SEL

is. [ ər. ]
1. Güclü yağmurlardan və ya əriyən qarlardan əmələ gəlib, qarşısına gələn nə varsa alıb aparan su daşqını; daşqın. Yağışdan sonra güclü sel başladı.
– Dağlardan axan sellər alaçıqlara dolub, bəzilərini yumalayıb aparır. S.S.Axundov.
Haray çəkib gəlir bahar; Daşır sellər, aşır sular. R.Rza.
Dağlara səs düşsün, çöllərə səda; Gurlayan sellərin dinlə səsini. N.Xəzri.

□ Sel kimi – müqayisələrdə: çoxluq, bolluq bildirir. Qan sel kimi axır. Pul sel kimi başından tökülürdü.
– Eşşək qulaqlarını sallamış, xamuş durmuşdu, Əhməd də göz yaşlarını sel kimi axıdaraq yalvarmağında davam edirdi. B.Talıblı.
Camaat, arvadlı-kişili, sel kimi axıb gəlirdi. B.Bayramov.

2. məc. Arasıkəsilmədən hərəkət edən insan kütləsi, izdiham, axın haqqında.
[Əbülhəsən bəy:] …Sən bu selin qarşısında dura bilməyəcəksən. M.S.Ordubadi.

3. xüs. Bir yerdən çıxan maqnit, işıq, qaz və s. kütləsi. İşıq seli. Qaz seli.

Синонимы

  • SEL axın — daşqın

Этимология

  • SEL 1. ər. sayl – gur axın 2. Bəziləri ərəb dilindən alınma hesab edilir. Məncə, su, islanmaq, sıyıq sözləri ilə kökdaşdır və bizdən ərəblərə keçərək form
SEKUNDÁNT
SEL-SU
OBASTAN VİKİ
Sel
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s.
2019-cu ildə İranda sel və daşqınlar
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
La-Sel (Alye)
La-Sel (fr. La Celle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03047. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 413 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 273 nəfər (15-64 yaş arasında) 197 nəfər iqtisadi fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 63.6%). Aktiv olan 197 nəfərdən 174 nəfəri (101 kişi və 73 qadın), 23 nəfəri işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 33 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İranda sel (2019)
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
Aegiphila sellowiana
Aegiphila sellowiana (lat. Aegiphila sellowiana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin aegiphila cinsinə aid bitki növü.
Ageratina seleri
Ageratina seleri (lat. Ageratina seleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Albalı selikli mişarcısı
Albalı selikli mişarcısı-(lat. Caliroa cerasi) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin mişarcı qanadları açılmış halda 10 mm-dir. Bədəni qara, ön ayaqların baldırları isə sarımtıldır. Qanadlar olduqca şəffafdır. Yalançı tırtıl yaşılımtıl sarıdır. Axırıncı yaşda 15-20 mm uzunluqda olur. Bədəni ön tərəfdən yoğun, arxaya doğru getdikcə nazilir. Pupu ağımtıl rəngdə olur. Albalı mişarcısı torpağın 2-5 sm dərinliyində baramalar içərisində qışlayır. Yazın axırlarında tırtıllar puplaşır, 7-10 gündən sonra puplardan yetkin mişarcılar uçur.
Aleksandr Selkirk
Aleksandr Selkirk (ing. Alexander Selkirk; 1676 – 13 dekabr 1721) — Şotland dənizçisi. Aleksandr Selkirk 1704-cü ildən etibarən Robinzon Kruzo adasında 4 il 4 ay yaşamışdır. 1709-cu ildə isə onu digər bir dənizçi olan Voders Rocer xilas etmişdir. Daniel Defonun məşhur Robinzon Kruzo əsərini Aleksandr Selkirkin başına gəlmiş bu hadisə əsasında yazdığı ehtimal olunur.
Aleksandr Selkirk adası
Aleksandr Selkirk adası (isp. Isla Alejandro Selkirk) — Çilinin Xuan Fernandez adalarına daxil olan üç adadan biri. Ada Robinzon Kruzo adasından sonra adalar qrupuna daxil olan ən böyük ikinci adadır. Aleksandr Selkirk adası Robinzon Kruzo adasının 160 kilometr qərbində yerləşir. Ada dənizçi Aleksandr Selkirkin şərəfinə adlandırılmışdır.
Amblyseius sellnicki
Amblyseius sellnicki (lat. Amblyseius sellnicki) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius sellnicki Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anders Selsi
Anders Selsi (isv. Andres Celcius; 27 noyabr (8 dekabr) 1701[…], Uppsala – 25 aprel (6 may) 1744[…], Uppsala[d]) — İsveç astronomu və fiziki, İsveç Elmlər Akademiyasının üzvü. Elmi tədqiqatları astronomiyaya, fizikaya və geofizikaya həsr olunmuşdur. Temperatur vahidi onun şərəfinə adlandırılıb.
Andreas Sellarius
Andreas Sellarius — Hollandiyalı-alman kartoqraf və mühəndisdir. 1660-cı ildə yaratdığı "Harmonia Macrocosmica" səma xəritəsi ilə məşhurdur. Neuhausendə anadan olub, Heydelberqdə təhsilini davam etmişdir. Protestan olan Sellarius, Heidelberqdə bəzi mənbələrə görə 30 il müharibələrə görə 1618-ci ildə, ya da şəhər katolikləri tərəfindən başlanılmış inqilab zamanı 1622-ci ildə şəhəri tərk etmişdir. Heidelberqi tərk edən Sellarius o zamankı əsərləri tapılmasada, Poloniya da yazdığı əsərlər bu gunə qədər gəlib çatmışdır. O Amsterdamda məktəb direktoru olduğu zaman ailə həyatı qurub. Qadının adı Katerina Elt idi. Qısa dövr Lahey, Hollandiya qalıb Hoorna köçmüşdür. 1637-ci ildə ölənə qədər Latın məktəbinin direktoru olmuşdur. == Xarici keçid == Andreas Cellarius'un bibliografası Amsterdam Arşivlerinden doğum belgesi [1] Andreas Cellarius (1661).
Apardı sellər Saranı
Apardı sellər Saranı — Azərbaycan xalq mahnısı. Əbülqasım Nəbati "Apardı sellər Saranı" şeirinin müəllifi sayılır. == Sözləri == == Mədəniyyətdə == 1996-cı ildə Bəhram Osmanov tərəfindən Azərbaycan televiziyası istehsalı Apardı sellər Saranı adlı televiziya tamaşası çəkilmişdir. Əsas rolu Məleykə Əsədova ifa edib.
Apardı sellər Saranı (film, 1996)
Artemisia vulgaris var. selengensis
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Azərbaycanda seleksiya
Azərbaycanda təbii seçmənin kənd təsərrüfatına tətbiq edilməsinin tarixi 19-cu əsrlərdən başlamış, Sovet İttifaqı dövründə intensivləşmişdir. == Tarixi == Azərbaycanda kənd təsərrüfatıbitkilərinin becərilməsi hələ qədim zamanlardan başlamışdır. Qədim Yunanıstanın görkəmli alimlərinin əsərlərində Azərbaycan torpağının məhsuldarlığı qeyd olunur. Məsələn, Herodot, Strabon və s. özlərinin arxeoloji və paleontoloji qazıntılarının əsasında müəyyən etmişlər ki, Azərbaycanda dənli bitkilər hələ 4-5 min il bundan əvvəl becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsirlərdə Azərbaycanda dənli bitkilər, pambıq, meyvə və subtropik bitkilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çoxəsrli fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii seçmə çoxlu dənli bitkilərin, meyvə və tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar, hətta bu günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməyib, tarlalarında müvəffəqiyyətlə becərilməkdədir. İnqilabdan qabaq Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üzrə tədqiqat işlərinin inkişafının tarixinə dair cüzi məlumatlar var. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində ilkin işlərdən aşağıdakıları qeyd etmək olar: Lənkəran qəzasında 19-cu əsrin 40-cı illərdə A.A.Dudinski tərəfindən aparılan işlərin, o cümlədən bəzi meyvə və zeytun ağaclarının öyrənilməsi, həmçinin həmin əsrin 70-ci illərində Kaziskiy tərəfindən bir çox sitrus bitkilərin iqlimə alışma məsələlərinin öyrənilməsini qeyd etmək olar.
Baccharis selloi
Baccharis selloi (lat. Baccharis selloi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Boston Seltiks
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Brassica oleracea var. selenisia
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Acca sellowiana
Acca sellowiana (lat. Acca sellowiana), feyxoa — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin akka cinsinə aid bitki növü. Sellov feyxoası çox faydalı, müalicə əhəmiyyətli bitki olub, son illərdə Azərbaycanda da müvəffəqiyyətlə becərilir. Feyxoanın xoş ətirli, şirəli meyvələri vardır. Meyvələrin qabığı qalın olsa da, lət hissəsi xüsusilə dadlıdır, turşməzədir, sərinləşdiricidir. Feyxoa meyvələrinin ətri ananas və çiyələk meyvələrinin iyini xatırladır. Meyvələrin tərkibində 6,9 %-ə qədər şəkər, 2,5 % üzvi turşular (alma, limon, və s. turşular), pektin maddələr, 280 mq C vitamini, karotin və s. vardır. Bundan başqa, meyvələrin tərkibində üzvi birləşmə şəklində yod da müəyyən edilmişdir.
David Seliverstov
Huperzia selago
Huperzia selago (lat. Huperzia selago) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin huperzia cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, haçavari budaqlanan, tutqun və açiq-yaşıl bitkidir. Gövdələri 25-30 sm hündürlükdədir. Yarpaqları spiralvari düzülmüşdür, 5-7 mm uzunluqdadır, ensiz-lansetvari, sivri, aralı və ya əyri yuxarı istiqamətlənəndir. Adi yarpaqların qoltuğunda olan sporangilər sarımtıl, böyrəkvari, eni 1,5 mm-dir. == Botaniki xarakteristikası == Çoxillik sporlu həmişəyaşıl ot bitkisidir. Zəif inkişaf edən kök sistemi vardır. Gövdəsi yabaşəkilli budaqlanan, düzqalxan, hündürlüyü 5-30 sm, yarpaqlarının eninə ölçüsü 0,6-0,8 sm-dir. Yarpaqları kiçik, çəpinə, xətti-neştərşəkilli, itiuclu, bütövkənarlı və ya zəif, kiçik dişli, dəricikli, parıldayan olub, uzunluğu 2,5-10mm, eni isə 0,7-1,5 mm-dir.
Sela (soyad)
Sela (isp. Cela) – ispan soyadı. Bu soyada malik məşhur şəxslər: Pedro Pardo de Sela (1425–1483) – XV əsrdə Qalisiya qubernatoru, Xuan Nuns Pardonun oğlu Kamilo Xose Sela (1916–2002) – ispan yazıçı və publisist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Selin Genç
Selin Genç (26 iyun 1994, İstanbul) — Bir Zamanlar Çukurova serialında Gülten Taşkın Ciğerci rolu ilə tanınan türk aktrisa və modeldir. == Bioqrafiya == Selin Gənc 26 iyun 1994-cü ildə İstanbulda (Türkiyə) anadan olub və ata tərəfdən Adanadandır. Orta məktəbdə oxuyarkən teatra maraq göstərdi. == Karyera == === Təhsil === Selin Gənc liseydə oxuduğu müddətdə məktəbin teatr qrupuna qatılıb. Orta məktəbi bitirdikdən sonra Şile (İstanbul vilayəti) Işık Universitetinin sənaye mühəndisliyi fakültəsinə daxil olmaq qərarına gəlib və bir neçə ildən sonra oranı bitirib. Aktyorluğa olan marağının ardınca Konyadakı Səlcuq Universitetinin dram fakültəsinə yazılmaq qərarına gəldi və bir neçə ildən sonra aktyorluq dərəcəsi aldı. Kollec təhsilinin son ilində aktyorlar Vahide Perçin və Altan Gördüm tərəfindən idarə olunan Akademi 35 Half Art House adlı aktyor məktəbində ən yaxşı aktyorluq təhsili alıb. === Aktyorluq karyerası === Selin Genç ilk teatr təcrübəsini 2016-cı ildə "Cinayət balladası" şousu ilə etdi. Aldığı təhsildən sonra ona seriallarda çəkilmək təklif olunub. 2018–2022-ci illərdə ATV Bir Zamanlar Çukurova yayımlanan serialda Gülten Taşkın Ciğerci rolunu oynamaq üçün seçilib və Hilal Altınbilek, Uğur Güneş, Murat Ünalmış, Vahide Perçin, kimi aktyorlarla birlikdə rol alıb.
Selman Vaksman
Selman Abraham Vaksman (ing. Selman Abraham Waksman) — (22 iyul 1888[…] – 16 avqust 1973[…]) Amerika mikrobioloq və biokimyaçısı.1952-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı. Karolinska İnstitutundan Arvid Volqren Nobel mükafatına layiq görülən. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1942), Paris Elmlər Akademiyasının xarici üzvü (1955; 1937-ci ildən müxbir). Selman Vaksman 16 avqust 1973-cü il Woods Hole, Massaçusets, ABŞ -da ömrünün 85-ci ilində vəfat edib. == Həyatı == Selman Vaksman 22 iyul 1888-ci ildə Vinnitsa yaxınlığındakı Novaya Priluka şəhərində kiçik kirayəçi Yakov Vaksmanın və univermağın sahibi Freida Vaksmanın (London əsilli) ailəsində anadan olub. Odessadakı 5 saylı gimnaziyanı bitirib. 1910-cu ildə ABŞ-yə mühacirət etdi. O, Kənd Təsərrüfatı Texnikumuna daxil olub, orada torpaq mikrobiologiyası ixtisası üzrə təhsil alıb. 1918-ci ildə Berklidəki Kaliforniya Universitetində fermentlərin kimyasını öyrənərək doktorluq dərəcəsi aldı.
Selvi Kılıçdaroğlu
Bauhinia seleriana
Bauhinia seleriana (lat. Bauhinia seleriana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin bauhinia cinsinə aid bitki növü.
Eynar Selvik
Eynar Selvik (18 noyabr 1979, Bergen), eyni zamanda Kvitrafn ("ağ qarğa") səhnə adlı, 2000–2004-cü illərdə Gorgoroth black metal qrupunda nağara ifaçısı və 2002-ci ildə əsası qoyulmuş Nordik folklor layihəsi olan Wardruna qrupunun solisti kimi tanınan norveçli musiqiçidir Selvikin Vikinqlər serialı üçün yazdığı açılış mahnısı ona və Vardrunaya beynəlxalq şöhrət qazandırdı. Eynar həm də şouda aktyor kimi iştirak edib. == Şəxsi həyat == Eynar Selvik Bergen şəhərindən avtomobillə təxminən 35 dəqiqəlik məsafədə, Norveçin qərb sahilində yerləşən, kiçik bir daxili ada olan Osteroyda doğulub böyüyüb. Yeniyetməlik illərində runlar haqqında tapdığı əski kitab onu xristianlıqdan öncəki vikinq mədəniyyəti ilə tanış olmağa təşviq etdi. Eynar Selvik animizmlə səciyyələnən müasir bütpərəstliyin tərəfdarıdır. 2017-ci ildə Morgenbladet -ə verdiyi müsahibədə o, dünyagörüşündən danışdı: "Zənnimcə hər kəs özünə və öz addımlarına cavabdehdir. Heç kim mənim günahlarım üçün ölməyib. Tanrılar özünə kömək edənlərə kömək edir . Sən öz tanrınsan, bu dünyada necə davrandığın, necə töhfə verdiyin sənin məsuliyyətindir".
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.

Значение слова в других словарях