Antonio Xose Fransisko de Sukre Alkala (isp. Antonio José Francisco de Sucre y Alcala) — Sukre 3 fevral 1795-ci ildə Kumana Yeni Qranada (indiki Venesuela) doğulub. 1830-cu ilin 4 iyununda Posta yaxınlığında Kolumbiya ərazisində öldürülür[1]. Latın Amerikasında İspan ağalığına qarşı aparılan istiqlal müharibəsinin əsas simalarından biri olmuşdur (1810–1826). Boliviyanın ikinci prezidenti olaraq 1826–1828-ci illərdə ölkəni idarə etmişdir.
Antonio Xose Fransisko de Sukre | |
---|---|
2-ci Boliviya prezidenti | |
19.06.1826 – 18.04.1828 | |
Əvvəlki | Simon Bolivar |
Sonrakı | Xose Mariya Peres |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kumana,Yuxarı Peru |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Pasto yaxınlığında, Kolumbiya |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Rütbəsi | marşal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1805-ci ildən Venesuela və Kolumbiyanın azadlıq mücadiləsinə qoşulur. 1820-ci ildən azadlıq mücadiləsi komutəsinə rəis təyin edilir. O, Simon Bolivarın əsas silahdaşlarından biri olur. Elə həmin ildə Bolivarın dəstəyi ilə general rütbəsi alır və Böyük Kolumbiyanın azadlıq mücadiləsinə başlayır. Kiçik ordu ilə Kolumbiyadan ayrılır. Quayagil körfəzini keçərək bu əraziləri Kolumbiyanın protektoratı elan edir. Onun ordusu 3000 metrlik hündürlüyə malik və İspanlar tərəfindən yaxşı müdafiə olunan Kito şəhərinə çataraq 24 may 1822-ci ildə şəhəri azad edir. Bu qalibiyyətdən sonra onun ordusu cənub-şərqə doğru irəliləyərək Bolivarın ordusu ilə birləşir. Bir sıra qalibiyyətlər əldə edilir. 1824-cü ilin avqust ayında Xunined və Ayakucoda azad edilir. 1824-cü ildən Bolivar ordunu ona həvalə edir. Yuxarı Perunu azad etdikdən sonra Boliviyanın prezidenti olur. Bu vəzifədə bir sıra tədbirlər həyata keçirir. İqtisadi və siyasi islahatalar həyata keçirərək, kilsə torpaqlarını xalqa paylayır, ibtidai təhsilin yaradıllmasına xüsusi fikir verir. 1828-ci ildə hakimiyyət çəkişmələri və yerli xalqların üsyanları onu istefa verməyə vadar edir. Sonra Ekvadora qayıdır. 1829-cu ildən Böyük Kolumbiyanı Perudan qoruyur. 1830-cu ildə Bolivarın göstərişi ilə Böyük Kongresə rəhbərlik edərək Venesuela, Ekvador və Kolumbiyanın bir federasiyada birləşdirilməsi ona həvalə edilir. 1830-cu ilin 4 iyun tarixində Paso yaxınlığıda (Ekvadorda) öldürülür. Onun öldürüləsini Paso Mariey Obandonun adamlarının həyata keçirməsi ehtimalı vardı. Paso Kolumbiyalı idi və Bolivarın əsas rəqiblərindən sayılırdı. Bununla belə hec bir dəlil aşkarlanmır. Boliviyanın paytaxtı Sukre məhz onun adını daşıyır, üstəlik Venesuelanın şimalında ştat, Kiti şəhərindəki Hava limanı, Ekvadordakı pul əskinasları onun adını daşıyır.