SUXTƏ
SUKVAR
OBASTAN VİKİ
Suk-Əhras
Suk-Əhras (ərəb. سوق أهراس‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Etimologiya == Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir. Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir. == Nəqliyyat == Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Min Hye-suk
Min Hye-So (d. 15 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Min Hye-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. == Ailəsi == Min Hye-Sonun həyat yoldaşı həndbolçu Ço Çi-Hyodur.
Suk-əl-Həd
Suk-əl-Həd (ərəb. سوق الأحد‎, fr. Souk El Had) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 69 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 55 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 6,181 idi.
Vu-Suk-Xvan
Vu-Suk-Xvan — veterinar elmlər üzrə alim, elmi saxtakarlığı ilə tanınıb. Seul Milli Universitetinin veterinar elmlər üzrə professoru Vu-Suk-Xvanın elmi saxtakarlığı onu çox məşhurlaşdırıb. O, insan hüceyrələrini klonlaşdırdığını bəyan edib. Ancaq sonradan məlum olub ki, bu, klonlaşdırılmış deyil, adi hüceyrə olub. Sonradan o, elmi saxtakarlıqda ittiham edilib.
"Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu
== Tarixi == "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu qanunvericilik çərçivəsində Abşeron Regional Səhmdar Su Cəmiyyətinin tərkibində (Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə Abşeron Regional Səhmdar Su Cəmiyyəti "Azərsu" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır) 1961-ci ildə yaradılmış keçmiş "VODGEO" Elmi-Tədqiqat İnstitutu və 1990-cı ildə yaradılmış keçmiş "AzərbSETLİ" Elmi-Tədqiqat və Layihə İnstitutunun birləşdirilməsi nəticəsində 6 avqust 1997-ci il tarixdə təşkil olunmuşdur. == Haqqında == "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu Azərbaycan Respublikasında yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması üçün müvafiq layihələrin, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında, tikinti üçün kompleks mühəndis axtarışlarının, sahə üzrə elmi-tədqiqat və tədqiqat işlərinin aparılmasında aparıcı elmi-tədqiqat və layihə təşkilatıdır. == Rəhbərlik == "Sukanal" ETLİ-nin hal-hazırda direktoru Vüqar Mirzəyevdir. == Fəaliyyəti == İnstitutun əsas fəaliyyət istiqamətlərinə ölkənin yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası və beynəlxalq standartlara cavab verən tikinti üçün kompleks mühəndis axtarışlarının aparılması, sahə üzrə elmi-tədqiqat işlərinin aparılması, normativ-hüquqi sənədlərə uyğun olaraq idarə və müəssisələrin ekoloji, su təsərrüfatı pasportlarının hazırlanması daxildir. "Sukanal" ETLİ-nin tədqiqat sahəsinə yeraltı və səth suları əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, ilk növbədə "Azərsu" ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı əsas və yardımçı bina və qurğuların layihələndirilməsi də daxildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Lisenziyalaşdırma Qaydasına uyğun olaraq Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi və müvafiq mühəndis-axtarış işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutuna 2016-cı ildə müddətsiz lisenziyalar verilmişdir. İnstitutda geniş tərkibdə Elmi-Texniki Şura fəaliyyət göstərir. İçməli və çirkab suların, qruntların beynəlxalq standartlara cavab verən analizlərinin aparılması üçün İnstitutda müasir tədqiqat laboratoriyası fəaliyyət göstərir. İnstitutun layihələndirmə prosesinin bütün mərhələlərində müasir kompüter proqramlarından istifadə olunur. == Nailiyyətləri == "Sukanal" ETLİ-nin tərkibinə daxil olan elmi-tədqiqat və layihə bölmələrində müxtəlif ixtisaslardan olan mütəxəssislər çalışır ki, bunların da arasında 3 nəfər elmlər doktoru və 8 nəfər fəlsəfə doktoru (elmlər namizədi) vardır.
Alma sukatı
Alma sukatı — Alma dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə alma (şirin alma sortları), şərbət, şəkər tozu daxildir. Alma sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Antonio Xose Fransisko de Sukre
Antonio Xose Fransisko de Sukre Alkala (isp. Antonio José Francisco de Sucre y Alcala) — Sukre 3 fevral 1795-ci ildə Kumana Yeni Qranada (indiki Venesuela) doğulub. 1830-cu ilin 4 iyununda Posta yaxınlığında Kolumbiya ərazisində öldürülür. Latın Amerikasında İspan ağalığına qarşı aparılan istiqlal müharibəsinin əsas simalarından biri olmuşdur (1810–1826). Boliviyanın ikinci prezidenti olaraq 1826–1828-ci illərdə ölkəni idarə etmişdir. == Fəaliyyəti == 1805-ci ildən Venesuela və Kolumbiyanın azadlıq mücadiləsinə qoşulur. 1820-ci ildən azadlıq mücadiləsi komutəsinə rəis təyin edilir. O, Simon Bolivarın əsas silahdaşlarından biri olur. Elə həmin ildə Bolivarın dəstəyi ilə general rütbəsi alır və Böyük Kolumbiyanın azadlıq mücadiləsinə başlayır. Kiçik ordu ilə Kolumbiyadan ayrılır.
Apocynum cannabinum var. suksdorfii
Kənafabənzər kəndir (lat. Apocynum cannabinum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin kəndir cinsinə aid bitki növü. == Sinonimləri == Apocynum album Greene Apocynum angustifolium Wooton [Illegitimate] Apocynum arenarium Greene Apocynum bebbianum Greene Apocynum bolanderi Greene Apocynum breweri Greene Apocynum canadense Shecut Apocynum cannabinum var. album (Greene) Bég. & Belosersky Apocynum cannabinum var. album (Greene) F.C. Gates Apocynum cannabinum var. angustifolium N.H.Holmgren Apocynum cannabinum f. arenarium (Greene) B.Boivin Apocynum cannabinum var. bolanderi (Greene) Bég. & Belosersky Apocynum cannabinum var.
Apocynum suksdorfii
Kənafabənzər kəndir (lat. Apocynum cannabinum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin kəndir cinsinə aid bitki növü. == Sinonimləri == Apocynum album Greene Apocynum angustifolium Wooton [Illegitimate] Apocynum arenarium Greene Apocynum bebbianum Greene Apocynum bolanderi Greene Apocynum breweri Greene Apocynum canadense Shecut Apocynum cannabinum var. album (Greene) Bég. & Belosersky Apocynum cannabinum var. album (Greene) F.C. Gates Apocynum cannabinum var. angustifolium N.H.Holmgren Apocynum cannabinum f. arenarium (Greene) B.Boivin Apocynum cannabinum var. bolanderi (Greene) Bég. & Belosersky Apocynum cannabinum var.
Apocynum suksdorfii var. angustifolium
Kənafabənzər kəndir (lat. Apocynum cannabinum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin kəndir cinsinə aid bitki növü. == Sinonimləri == Apocynum album Greene Apocynum angustifolium Wooton [Illegitimate] Apocynum arenarium Greene Apocynum bebbianum Greene Apocynum bolanderi Greene Apocynum breweri Greene Apocynum canadense Shecut Apocynum cannabinum var. album (Greene) Bég. & Belosersky Apocynum cannabinum var. album (Greene) F.C. Gates Apocynum cannabinum var. angustifolium N.H.Holmgren Apocynum cannabinum f. arenarium (Greene) B.Boivin Apocynum cannabinum var. bolanderi (Greene) Bég. & Belosersky Apocynum cannabinum var.
Armud sukatı
Armud sukatı - Armud dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə armud, şəkər tozu, vanil daxildir. Armud sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Artemisia suksdorfii
Artemisia suksdorfii (lat. Artemisia suksdorfii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bulbophyllum sukhakulii
Bulbophyllum sukhakulii (lat. Bulbophyllum sukhakulii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Devi Sukarno
Dewi Sukarno (デ ヴ ィ · ス カ ル ノ Devi Sukaruno) tam adı Ratna Sari Devi Sukarno (ラ ト ナ · サ リ · デ ヴ ィ · ス カ ル ノ; 6 fevral 1940) — Ratona Sari Devi Sukaruno Nemoto Naokoda doğulub (根本 七 保子 Naoko Nemoto); 6 Fevral 1940), Yaponiyada Devi Fujin kimi tanınan (デ ヴ ィ 夫人, Ledi Devi, Madam Devi) yapon iş adamı, moda cəmiyyətində yaxşı tanınmış, televiziyaların qonağı və xeyriyyəçidir. İndoneziyanın ilk prezidenti Sukarnonun xanımlarından biridir. == Bioqrafiya == 19 yaşındakı Naoko Nemoto 57 yaşındakı Sukarnonu Imperial Oteli yaxınlığında, Tokyodakı Ginza hostes barında qarşıladı. Sukarno Yaponiyaya dövlət səfərində o incəsənət tələbəsi və icraçı idi. Naoko 1962-ci ildə İndoneziyada Sukarno ilə evləndi və İslamı qəbul etdi və Sukarno ona İndoneziya adı olan "Yava-sanskrit" mənasını verən bir tanrıça zinətinin mahiyyəti Ratna Sari Devi Sukarno adı verdi. Onların Kartika adlı (indi "Carina" adını istifadə edir) bir qızı vardı. Sukarno General Suxarto tərəfindən 1967-ci il çevrilişi ilə devrildi və üç il sonra vəfat etdi. Devi Sukarno Sukarnonun devrilməsindən sonra Avropaya köçdü və Fransa, İsveçrə və ABŞ-də yaşadı. 2008-ci ildən etibarən Şibuya, Tokio, Yaponiyada yaşayır, burada o xatirə dolu iqamətgahında yaşayır. Devi Sukarno aşkar bir şəxsiyyətiylə tanınır.
Ekoloji suksessiya
Suksessiya (lat. succesio- varislik) — mühitin müəyyən hissəsindəki bir fitosenozun digəri ilə ardıcıl əvəz olunması. Suksessiya ilkin və ikincili olur. Qumluqları, qayalıqları tədricən bitki basması ilkin suksessiya, istifadəsiz kənd təsərrüfatı torpaqlarında bitki və heyvanların məskən salması ikincili suksessiyadır. Suksessiya prosesi inkişaf etdikcə növlərin miqdarı çoxalır, maddələr dövranı mürəkkəbləşir, ölü kütlə artır. Pozulan tarazlığın ekosistem tərəfindən bərpa prosesi mütəşəkkil surətdə müəyyən mərhələlərlə gedir. Ekosistemi tarazlıq halından bir çox üsullarla çıxarmaq olur. Bu adətən yanğın, quraqlıq və ya daşqınlar zamanı baş verir. Belə pozulmalar zamanı tarazlığı yeni ekosistem öz-özünü bərpa edir və bu proses müntəzəm xarakter daşıyır, müxtəlif vəziyyətlərdə təkrar olunur. Pozulan yerlərdə müəyyən növlər və ümumiyyətlə bütün ekosistem elə surətlə inkişaf edir ki, bu növlərin meydana çıxma qaydası oxşar pozulmalar və oxşar areallar üçün eyni olur.
Enliyarpaq sukərəvizi
Enliyarpaq sukərəvizi (lat. Sium latifolium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sukərəvizi cinsinə aid bitki növü.
Gavalı sukatı
Gavalı sukatı - Gavalı dilimlərindən hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Heyva sukatı
Heyva sukatı - Heyva dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə heyva, şəkər tozu, vanil daxildir. Heyva sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Katolikos Sukias
Katolikos Sukias - Albanların LVIII katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Limon qabığından sukat
Limon qabığından sukat - Limon qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Meqavati Sukarnoputri
Dia Permata Meqavati Setiavati Sukarnoputri (ind. Diah Permata Megawati Setiawati Sukarnoputri, qısa: Meqavati Sukarnoputri; d. 23 yanvar 1947[…], Cokyakarta) — İndoneziya dövlət və siyasi xadimi. İndoneziyanın birinci qadın prezidenti (2001 — 2004) və ölkənin müstəqillik əldə etməsindən sonra doğulan ilk prezident, İndoneziyanın vitse-prezidenti (1999 — 2001). İndoneziya Demokratik Partiyasının banisi və dəyişməz lideri (1993—1996), İndoneziya Mübarizəsi Demokratik partiyasının sədri (1998-ci ildən). İndoneziyanın birinci prezidenti olan Sukarnonun qızıdır. Ölkəsində Meqavati və Meqa ləqəbləri ilə də tanınır. == İstinadlar == == Xarici keçidlər == "Most Powerful Women 2004 #8 Megawati Sukarnoputri" Wayback Machine saytında (13 avqust 2010 tarixindən). Forbes. Karon, Tony.
Senecio sukaczevii
Senecio sukaczevii (lat. Senecio sukaczevii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Suksinimid
Süksinimid (2,5 -pirrolindion, kəhrəba turşusunun imidi) - ortorombik sistemin rəngsiz kristalları (a=0.75 nm, b=0.962 nm, c=1.275 nm, z=8), suda və etanolda yaxşı, dietil efirdə zəif həll olur, xloroformda həll olmur. == Xassələri == Süksinimid zəif bir turşudur, K = 2.38•10-10 (25 °C), metallarla duzlar və kompleks birləşmələr əmələ gətirir. Süksinimid bərpa olunduqda reaksiya şəraitindən asılı olaraq pirrolidin, 2-pirrolidon, pirrol və ya γ-aminoyağ turşusu əmələ gəlir. Süksinimidin halogenləşməsi N-halogenosuksinimidlər, brom Br2 və ya natrium hipobromit NaBrO ilə qələvi mühitdə qızdırıldıqda – β-alanin NH2 (CH2)2COOH əmələ gətirir. Süksinimidi əridərkən içəricindən 160 °C temperaturda xlor və ya brom buraxılarsa, halojen əvəzli olunan malein turşusu imidləri əmələ gəlir, süksinimidin fosfor pentaxlorid PCl5 ilə qarşılıqlı əlaqəsi 2,2,3,4,5-pentaxlor-2H-pirrol verir: Süksinimidin ammonyak NH3 və ya metanol CH3OH ilə işlənməsi müvafiq diamid NH2CO(CH2)2CONH2 və ya kəhrəba turşusunun monoamidi CH3OOC(CH2)2CONH2 metil efirinin əmələ gəlməsi ilə tsiklin açılmasına gətirib çıxarır. Formaldehidlə süksinimidə təsir edərkən, N-hidroksimetilen süksinimid (K2CO3 iştirakında) və ya N, N'-metilen disüksinimid (160 °C-də) əmələ gəlir. == Alınması == Suksinimidi kəhrəba turşusu və ya onun anhidridini 180-200 °C-də ammonyak axını ilə qızdıraraq; Diammonium duzunun və ya kəhrəba turşusu və ya karbamidin amidinin quru distillə edilməsi ilə; Akrilonitrilin sulu sodyum siyanid NaCN ilə işlənməsi ilə;. Kobalt Co -nun iştirakı ilə akrilamidin karbonlaşdırılması ilə alırlar == Tətbiqi == Süksinimid, əsasən, N-xlor- və N-bromosüksinimidlərin alınmasında, həmçinin, pirrol seriyasının heterosiklik birləşmələrinin sintezi üçün tətbiq edilir. Bəzi süksinimid törəmələri, məsələn, N-süksinil-3,5-dixloroanilin pestisid kimi istifadə olunur. == Mənbə == Химическая энциклопедия / Редкол.: Зефиров Н.С. и др..
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Sukuma viki
Şərqi Afrikanın Tanzaniya, Keniya və digər kimi ölkələrdə çox məşhurdur. O həmçinin Şahilli də adlanır. Çox zaman yaşıl rəngdə olur. Bu içki tərəvəzlərdən hazırlanır. Bu regionda hər zaman tərəvəz olduğu üçün işkini işmək olur. == Tərkibi == Bu içkinin qrup kimi adı "Akephala" (yunanca "başsız") adlanır. Bu içkinin dadı bir az kələm dadı verir. Duzluluq üçün orta səviyyədə həssasdır. == Yetişdirilməsi və saxlanması == Bitki yarpaqları qalın olur ancaq bununla bərabər çox yeməli yarpaqlardır. Ticarət məqsədilə becərilir.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Sukur Qurban
Sukur Qurban (1848, Dağıstan – 1922) — Dargin şair, müğənni. Əsərlərində sosial bərabərsizlik və azadlıq problemini qaldırmışdır. == Bioqrafiyası == Sukur Qurban 1848-ci ildə (digər mənbələrə görə 1842-ci ildə) Kaşaqı kəndində anadan olmuşdur. Doğuşdan kor olan Sukur Qurban, əmisi oğlu ilə birlikdə iş dalınca Dağıstan boyunca səfərlər etmişdir. "Şukur" dargin dilindən "kor" olaraq tərcümə olunur. Şukur Qurbanın mahnı bəstələmək istedadı uşaqlıqda özünü büruzə verir. Mahnıları bəyənilir və tez də sevilirdi. Bütün həyatını gəzib dolaşmaqla keçirmişdir. Onun mahnıları dargin xalqının həyatı və taleyi haqqında lirik bir hekayədir. Qurban bir çox Dağıstan dilini bilir və qonşu xalqların mahnılarını dargin dilinə tərcümə edirdi.
Sukxotay krallığı
Sukxotay krallığı (tay อาณาจักรสุโขทัย) — 1238–1583-cü illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş orta əsr tay feodal buddist dövləti. Paytaxt Sukxotay indiki Yeni Sukxotay qəsəbəsindən 12 kilometr uzaqlıqda yerləşir. Hal-hazırda xarabalıqdır və 1991-ci ildə YUNESKO-nun Ümumdünya irsinə daxil edilmişdir. == Etimologiya == Sukxotay sanskrit dilindəki sukxa (hind. सुख – "xoşbəxtlik") və udaya (hind. उदय – "qalxmaq, əmələgəlmə") sözlərindən yaranmışdır. Mənası – "xoşbəxtliyin peyda olduğu yer". == Tarix == === Müstəqillik === XIII əsrdən əvvəl tay krallıqları şimalda yerləşən yaylalarda hakimiyyət sürürdü. Bu dövlətlərə Lannatayın sələfi Hiran krallığı və müasir Çin Xalq Respublikası ərazisində yerləşən Kenhun krallığı daxil idi. Sukxotay uzun müddət Kxmer imperiyasının təsiri altında olmuş Lavo krallığının (indiki Lopburi) tərkibində ikən ticarət mərkəzinə çevrilmişdi.
Sukərəvizi
Sukərəvizi (lat. Sium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.