SİPƏR

is. [ fars. ]
1. Qalxan. Sipəri üzünə tutmaq.
– Dövlətşin başını döndərdi və heç bir məna anlatmayan, donuxmuş gözlərini sipərə zillədi. Çəmənzəminli.

2. Qoruyucu vasitə kimi istifadə edilən hər cür şey, qurğu və s.
Yurdumuzun solu, sağı; Hər qaya bir sipər bizə. A.Şaiq.

□ Sipər etmək – qorunmaq üçün qabağa vermək.
[Mehriban] başını sağ tərəfinə əyərək iki əlini qarşısına sipər edib qışqırmağa başladı. S.Hüseyn.

// İstehkamda əsgəri düşmən mərmisindən və s.-dən qoruyan sədd, xəndək və s.
// tex. Qoruyucu, pərdə. Elektrotutucunun sipəri. Qurğuşun sipər.
◊ Döşünü (köksünü, sinəsini) sipər etmək (qılmaq) – mərdcəsinə, qorxmadan müqavimət göstərmək, köks gərmək, özünü qabağa vermək, sinə gərmək. Zakirəm, sinəmi sipər bəlaya; Qılmışam, at oxun, pənah xudaya. Q. Zakir . [M.F. Axundzadə :] Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm. Ə.Haqverdiyev.

Синонимы

  • SİPƏR sipər bax qalxan
SİONİ́ZM
SİPƏRLİ
OBASTAN VİKİ
Kristallik sipər
Kristallik sipər -(rus. кристаллический щит, ing. shield) platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. «Sipər» termini E. Zyüss (1885), «Kristallik sipər» isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.
Baltik sipəri və ya Baltik qalxanı
== Baltik sipəri və ya Baltik qalxanı == Baltik sipəri və ya Baltik qalxanı– Avropanın şimal – qərbində kembriyəqədərki süxurların səthə çıxdığı sahəyə deyilir. Baltik sipəri Finlandiya, Kareliyanı, Skandinaviya və Kola yarımadalarını əhatə edir. Baltik sipəri güclü metamorfizmə uğramış süxurlardan qneysdən, kristallik şistlərdən, fillitlərdən, konqlomeratlardan və arxey, proterozoy yaşlı mərmərlərdən ibarətdir. Baltik sipərində qranit intruziyalı sahələr də geniş yer tutur.
Sipərdağ
Sipərdağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 3117,0 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Küküçayın mənbə hissəsində, Küküdağdan 1 km şimal-şərqdədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan eyni tərkibli kiçik ölçülü subvulkanik kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli Kükü antiklinalının şimal-şərq qanadında yerləşir.

Значение слова в других словарях

Ама́ти воево́дский запека́ть обая́ть поса́дничий расту́щий сопровожда́ющий усла́ть электро́лиз безобра́зничать незаконноро́жденный обвенча́ть стри́чься щелкану́ть брошировать bagwork flatboat frontal germ-cell grape-vine Quran крепыш нети техникум четырёхступенчатый