Apardı sellər Saranı — Azərbaycan xalq mahnısı. Əbülqasım Nəbati "Apardı sellər Saranı" şeirinin müəllifi sayılır.
"Apardı sellər Saranı" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Janr | xalq musiqisi |
Dil | azərbaycanca |
Sözlərin müəllifi | Əbülqasım Nəbati |
Apardı Sellər Saranı,
Gedin deyin xan çobana.
Gəlməsin bu il Muğana,
Gəlsə batar nahaq qana.
Apardı sellər saranı,
Bir ala gözlü balanı.
Arpa çayı dərin olmaz,
Axar suyu sərin olmaz.
Sara kimi gəlin olmaz,
Apardı sellər saranı,
Bir ala gözlü balanı.
Arpa çayı aşdı daşdı,
Sel saranı qapdı qaşdı.
Hər gözənin gözü yaşdı,
Apardı sellər saranı,
Bir ala gözlü balanı.
Qalı gətir otaq döşə,
Sara yeri qaldı boşa.
Çoban əlin çıxdı boşa,
Apardı sellər saranı,
Bir ala gözlü balanı.
1996-cı ildə Bəhram Osmanov tərəfindən Azərbaycan televiziyası istehsalı Apardı sellər Saranı adlı televiziya tamaşası çəkilmişdir. Əsas rolu Məleykə Əsədova ifa edib.