Sübhan Mehman oğlu Cəfərov (10 iyun 1999; Ağsu, Azərbaycan — 27 noyabr 2020; Talış, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Sübhan Cəfərov | |
---|---|
Sübhan Mehman oğlu Cəfərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağsu, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ağsu Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Cəfərov Sübhan Mehman oğlu 1999-cu ildə iyunun 10-da Ağsu şəhərində anadan olub. 2006-cı ildə Soltan Umbayev adına 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur.[3] 2017-ci ildə orta məktəbi bitirmişdir. Subay idi.
2017-ci ildə iyulun 5-də həqiqi hərbi xidmətə gedib və xidmətini 2019-cu ildə başa vurmuşdur.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mahmud Cavadov Suqovuşan-Talış döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci il tarixində Talış kəndinin azad edilməsi uğrunda gedən hərbi əməliyyat zamanı qəhrəmancasına döyüşərək şəhid olub. Ağsu Şəhidlər Xiyabanın'da torpağa tapşırılıb.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]