Huperzia selago (lat. Huperzia selago) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin huperzia cinsinə aid bitki növü.
Huperzia selago | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Huperzia selago |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxillik, haçavari budaqlanan, tutqun və açiq-yaşıl bitkidir. Gövdələri 25-30 sm hündürlükdədir. Yarpaqları spiralvari düzülmüşdür, 5-7 mm uzunluqdadır, ensiz-lansetvari, sivri, aralı və ya əyri yuxarı istiqamətlənəndir. Adi yarpaqların qoltuğunda olan sporangilər sarımtıl, böyrəkvari, eni 1,5 mm-dir.
Çoxillik sporlu həmişəyaşıl ot bitkisidir. Zəif inkişaf edən kök sistemi vardır. Gövdəsi yabaşəkilli budaqlanan, düzqalxan, hündürlüyü 5-30 sm, yarpaqlarının eninə ölçüsü 0,6-0,8 sm-dir. Yarpaqları kiçik, çəpinə, xətti-neştərşəkilli, itiuclu, bütövkənarlı və ya zəif, kiçik dişli, dəricikli, parıldayan olub, uzunluğu 2,5-10mm, eni isə 0,7-1,5 mm-dir. Sporangisi kiçik, böyrəkşəkilli, uzunluğu 1mm-ə bərabərdir. Gövdənin yuxarı hissəsində uzunluğu 4 mm xüsusi vegetativ orqan olan tumurcuq inkişaf edir. Aprel-iyun aylarında spor əmələ gətirir, iyul-avqust aylarında isə meyvələri yetişir.
Tundra, meşə-tundra və meşə zonalarında kölgəli küknar, qarışıq qızılağac meşələrində, şibyə, kol və yarımkol, qranit qayalarında rast gəlinir.
İyun-sentyabr aylarında spor əmələ gətirən zaman toplanılır. Xammalı toplayan zaman iti bıçaqla yaşıl və sarımtıl gövdələrini, tumurcuqlarını və zərər vurmadan kök sistemini toplamaq lazımdır. Təkrar toplama 6-10 ildən sonra aparılmalıdır. Quruducu şkafda qurutmaq üçün ən optimal temperatur 50oС, yaxşı ventiliyasiyalı şəraitdə və bitki nazik doğranmış halda ola bilər. Bundan başqa küləkli yerlərdə (stelajda) tənzif üzərinə sərməklə qurutmaq olar.
Havası dəyişilən stelajlarda qalmalıdır. B siyahısına daxildir.
Bitkinin tərkibində xinolizid sırası alkoloidləri 0,4-1,1%, annotinin, likopodin və psevdoselagin vardır. Eyni zamanda tərkibində karotinoidlər (25mq%), qatranlı maddələr və flavonoidlər tapılmışdır. Spor əmələ gətirəndən sonra toplanılan və qurudulan plaun keyfiyyətli dərman xammalı hesab olunur.
Qusma və antialkoqol dərman maddəsidir.
Sakitləşdirici, ağıkəsici, işlədici, qusma törədən olmaqla, toksiki dərman maddəsidir. Xroniki alkoqolizmin müalicəsində istifadə edilir.
Bitkidən hazırlanan bişirmə xroniki alkoqolizmin müalicəsində tətbiq edilir. Bitkini qəbul etdikdə ümumi ağırlıq, təkrar qusma yaradır, qan təzyiqini aşağı salır, aritmiya, əzələlərin fibrillyasiyası və tənəffüsün qısalmasını yaradır. Alkoqolizmdə və siqaretin tərgidilməsində tətbiq etdikdə simptomlar daha da güclənir. Analoji mənzərə nikotinizmdə də yaranır.
Sporların yetiışmə dövrü iyul-oktyabr aylarıdır. Orta, yuxarı dağ və alp qurşağında, şam meşəsində, böyük daşların üstündə, iri qaya çatırlarında, mamırların arasında rast gəlinir.
Kiçik Qafqazın şimal hissəsi (Göygöl Milli Parkı, Çınqıl dərəsinin şimal yamacı, şam meşəsi); Böyük Qafqazın qərb hissəsi (Zaqatala rayonu, Car kəndinin ətrafı, Zaqatala Dövlət Qoruğu, Xalagel dağı).
Tək-tək rast gəlinir, sayı çox azdır.
Məskulaşdığı meşə sahələrinin azalması və digər antropogen amillər.
Məlum biotopların nəzarətə alınmalı, təbiətdə axtarışı davam etdirilməlidir.