Albalı selikli mişarcısı

Albalı selikli mişarcısı-(lat. Caliroa cerasi) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ

Albalı selikli mişarcısı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Albalı selikli mişarcısı
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Yetkin mişarcı qanadları açılmış halda 10 mm-dir. Bədəni qara, ön ayaqların baldırları isə sarımtıldır. Qanadlar olduqca şəffafdır. Yalançı tırtıl yaşılımtıl sarıdır. Axırıncı yaşda 15-20 mm uzunluqda olur. Bədəni ön tərəfdən yoğun, arxaya doğru getdikcə nazilir. Pupu ağımtıl rəngdə olur. Albalı mişarcısı torpağın 2-5 sm dərinliyində baramalar içərisində qışlayır. Yazın axırlarında tırtıllar puplaşır, 7-10 gündən sonra puplardan yetkin mişarcılar uçur. [2]

Selikli mişarcı partenogenetik yolla çoxalır, pupdan çıxan yetkin fərdlər dərhal yumurta qoyur. Dişi mişarçı yarpağın alt tərəfini 10 yerdən deşir. Yumurta qoyduqdan az sonra yarpaqların üst tərəfində şişkinliklər əmələ gəlir. Yumurtanın inkişafı 2 həftəyə başa çatır. Yumurtalardan kiçik, yaşılımtıl sürfələr çıxır. Birinci zədə nişanlarına may ayının axırlarında təsadüf olunur. Qidalanmasını və inkişafını başa çatdıran yalançı tırtıllar torpağa düşərək puplaşır. Iyulun axırlarından etibarən həmin puplardan yeni nəslin mişarçıları uçmağa başlayır və yumurta qoyur. Avqustun əvvəllərində ikinci nəslin yalançı tırtıllarına təsadüf olunur. Bu tırtıllar bir müddət qidalandıqdan sonra torpağa düşür və baramalar içərisində qışlayır.[3]

Avropa, Asiya, Çin, Yaponiya, Şimali AmerikaCənubi Amerika, Şimali AfrikaCənubi Afrika, Avstraliya, Yeni Zelandiya, keçmiş SSRİnin Sankt-Peterburq, Novqorod, Vladimir, İvanovPerm vilayətləri, Qafqazda, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, TürkmənistanTacikistanda yayılıb.[4] Azərbaycanın Quba, Xaçmaz ərazilərində geniş yayılmışdır.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, -206 s.
  3. N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
  4. "Caliroa cerasi L. - Вишнёвый слизистый пилильщик". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.