Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983; Salyan rayonu, Azərbaycan SSR, SSRİ19 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Sübhan Cəbrayılov
Şəxsi məlumatlar
Ləqəbi «Şir»
Doğum tarixi
Doğum yeri Marışlı, Salyan rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Qubadlı rayonu, Azərbaycan
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Sevda Cəbrayılova
Uşaqları Rahim və Fidan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2001—2020
Rütbəsi Baş gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonuQubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağıHadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur.

Sübhan Cəbrayılovda daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Sübhan Cəbrayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur.

Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub.[1]

Sübhan Cəbrayılov 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə qəbul olmuşdur. 2000-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, ruserməni dillərində sərbəst danışırdı.

Sübhan Cəbrayılov Sevda Cəbrayılova ilə ailəli həyatı qurmuşdur. 2008-ci il təvəllüdlü Rahim adında oğlu və 2010-cu il təvəllüdlü Fidan adında qızı yadigar qalmışdır.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Sübhan Cəbrayılov 2001-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət eləmişdir. 2002-ci ildən isə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam eləmişdir.

Sübhan Cəbrayılov 2004-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin Xızı rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

2020-ci ilin İkinci Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[2] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[3]

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Sentyabrın 27-də səhər döyüşlərində AzərbaycanErmənistan bölmələri arasında mövcud olan təmas xətti yarılmışdır və döyüşlərin birinci saatları ərzində Füzuli rayonunun beş yaşayış məntəqəsi — Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, QaraxanbəyliQərvənd işğaldan azad edilmişdir.[4] Sübhan Cəbrayılovun mənsub olduğu tabor üç gün ərzində Füzuli rayonu istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad eləmişdir. Sentyabrın 29-da Tabor Komandiri Kamil Şirinov həlak olmuşdur.

AzərbaycanErmənistan bölmələri arasında mövcud olan təmas xətti yarıldığdan sonra Sübhan Cəbrayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, ŞürbəyliYuxarı Maralyan işğaldan azad edilmişdir.[5][6]

Cəbrayıl şəhəri və rayonun şərq hissəsi işğaldan azad olunduğdan sonra Xüsusi Təyinatlı Qüvvələr Füzuli istiqamətində döyüşlərə daxil olmuşdur. Müharibənin birinci saatlarında işğaldan azad olunan və strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu müdafiə xəttindən dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmağı qərara almışdır.[7] 10 gündən çox Xocavənd rayonu ərazisində davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir.[8] Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Cəbrayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərmişdilər. Bunlar sırasında baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyevdən ibarət olan qrupu Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınması da daxildir.

Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bölmələr Füzuli şəhəri istiqamətinə irəlləməzdən əvvəl strateji önəmə sahib olan, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin arasında olan Ərgünəş dağı nəzarətə alınmalı idi. Xüsusi Təyinatlı Qüvvələr və digər bölmələr tərəfindən Ərgünəş dağı uğrunda bir neçə gün davam edən döyüşlərin nəticəsində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Ərgünəş dağı işğaldan azad olunmuşdur. Bundan sonra ayın 14-dən 16-na qədər üç gün ərzində Bulutan, EdilliXırmancıq işğaldan azad olunmuşdur. Füzuli rayonu istiqamətində də ciddi irəlləyiş əldə olunmuşdur. Əvvəlcə Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, QaraqolluXatınbulaq, bir gün sonra (15.10.2020) isə Arış işğaldan azad edilmişdir.[9][10]

Bununla da Azərbaycan Ordusu strateji nöqteyi nəzərdən ciddi üstünlüyə sahib olmuşdur, həm Xocavənd rayonunun şərq hissəsindən, həm də Füzuli rayonunun qərb hissəsindən Füzuli şəhəri nəzarət altına alınmışdır və Füzuli əməliyyatının əsas hissəsi başlanmışdır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər olmuşdur.[7] 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı QüvvələrinDaxili Qoşunların da qatıldığı döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, PirəhmədliQoçəhmədli işğaldan azad edilmişdir.[7][11] Nəticədə bütün istiqamətlərdən nəzarəti tam ələ alan Azərbaycan Ordusu Füzuli şəhərinə daxil olmağa nail olmuşdur.[7][11] Ayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 il davam edən işğaldan azad olunduğunu bildirmişdir.[7] O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır olduğunu vurğulamış və şəhərin şücaət hesabına azad olunduğunu bildirmişdir.[7]

Cəbrayıl şəhərinin və rayonun geniş bir hissəsinin, Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin, həmçinin Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələrlə Azərbaycan Ordusu bölmələri Zəngilan rayonu istiqamətində döyüşlərə qatılmışdır və Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunmuşdur.[6][12][13][14][15][16]

Qısa müddət ərzində Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənmişdir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlamışdır. Döyüşlər ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olmuşdur.[17] Ayın 19-da Sübhan Cəbrayılov Qubadlı rayonu istiqamətində döyüşə daxil olmuşdur. Bu onun son döyüşü olmuşdur.

Sübhan Cəbrayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150-200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Sübhan Cəbrayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Sübhan Cəbrayılovun ayın 23-də, doğum günündə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[18][19]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[20][21]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[22]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[23]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[24]

2021-ci ildə Salyan Peşə Liseyinə Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun adı verilmişdir.[25] 2022-ci ilin oktyabrında liseyin qarşısında büstünün açılışı olub.[26]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  3. Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  4. Müdafiə Nazirliyi. "Azərbaycan Ordusu işğal altında olan bir sıra yaşayış məntəqələrimizi azad edib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  5. Anar Tağıyev. "Prezident: Bu gün Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələri işğaldan azad edib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 03.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.10.2020.
  6. 1 2 Xəbərlər şöbəsi. "İlham Əliyev: "Biz haqq yolundayıq"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 04.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2020.
  7. 1 2 3 4 5 6 Azərbaycan Prezidentinin rəsmi saytı. "İlham Əliyev xalqa müraciət edib". www.president.az (az.). 17.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.10.2020.
  8. Şəfiqə Nazimqızı. "İlham Əliyev: "Hadrut qəsəbəsi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 09.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.10.2020.
  9. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Azərbaycan Ordusu daha 8 Kəndi işğaldan azad elədi"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 14.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.10.2020.
  10. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Daha 6 Kənd işğaldan azad edildi"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 15.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2020.
  11. 1 2 Xəbərlər şöbəsi. "İlham Əliyev: "Füzuli şəhəri və rayonun daha bir neçə Kəndi işğaldan azad olunub azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 17.10.2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.10.2020.
  12. Anar Tağıyev. "Prezident: Bu gün Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 03.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.10.2020.
  13. Xəbərlər şöbəsi. "Prezident İlham Əliyev daha bir neçə qələbə xəbərini elan etdi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 05.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2020.
  14. Emin Məmmədov. "Ali Baş Komandan: "Xudafərin Körpüsünün üzərində Azərbaycan bayrağı qaldırılıb"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 18.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.10.2020.
  15. Anar Tağıyev. "Azərbaycan Prezidenti: "Cəbrayılın 13 Kəndi azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 19.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.10.2020.
  16. Xəbərlər şöbəsi. "Prezident: "Zəngilan şəhəri və rayonun 6 Kəndi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 20.10.2020. 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.10.2020.
  17. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Qubadlının 4 Kəndi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 23.10.2020. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.10.2020.
  18. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  19. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  20. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  21. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  22. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 24.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  23. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  24. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  25. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
  26. AzTV. "Qanı ilə tarix yazan qəhrəmanlar - Sübhan Cəbrayılov və Azər Mikayılovun xatirəsi anılıb" (az.). Youtube.com. 29.10.2022. 2022-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-29.
  27. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  28. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  29. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  30. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  31. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.