Sloveniyalılar

Slovenlər (sloven. Slovenci) — Cənubi slavyan xalqı. Ümumi sayı 2 milyon nəfərə qədərdir. Sloveniyada (1,6 milyon nəf.), ABŞda (177 min nəf.), İtaliyada (95 min nəf.), Kanadada (29 min nəf.), Avstriyada (25 min nəf.), Almaniyada (22 min nəf. ), Avstraliyada (29 min nəf.), Xorvatiyada (13 min nəf.) və s. ölkələrdə yaşayırlar.

Dilləri sloveniya dilidir. Slvenlər geniş ərazidə yaşadıqlarından çox sayda dialektləri vardır. Dindarların əksəriyyəti katoliklərdir, ancaq protestant, pravoslavmüsəlmanlar da vardır. Çox hissəsi ateisdirlər.