2002 2004 2006 2008 2010 2012 2014
Qaçqınlar 11,480,900 12,129,600 10,594,100 9,574,800 9,877,700 10,489,800 10,549,700 10,498,000 14,385,300
Məcburi köçkünkər 5,063,900 5,998,500 4,646,600 5,426,500 12,794,300 14,442,200 14,697,900 17,670,400 32,274,600
2008–2018-ci illər aralığında dünya regionları üzrə qaçqınlar və qaçqına bərabər tutulan insanların sayı
Regionlar (BMT-nin bölgüsü üzrə) 2018[2] 2017[3] 2016[4] 2014[5] 2013[6] 2012[7] 2011[8] 2010[9] 2009[10] 2008[11]
Afrika 6,775,502 6,687,326 5,531,693 4,126,800 3,377,700 3,068,300 2,924,100 2,408,700 2,300,100 2,332,900
Asiya 10,111,523 9,945,930 8,608,597 7,942,100 6,317,500 5,060,100 5,104,100 5,715,800 5,620,500 5,706,400
Avropa 2,760,771 2,602,942 2,300,833 1,500,500 1,152,800 1,522,100 1,534,400 1,587,400 1,628,100 1,613,400
Latın Amerikası 215,924 252,288 322,403 352,700 382,000 380,700 377,800 373,900 367,400 350,300
Şimali Amerika 427,350 391,907 370,291 416,400 424,000 425,800 429,600 430,100 444,900 453,200
Okeaniya 69,492 60,954 53,671 46,800 45,300 41,000 34,800 33,800 35,600 33,600
Cəmi 20,360,562 19,941,347 17,187,488 14,385,300 11,699,300 10,498,000 10,404,800 10,549,700 10,396,600 10,489,800

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. UNHCR, 2015
  2. "Global forced displacement trends. 2018 (Annexes)" (PDF). United Nations Convention Relating to the Status of Refugees. 2018. 2021-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-13.
  3. "Global forced displacement trends. 2017 (Annexes)" (PDF). United Nations Convention Relating to the Status of Refugees. 2017. 2021-01-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-13.
  4. Global forced displacement, 2016
  5. Global forced displacement, 2014
  6. Global forced displacement, 2013
  7. Global forced displacement, 2012
  8. Global forced displacement, 2011
  9. Global forced displacement, 2010
  10. Global forced displacement, 2009
  11. Global forced displacement, 2008