tuluqzurnası
tum
OBASTAN VİKİ
Tuluz
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". == Coğrafiyası == Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Anri de Tuluz-Lotrek
Anri de Tuluz-Lotrek (fr. Henri Marie Raymond comte de Toulouse-Lautrec Monfa, [ɑ̃ʁi də tuluz loˈtʁɛk]; 24 noyabr 1864[…], Albi – 9 sentyabr 1901[…]) — Tuluz-Lotreki sülaləsindən olan Fransız postimpressionist rəssam, qrafik və reklam posteri senətçisi. == Ailəsi və gənclik illəri == Anri de Tuluz-Lotrek 24 noyabr 1864-cü ildə aristokrat ailəsində anadan olub. Rəssamın həyatının ilk illərini Albi şəhərində ailə əmlakına keçirib. Onun valideynləri, Alfons Şarl de Tuluz-Lotrek-Monfa və Asel Tapye de Seleyran 1868-ci ildə kiçik oğulları Riçard öldükdən sonra ayrıldı. Valideynləri boşandıqdan sonra, Anri Şato-dü-Bosk (fr. Cháteau du Bosc) əmlakında və Narbon yaxınlığında yerləşən Seleryan (fr. Cháteau du Céleyran) əmlakında yaşayıb, burada at sürmə, latın və yunan dilini öyrənmişdir. 1871-ci ildə Fransa–Prussiya müharibəsinin bitməsindən sonra Tuluz-Lotrek Parisə köçdü — həyatını dəyişən, ilham verən və sənətkarın işinə böyük təsir göstərən bir şəhər. Anri de Tuluz-Lotrek həyatı boyu, xüsusilə sənətçinin sağlamlığını pozan faciəli hadisələrdən sonra həyatında əsas insan olmuş anasına yaxın idi.
Tuluza
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". == Coğrafiyası == Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Tuluza (rayon)
Tuluza (fr. Toulouse) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Qaronna. Suprefektura — Tuluza. Rayon əhalisi 2006-cı ildə 924 618 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 365 nəf / km². Rayon sahəsi — 2531 km².
Tuluza FK
Tuluza (fr. Toulouse) — eyni adlı şəhərdə yerləşən Fransa futbol klubu. 1970-ci ildə təsis edilmişdir. Hal-hazırda Liqa 1-də mübarizə aparır. 2006/07 mövsümündə klub üçüncü yeri tutdu və UEFA Çempionlar Liqası 2007/2008-in üçüncü seçmə mərhələsində oynamağa haqq qazandı. == Uğurları == Liqa 1: 3-cü yer (2007) Liqa 2 qalibi: 1952/53, 1981/82, 2002/03 Fransa Kuboku: 1957 == Heyəti == === Əsas komanda === 25 avqust 2018 tarixində yenilənib == Stadion == Klub matçlarını Stade de Toulouse-da keçirir. Stadion 1937-ci ildə tikilmişdir. Stadiona 35.472 tamaşaçıya yerləşir. Stadionda 1998 FİFA Dünya Kubokunun oyunları keçirilib.
Tuluzada terror aktı
Tuluzada terror aktı — 2012-ci il martın 19-da səhər Tuluzada (Fransa) "Tövrat xəzinələri" ("Otsar HaTorah") yəhudi məktəbində terror aktı törədilib. Cinayətkar motoskuterlə məktəbə gəlib və məktəbin həyətində avtomat silahdan atəş açıb, bundan sonra müəllimləri, şagirdləri və onların valideynlərini həyətdə və məktəb binasında təqib edib. Daha sonra həmin skuterlə qaçıb. Terror aktı nəticəsində 4 nəfər həlak olub (bir müəllim və 3–8 yaş arası üç uşaq), 17 yaşlı yeniyetmə isə ağır yaralanıb. Əl-Qaidə ilə əlaqəsi olduğu güman edilən qatil Məhəmməd Mera22 mart 2012-ci ildə Fransa polisi tərəfindən tutularkən qaçmağa cəhd edərkən snayper tərəfindən öldürülüb. == Terror hücumu == 2012-ci il martın 19-da səhər saat 8 radələrində məktəbə skuter sürən terrorçu məktəbin həyətində avtomat silahdan atəş açıb, bundan sonra müəllimləri, şagirdləri və onların valideynlərini həyətdə və məktəb binasında təqib edib. Daha sonra həmin skuterlə qaçıb. NEWSru.co.il redaktorlarının məlumatına görə, Otsar HaTorah məktəbində İsrail və Rusiyadan olan müəllimlər və tələbələr var. Bütün Fransada yəhudi məktəblərində təhlükəsizlik artırıldı. Fransanın cənubunda tarixində ilk dəfə olaraq terror təhlükəsinin maksimum səviyyəsi elan edilməsinə səbəb oldu.