suzumaq 2021
sübh-aхşam
OBASTAN VİKİ
Sübh
Sübh (Neftçala)
Sübh (Neftçala)
Sübh — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sübh qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Sübh kəndi adlandırılmışdır.
Sübh (roman)
Sübh (ing. Breaking Dawn) — Alatoran romanlar seriyasın dördüncü cildi. 2011-2012-ci illərdə kitabın əsasında iki film ekranlara çıxdı.
Sübh azanı
Sübh azanı — "bildirmək, elan etmək" mənasına gəlir. Sübh namazının vaxtını bildirmək üçün islam dininde önəmli yerə sahibdir. Termin mənası isə müsəlmanları namaz ibadətinin vaxtının gəldiyini bildirir. "Azan"— kəliməsi islam dininin müqəddəs kitabı olan "Qurani-Kərim"- də "bildiriş, elan" mənasında keçir. Sübh vaxtı — (ərəb. fəcr‎-yarılma) — günəş doğmadan əvvəl şəfəq deməkdir. Türkcə “sübhün doğması” adlandırılan bu hadisə gecəni gündüzdən ayırdığı və ya gündüzü üzə çıxardığı üçün fecir adlanır. Sübh vaxtına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir ki, ona "birinci fəcr" deyilir. O ağartı yayılan vaxt "ikinci fəcr" və sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır.
Sübh namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır. == Sübh namazının qılınma qaydası == Birinci rükət: Niyyət ; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; İkinci rükət: Həmd-surə; Qunut Ruku; 2 səcdə; Təşəhhüd; Salam. === Niyyət: === 2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). === Təkbirətul-ehram: === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd-surə: === Fatihə surəsi ilə ondan başqa İxlas surəsi oxunmalı, yəni ayaqda sırasıyla : Fatihə surəsi; İxlas surəsi oxunur. === Qunut: === Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı 3 dəfə "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. === Ruku: === Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir və ya "Subhanə Rabbiyəl Azim". === 2 səcdə: === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Sübh çağı buğda tarlası
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Sübh adasında qürub (film, 1987)
== Məzmun == Film Kür-Araz qovşağında, Neftçala bölgəsində yaşayan sahibsiz at sürüləri haqqında söhbət açır.
Alatoran: Sübh (dəqiqləşdirmə)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2) Alatoran romanlar seriyasın dördüncü cildin — Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Alatoran: Sübh (film)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2) Alatoran romanlar seriyasın dördüncü cildin — Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Bazar Küçəsi Sübh Çağı (1898)
Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Məzmun == Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Memmedli Sübhan
Sübhan Səbuhi oğlu Məmmədli (12 avqust 1994, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Evli idi. == Hərbi xidməti == Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmişdir. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirmişdir.
Mumiyanın sübhü (film, 1981)
Mumiyanın sübhü (ing. Dawn of the Mummy) — 1981-ci ildə istehsal olunmuş "Mumiya" haqqında qorxu filmi janrında çəkilən filmlərdən biridir. == Məzmun == Üç axtarışçı Misir sərasına gəlirlər. Partlayış nəticəsində yerin üstü partladılır. Bu zaman onlar səhranın daxilinə gedirlər. Onlar burada çoxlu qızıl əvəzinə yalnız Mumiya tapırlar. Həmin müddətdə Nyu-Yorkdan jurnalistlər bura gəlmişlər. Bu zaman işıqlanma nəticəsində qəbirdə və qəbrin yanına yerləşən bütün Mumiyalar oyanırlar. Mumiyalar Misir əhalisinə ciddi təhlükə törədirlər… == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Mumiyanın sübhü — Internet Movie Database saytında.
Mustafa Sübhi
Mustafa Sübhi (4 avqust 1882, Giresun – 29 yanvar 1921, Qara dəniz) — türk inqilabçısı və kommunisti. == Həyatı == Sübhi 1883-cü ildə Osmanlı imperiyasının Giresun vilayətində anadan olub. Qalatasaray Liseyinə getməzdən əvvəl Qüds, Dəməşq və Ərzurumda təhsil alıb. O, Parisdə siyasi elmlər üzrə təhsil alıb, eyni zamanda "Tanin" qəzetinin müxbiri olub. 1910-cu ildə Türkiyəyə qayıdıb, burada "İfham" qəzetində redaktorluq edib. O, hüquq və iqtisadiyyatdan da mühazirələr oxuyub. 1913-cü ildə Mahmud Şövkət Paşaın qətlində əli olmaqda günahlandırılaraq Sinopda on beş il sürgünə məhkum edilib. Orada "İctiha" və "Hak" qəzetlərində qərb fəlsəfəsi haqqında məqalələr yazıb. Lakin 1914-cü ildə Sinopdan Rusiyaya qaçıb və burada Birinci Dünya müharibəsinin başlamasından sonra Rusiya hakimiyyəti onu hərbi əsir kimi qiymətləndirərək Ural bölgəsinə sürgünə göndərib. == Kommunist fəaliyyəti == 1915-ci ildə Uralda olub və orada bolşevik partiyasına daxil olub.
Sübhan Abdurahmanlı
Sübhan Mahir oğlu Abdurahmanlı (18 oktyabr 1992; Bakı, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Abdurahmanlı 1992-ci il oktyabrın 18-də Bakı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Sübhan Abdurahmanlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Abdurahmanlı oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Abdurahmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Abdurahmanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Sübhan Bəkirov
Sübhan Kamal oğlu Bəkirov (4 avqust 1964, Ürkməzli, Qazax rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral (2022). == Həyatı == Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Ailəlidir. Üç övladı var. == Təhsili == Ali Hərbi-Mühəndis: 1985–1990 == Hərbi xidməti == 1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, üzaq şərq vilayətində hərbi xidmətdə olub. 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. 1997–2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub. 2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Sübhan Cəbrayılov
Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983; Salyan rayonu, Azərbaycan SSR, SSRİ— 19 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Sübhan Cəbrayılovda daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Sübhan Cəbrayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur. == Həyatı == Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. Sübhan Cəbrayılov 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə qəbul olmuşdur. 2000-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı. === Ailəsi === Sübhan Cəbrayılov Sevda Cəbrayılova ilə ailəli həyatı qurmuşdur.
Sübhan Cəfərov
Sübhan Mehman oğlu Cəfərov (10 iyun 1999; Ağsu, Azərbaycan — 27 noyabr 2020; Talış, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəfərov Sübhan Mehman oğlu 1999-cu ildə iyunun 10-da Ağsu şəhərində anadan olub. 2006-cı ildə Soltan Umbayev adına 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2017-ci ildə orta məktəbi bitirmişdir. Subay idi. == Hərbi xidmətləri == 2017-ci ildə iyulun 5-də həqiqi hərbi xidmətə gedib və xidmətini 2019-cu ildə başa vurmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mahmud Cavadov Suqovuşan-Talış döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci il tarixində Talış kəndinin azad edilməsi uğrunda gedən hərbi əməliyyat zamanı qəhrəmancasına döyüşərək şəhid olub. Ağsu Şəhidlər Xiyabanın'da torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sübhan Həsənov
Sübhan Rauf oğlu Həsənov (26 iyul 2001; Masallı, Azərbaycan — 7 dekabr 2020 (dəfn tarixi); Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Həsənov 26 iyul 2001-ci ildə Masallı şəhərində anadan olmuşdur. 2007-ci ildə şəhid Masallı şəhər İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. == Hərbi xidməti == Sübhan Həsənov 2019-cu ilin 30 iyul tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə snayper olaraq yerinə yetirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sübhan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Sübhan Həsənov 7 dekabr 2020-ci ildə Masallı şəhərinin qəbiristanlığında dəfn olunmuşdur.
Sübhanqol (Auırqazı)
Sübhanqol (başq. Собханғол, rus. Субхангулово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 34 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95%) üstünlük təşkil edir.
Sübhanqul (Avurğazı)
Sübhanqol (başq. Собханғол, rus. Субхангулово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 34 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95%) üstünlük təşkil edir.
Sübhanqulu xan Qacar
Sübhanqulu xan Qovanlı-Qacar — İrəvan qalasının rəisi, İrəvan xanı Hüseynqulu xan Sərdarın qardaşı oğlu və kürəkəni. == Hərbi fəaliyyəti == II Rusiya-Qacar müharibəsinin gedişində 1827-ci ildə generallar İvan Paskeviçin və Bekendorfun İrəvan qalasına hücumları zamanı qalaya rəhbərliyi Sübhanqulu xan edirdi. 1827-ci il mayın 12-də Paskeviçin başçılığı ilə əsas rusların qüvvələrinin, habelə 500 nəfər gürcü və erməni əyanının müşayiəti ilə İrəvan xanlığı istiqamətində yürüşü başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə təşkil edilən ilk erməni atlı alayı mayın 17-də İrəvan xanlığının ərazisinə doğru hərəkət etdi. İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn Paskeviç İrəvan xanlığına məxsus qalalar haqqında kəşfiyyat məlumatları toplamağa başladı. Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhanqulu xanla danışıqlar apardığını öyrəndi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə rus qoşunlarının baş komandanı ilə görüşmək istədiyini bildirmişdi. Paskeviç qalanın komendantına öz gəlişi barədə xəbər göndərəndə, Hüseynqulu xan knyaz Seversamidzeyə bildirmişdi: "Əgər söhbət qalanın təslim edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə verirəm. Əks halda bu, mənasızdır - çünki mən qalanı heç vaxt təslim etməyəcəyəm". Bundan sonra Paskeviç qala ilə bütün əlaqələri kəsməyi əmr etdi.
Sübhanqulu şah
Sübhanqulu şah — Qütbşah, Qolkonda hökmdarı. == Həyatı == 1543-cü ildə Heydərabadda doğulmuşdu. Atası Cəmşidqulu bəy Baranlı, anası Bilqız Zaman xanımdır. Hakimiyyətə gələndə hələ 7 yaşı vardı. Anası Racmata (Şah anası) Bilqız Zaman Əhmədnaqarda yaşayan Eynəlmülk Səif xanı qəyyumluğa çağırmışdı. Lakin Səif xanın hakimiyyəti öz əlində toplaması bəzi əmirləri narahat etdi və onlar Cəmşidqulunun qardaşı İbrahimqulunu taxta çağırdılar. İbrahimqulu bəy 7 ay sonra - 1550-ci ilin iyulunda taxta çıxdı. == Mənbə == Teluqu dilindəki Vikipediyada məqaləsindən tərcüməyə baxın.
Sübhi Bərəkat
Sübhi Bərəkat (1889, Antioxiya – 1939, Antakya, Hatay ili) — Fransanın mandatı dövründə ilk Suriya prezidenti (1922–1925). == Ədəbiyyat == Şükrü Balcı. Suriye eski devlet ve meclis reisi Suphi Berekât'ın iştediği şehadet. 1949.
Sübhi Mürsəliyev
Sübhi Balamirzə oğlu Mürsəliyev (28 dekabr 1979; İsmayıllı, Azərbaycan — 30 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhi Mürsəliyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. == Təltifləri == — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı Suqovuşanın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.
Sübhi Salayev
Salayev Sübhi Haşım oğlu (1927 – 1990) — geologiya-mineralogiya elmləri doktoru (1961), professor, Azərbaycan EA-nın akademiki (1989). == Həyatı == Sübhi Salayev 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə Azərbaycan Döv­lət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. == Əmək fəaliyyəti == Sübhi Salayev 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1962-1990-cı illərdə Neft və qaz geologiyası şöbəsinə və Neft geologiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Sübhi Salayev 1952-ci ildə "Cənubi Qobustanın neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru, 1961-ci ildə "Cənubi-şərqi Qafqazın oliqosen-miosen çöküntüləri və onların neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azərbaycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zonalarının ayrılması, depressiya zonalarında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezokaynozoy çöküntülərində neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problemləri üzrə fundamental əsərləri neft-qaz geologiyası elmini zənginləşdirmişdir. O, 10 km-ə qədər dərinlikdə yatan horizontlarla bağlı neft və qaz yataqları axtarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamətlərini işləyib hazırlamışdır.
Sübhi Şıxlinski
Sübhi Osman oğlu Şıxlinski — fəlsəfə elmləri namizədi, Rusiya Federasiya Şurasının Dövlət Duması və Rusiya Hökumətinin məhkəmə-icra orqanları ilə əlaqələr üzrə şöbəsinin rəisi.[mənbə göstərin] 1964-cü ildə Azərbaycanın Şəmkir şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alan S.Şıxlinski 1990–1993-cü illərdə Məhəmməd Əmin Rəsulzadə adına Azərbaycan Dövlət Universitetində fəlsəfə və sosiologiya fənləri üzrə dərs deyib. Daha sonra yenidən Moskvaya qayıdan həmyerlimiz burada elmi fəaliyyətini davam etdirərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. 1996-cı ildə siyasi texnoloq kimi Rusiya Federasiyasında prezident seçkiləri keçirilərkən B.N.Yeltsinin seçki qərargahına, milli diasporlarla, dini qurumlarla və soydaşlarla işlər şöbəsinin rəisi vəzifəsinə dəvət edilib. Rusiya hökumətinin müxtəlif mükafatlarına layiq görülən soydaşımıza 2007-ci ildə Rusiya Prezidenti V.V.Putinin fərmanına əsasən, üçüncü dərəcəli həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831, Tehran – 29 aprel 1912, Famaqusta) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
Sübhün səfiri (film, 2012)
Sübhün səfiri — rejissor Ramiz Həsənoğlunun filmi. Film Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar çəkilmişdir. == Məzmun == Film Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, Azərbaycan dramaturgiyasının banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və çoxşaxəli irsindən bəhs edir. Filmdə dramaturqun həyatının 3 dövrü — uşaqlıq, gənclik və qocalığı canlandırılır. == Film haqqında == Filmdə M.F. Axundzadənin obrazının 30 yaşından ömrünün sonunadək olan dövrünü aktyor Elşən Rüstəmov canlandırmalı idi . Filmin premyerası 28 noyabr 2012-ci ildə Nizami Kino Mərkəzində olmuşdur. Budapeştdə filmin təqdimatı keçirilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu Quruluşçu operator : Kənan Məmmədov (Kənan Əziz kimi) Quruluşçu rəssam : Rafiz İsmayılov (Rafiz Rza kimi) Bəstəkar : Cavanşir Quliyev Səs rejissoru : Teymur Abdullayev Rejissor : Akif Rüstəmov Operator : Tərlan Babayev Geyim üzrə rəssam : Şahin Həsənli (rəssam) İcraçı prodüser : Adil Qulamov Xətti prodüser : Elşən Tarverdiyev Qrim üzrə rəssam : Elbrus Vahidov Geyimlərin eskizi : Tahir Tahirov (Tair Tairov kimi) Montaj : Elmir Həsənov Məsləhətçi : Zaman Əsgərli (filologiya elmləri doktoru, professor) Redaktor : Ramiz Əliyev Musiqi redaktoru : Rauf Əliyev Çalır : Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblı Dirijor : Rauf Abdullayev Ansamblın rəhbəri : Məcnun Kərimov Solo balaban : Elşad Cabbarov Solo tar : Cavanşir Quliyev Solo kamança : Fəxrəddin Dadaşov Rəqslərin quruluşçuları : Zakir Ağayev, Yelena Ağayeva Dekor üzrə rəssam : Elyaz Səfərov Rəssam-fotoqraf : Pərviz Quliyev Qrim ustası : İradə Gülbabayeva Rejissor qrupu : Anar Almazov, Xədicə Qarayeva, Fuad Nəbiyev Operator qrupu : Aydın Ələkbərov, Kamran Qulamov, İlham Babayev, Şunasib Qulamov Mətn düzümü : Ramiz Əliyev Sinxron səs effektləri : Əliqulu Səmədov Xüsusi effektlər : Kamran Məmmədov Qrafika : Aleksandr Melnikov İnzibatçılar : Arif Kərimov, Elnur Əliyev, Vüqar Qurbanov, Günel Zeynalova (II) Rəssam assistenti : Valeh Davudov Geyim üzrə rəssam assistentləri : Arif Niftiyev, Səfurə Həsənli, Nərgiz Vəliyeva, Mehriban Ələkbərova İşıq ustası : Tahir Bağırov İşıqçılar : Şəmsi Qədirov, Xəqani Abdullayev, Rövşən Vahabov Səs texniki : Kamal Məmmədov Operator kranı : Aqil Həsənov, Əsgər Ələkbərov (II) Əlbəsəçi : Turi Lazareva Pirotexniklər : Əlibala Məmmədov, Vaqif Qurbanov Mühasib : Lalə Məmmədova Sürücülər : Əhməd Əbdülov, Mansur Mustafazadə, Kamal Yolçuyev Fəhlələr : Sabit Qədirov, İsmayıl Səfərli === Rollarda === Rasim Balayev – Mirzə Fətəli Axundzadə Nicat Əli – gənc Fətəli Fəxrəddin Manafov – Abbasqulu ağa Bakıxanov Məlahət Abbasova – Tubu xanım Günəş Mehdizadə – Nisə xanım (Günəş Mehdiyeva kimi) Pərviz Məmmədrzayev – Xanbaba Rafiz Mehdizadə (Rafiz Mehdi-zadə kimi) – Rəşid Eldar Bağırbəyov – Bestujev-Marlinski Şahin Səlimov — Molla Rafiq Əliyev (II) – Düpon Bəxtiyar Xanızadə – Axund Ələsgər Məmməd Səfa – Həsən bəy Zərdabi Ayşad Məmmədov – Mirzə Şəfi Vazeh Aleksandr Şarovski – İlminski İlham Əsgərov – Şeyx-ül-İslam Oleq Əmirbəyov – Mixail Lermontov Elvin Mirzəyev – Qastino Zaur Şəfiyev – Usmiyev Fərhad İsrafilov – Mirzə Hüseyn Əhməd Uz (Ahmet Uz kimi) – Fuad Paşa Altan Akışık – Münir Əfəndi Erol Alpsoykan – Aleksandr Xalid Qaraata (Halit Karaata kimi) – Akop Vüqar Əliyev – Yavər Şahin Əli Sultan (Ali Sultan kimi) – İmam Fazil Həsən Yıldız (Hasan Yıldız kimi) – Süavi əfəndi Yıldırım Yanılmaz – Fərid Paşa Ahhan Şener – Namiq Kamal Elman Rəfiyev – Fridrix Bodenştedt Yuri Baliyev (Yuriy Baliyev kimi) – Mixail Vorontsov Kamran Yunis – Məmməd Tağı Gülzar Qurbanova – Nanə Almaz Amanova – Məmməd Tağının arvadı Tofiq Əliyev – balaca Fətəli Nilufər Məmmədrzayeva – Fətəlinin bacısı Yaroslav Trifonov – Paxomov Elvin Vəlimətov – gənc Düpon Abgül Mirzəliyev – Səttar Qədirhüseyn İsmayılov – Yavər Elşən Şirəliyev – Nəcəf Hacıbaba Məmmədov – Sərban Ramiz Əzizbəyli – Hacı Qara Ramin Şıxəliyev – Kərəməli Qorxmaz Əlilicanzadə – Molla İbrahimxəlil Azad Şükürov – Molla Həmid Vahid Əliyev – Dərviş Abbas Rəzzaq Məmmədov – nuxulu Məhərrəm Musayev – nuxulu İqrar Salamov – nuxulu Rauf Şahsuvarov – nuxulu Loğman Kərimov – Məstəli şah Dilarə Əliyeva – Şəhrəbanu Aytən Əlibəyli – Şərəfnisə Ənvər Həsənov – Hatəmxan ağa Elvin Əhmədov – Şahbaz bəy Məbud Məhərrəmov – Müsyo Jordan Xalidə Əliməmmədova – Xanpəri Arif Kərimov – vəzir Hikmət Rəhimov – Teymur ağa Mətanət Atakişiyeva – Pəri xanım Lalə Məmmədova (II) – Şölə xanım Aytən Qulamova – Nisə xanım Arzu Hüseynov – Xacə Məsud Şamil Süleymanlı – Şah Abbas Azər Mirzəyev – Zaman xan Mirzə Ağabəyli – mollabaşı Tofiq Bayramov – eşikağası Şahmar Qəribli – münəccimbaşı Əhməd Köşəoğlu (Ahmet Köşeoğlu kimi) İlyas Ədhəmoğlu (İlyas Ethemoğlu kimi) Ənvər Dönməz (Enver Dönmez kimi) Mehmet Yüksəl (Mehmet Yüksel kimi) Boris Qrafkin Əsgər Rəhimov Marina Qrabovskaya Tutu Əliyeva Mehriban Ələkbərova Anar Almazov Sevil Balayeva Əlvida Cəfərov Olqa Arsentyeva Nəmxuda Usubəliyev (Namxuda Usubəliyev kimi) Şahin Həsənov Aydın Əlibalayev Yuri Lobaçov (Yuriy Lobaçov kimi) İsgəndər Qədimov Araz Ağaverdiyev Məsim İslamov Oqtay Əhmədov (II) Laçın Abbasov Seyfəli Əsədov Elvin Manafov === Filmi səsləndirənlər === Sabir Məmmədov – Şah Abbas (Şamil Süleymanlı) (titrlərdə yoxdur) Xalidə Quliyeva – Tubu xanım (Məlahət Abbasova) (titrlərdə yoxdur) Kamran M. Yunis - Axund Ələsgər (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Vüsal Murtuzəliyev - Rəşid (Rafiz Mehdizadə);Tərcüməni oxuyan (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == "Zeybək Yapım Film Müzik Tanıtım və Reklamcılık" Şirkəti (Türkiyə) "Yurdfilm" kinostudiyası İstanbul Universiteti Şəki Şəhər İcra Hakimiyyəti Dövlət Tarix muzeyi Muzey Mərkəzi Ramana qəsəbəsinin bələdiyyəsi Novxanı qəsəbəsinin bələdiyyəsi Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu Mərdəkan Mədəniyyət Sarayı == Çəkilişə kömək edənlər == Ömər Çalışqan ("Zeybək" şirkəti) Əhməd Köşəoğlu ("Zeybək" şirkəti) Nailə Vəlixanlı Liana Vəzirova == İstinadlar == == Mənbə == Əlibəyli, B. Trilogiyadan...“Xəmsə”yə: Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqda qeydləri //525-ci qəzet.- 2013.- 2 fevral.- S. 10. Əlibəyli, B. Trilogiyadan...“Xəmsə”yə: Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqda qeydlər //525-ci qəzet.- 2013.- 9 fevral.- S. 19. “Sübhün səfiri” Şəkidə: [filmin təqdimatı] //Mədəniyyət.- 2013.- 6 fevral.- S. 4.
Bazar küçəsi sübh çağı (film, 1898)
Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Məzmun == Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Alatoran. Saqa: Sübh (II hissə) (film, 2012)
Alatoran. Saqa: Sübh (II hissə) (ing. The Twilight Saga: Breaking Dawn — Part 2) 2012-ci ildə Stefani Mayerin eyni adlı əsəri əsasında çəkilmiş ABŞ istehsalı olan dram, melodram və döyüş filmidir. == Məzmun == Bella artıq vampirdir. İndi onun qarşısında Edvardla birgə əbədiyyət var. Bellanın Rinesme adında qızı var. Ceykob isə Rinesmenin ən yaxın dostu və məsləhətçisidir. Lakin Kallenlərin bu sevinci uzun çəkmir. Beləki, Voulturi Rinesmenin ölümsüz olduğunu fikirləşir. Vampir anlayışında isə ölümsüz uşaq yaratmaq qəti surətdə qadağandır.
Alatoran. Saqa: Sübh (I hissə) (film, 2011)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. The Twilight Saga: Breaking Dawn Part – 1) 2011-ci il Amerika istehsalı olan Stefani Mayerin eyni adlı romanlar seriyası əsasında çəkilmiş 4-cü filmdir. == Məzmun == Bella Svon artıq hamilədir. İndi o yarı-insan, yarı-vampir övladını dünyaya gətirmək arzusundadır. Lakin onun bu istəyinə Edvard və digər Kallenlər mane olurlar. Çünki bu çox təhlükəlidir. Çıxılmaz vəziyyətdə olan Bellaya gözləmədiyi anda Rozali kömək edir. Lakin onlar bilmirlərki bu işin axırı faciə ilə qurtara bilər.

Значение слова в других словарях