TEZBAZAR
TƏBABƏT
OBASTAN VİKİ
"Lena dirəkləri" təbii parkı
Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir. Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır.
"Təbib" nəşriyyatı
"Təbib" nəşriyyatı == Haqqında == "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur. 1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir. Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir. Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir. == Əlaqə == Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.
"Təbəssüm" ordeni
Təbəssüm Ordeni (pol. Order Uśmiechu) — böyüklərin göstərdiyi mehribanlıq, dostluq və səbrə görə uşaqlar tərəfindən dünyada verilən yeganə orden. Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib. 1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub. Hazırda orden dünyanın ayrı-ayrı ölkələrindən 50 nəfər böyükdən ibarət müstəqil Təbəssüm Ordeninin Kapitulası tərəfindən təqdim edilir. Təqdimetmə mərasimində Kapitula Təbəssüm Ordeninin kavalerini sarı gülümsəyən günəş rəmzi ilə bəzəyir. Bundan başqa, təqdimetmə zamanı əsas şərtlərdən biri də kavalerin üzündə təbəssümlə bir stəkan limon şirəsini içməsidir. Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var. Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur. Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhvali-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb.
AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
Abbas ağa Təbrizi
Abbas ağa Təbrizi (1885, Təbriz – 1907, Tehran) — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. == Həyatı == Abbas ağa Təbrizi 1885-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehran sosial-demokrat təşkilatına daxil olmuşdu. Fədailərin fəal üzvü kimi Məhəmmədəli şahın inqilabı boğmaq tədbirləri əleyhinə mübarizə aparmışdı. 1907-ci ildə Mirzə Ələsgər xan Əminüssultan Atabəyi-əzəmi öldürmüş, sonra da özü intihar etmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Abdulla Seyrafi Təbrizi
Abdulla Seyrafi Təbrizi - XIV əsrin görkəmli xəttatı.
Acıçay (Təbriz)
Acıçay — Şərqi Azərbaycan ostanının və Təbrizin əsas çaylarından biri. Çay Savalan dağının zirvəsindən qaynaqlanır və qərb istiqamətində axaraq Urmiya gölünə tökülür.
Air və Tenere milli təbiət qoruğu
Air və Tenere milli təbiət qoruğu — Nigerdə yerləşən təbiət qoruğudur. Buraya bir neçə üst-üstə düşən qoruq təyinatı daxildir və YUNESKO-nun Dünya İrsi mirasıdır. Qoruq, həm Air dağlarının şərq yarısını, həm də Tenere səhrasının qərb hissələrini əhatə edir. Ərazi, həmçinin, "BirdLife İnternational" tərəfindən əhəmiyyətli quş sahəsi kimi müəyyən edilmişdir. Air və Tenere təbiət qoruğu UNESCO Dünya İrsi mirasına 1991-ci ildə daxil olmuş və 1992-ci ildə təhlükəli bir ərazi olaraq təyin edilmişdir. VII, IX, X və #573 meyarlarına əsasən təyin edilmişdir. Qoruq 77,360 kvadrat kilometr ərazini əhatə edir. Bu, Afrikadakı ikinci ən böyük təbiət qoruğu, dünyada isə dördüncü ən böyük qoruq hesab edilir. UNESCO-nun Air və Tenere təbiət Qoruğu iki hissədən ibarətdir: Air və Tenere milli təbiət qoruğu IUCN növü IV. 1 yanvar 1988-ci ildə yaradılmışdır. 64,560 km².
Aktrisanın təbəssümü (film, 1974)
Aktrisanın təbəssümü filmi rejissor Rauf Kazımovski tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Bioqrafik film aktrisa Nəsibə Zeynalovaya həsr olunub. Filmdə əsas rolları Nəsibə Zeynalova, Lütfəli Abdullayev, İmamverdi Bağırov, Nəcibə Behbudova, Mobil Əhmədov, Əzizağa Qasımov, Məmmədsadıq Nuriyev, Ofeliya Aslan, Səyavuş Aslan və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Film görkəmli sənətkar, respublikanın xalq artisti Nəsibə Zeynalovaya, onun zəngin yaradıcılıq yoluna həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Rauf Kazımovski Rejissor: Rauf Kazımovski Operator: Eduard Bədəlov Rəssam: Qurban Məlikov === Rollarda === Nəsibə Zeynalova — özü Lütfəli Abdullayev — Şumal İmamverdi Bağırov — professor Nəcibə Behbudova — ana Mobil Əhmədov — Cəsarət Əzizağa Qasımov — Canəli Məmmədsadıq Nuriyev — Əli Ofeliya Aslan — qız Səyavuş Aslan — Dadaşbala Hacıbaba Bağırov — İlqar Hökümə Qasımova — Tamaşa Lütviyyə Səfərova — Naza Almaz Mustafayeva — Dilbərin rəfiqəsi Z.Babayeva Gülşad Baxşıyeva — Naxış == İstinadlar == == Mənbə == "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Aktyor təbəssümü (film, 2008)
Aktyor təbəssümü qısametrajlı sənədli televiziya filmi rejissor Emil Babayev tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın xalq artisti İlham Namiq Kamal haqqındadır. == Məzmun == Film Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın xalq artisti İlham Namiq Kamalın həyat və yaradıcılığından bəhs edir.
Ali Qapı (Təbriz)
Ali Qapı — və ya Ala qapı XVI əsrdə Təbrizdə Səfəvilər üçün inşa edilmiş saray. 20-ci əsrin 30-cu illərində saray baxımsızlıqdan sonra Pəhləvilər tərəfindən dağıdılmışdır. == Adı == Sarayın niyə Ali qapı adlandırılması ilə bağlı iki fikir mövcuddur. Birinci fikrə görə Səfəvilərin Təbrizdə və İsfahanda tikdirdikləri Ali qapı saraylarının adı əsas qapı, mərkəzi qərargah mənasındadır. İkinci fikrə görə isə bu yerli dildə Ala qapı səsləndiyi üçün qırmızı qapı deməkdir. Çünki deyilənlərə görə sarayın qapısı da qırmızı rəngdə olub.
Altıağac Dövlət Təbiət Qoruğu
Altıağac Dövlət Təbiət Qoruğu — Azərbaycanın Xızı rayonunda yerləşən dövlət qoruğu. == Yaradılmasında məqsəd == 1990-cı ildə Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftının qorunub saxlanması, təbii komplekslərinin mühafizəsinin gücləndirilməsi və bərpası, eroziya proseslərinin qarşısının alınması, habelə Altıağac-Xızı zonasının bitki və heyvan növlərinin, onların qruplarının bərpa edilməsi məqsədilə 4438 hektar sahədə yaradılmışdır. == Qoruq ərazisinin meşələri == Orta dağlıq hissədə yerləşən qoruğun ərazisində qışı quraq keçən mulayim-isti və yayı quraq keçən mülayim-isti tipləri hakimdir. Qoruq ərazisinin əsas hissəsini (90,5%) nisbətən cavan (40-60 yaşlı) pöhrəlik meşələr təşkil edir. Onları əmələ gətirən əsas ağac növləri gürcü palıdı, Qafqaz vələsi və şərq fıstığı, göyrüş, itiyarpaqlı ağcaqayından ibarətdir. Təmiz bir növdən ibarət meşələr çox azdır, əksər sahələr qarışıq tipli meşələrdən ibarətdir. Meşəsiz sahələr qayalıq, yarğan və keçmiş meşə altından çıxmış otlaqlardan ibarətdir. == Heyvanat aləmi == Altıağac qoruğunun ərazisində cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlara. Qulardan qırqovula, alabaxtaya, qaratoyuğa, bildirçinə, çöl qartalına və s.
Amerika Təbiət Tarixi Muzeyi
Amerika Təbiət Tarixi Muzeyi (ing. American Museum of Natural History) (qısaca AMNH) ABŞ-nin Nyu-York şəhərində, Mərkəzi Parkın yanında yerləşən, dünyanın ən böyük və ən məşhur muzeylərindən biridir. Muzey planetarium və kitabxananın yerləşdiyi bir-biri ilə əlaqəli 26 binadan, həmçinin 45 daimi sərgi salonundan ibarətdir. Onun kolleksiyalarına 34 milyondan çox bitki, heyvan, fosil, mineral, qaya, meteorit, insan qalıqları və insan mədəni artefakt nümunələri, həmçinin dondurulmuş toxuma, genomik və astrofiziki məlumatlar üçün xüsusi kolleksiyalar daxildir. Muzey 2 milyon kvadrat futdan (190.000 m²) çox ərazini tutur. Onun 225 nəfərlik tam ştatlı elmi işçi heyəti mövcuddur. O, hər il 120-dən çox xüsusi sahə səfərinə sponsorluq edir və hər il orta hesabla beş milyon ziyarətçini qəbul edir.
Ankara Universitetinin Baytarlıq Təbabəti fakültəsi
Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur. == Tarix == Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir. == Təsvir == Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir.
Arazboyu Dövlət Təbiət Yasaqlığı
Arazboyu Dövlət Təbiət Yasaqlığı – Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamıilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Sahəsi 9118 hektar olmaqla, Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad inzibati rayonlarının Arazboyu əraziləri ərazilərindəki təbii komplekslərinin və onların komponentlərinin qorunmasılə yanaşı, buradakı ekoloji tarazlığın saxlanılmasını təmin etmək funksiyasını daşıyır. Ərazinin əsas özünəməxsus bitki növlərindən olan Araz palıdı, dağdağan, zərifsüsən, fauna növlərindən isə qıvrım lələk və çəhrayı qutan, ərsin dimdik, toğlugötürən, qamışpişiyi, manulpişiyi və s. qorunur.
Arif Təbrizi
Arif Təbrizi (XVIII əsr, Təbriz – 1805, Təbriz) — Azərbaycanın görkəmli şairlərindən biri. Qəzəllərində iztirab, həsrət motivləri güclüdür. Şeirlərinin bir hissəsi Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı kitabında toplanmışdır.
Arin Təbiət Parkı
Əl-Arin Təbiət Parkı (ərəb. محمية العرين‎) — Bəhreyndə, Sahir səhrasında yerləşən zoopark və təbiət qoruğu. Park ölkənin beş qorunan ərazisindən biridir. Ancaq yalnızca quruda yerləşən yeganə qoruqdur. == Tarixi == 1976-cı ildə qurulan parkın ümumi sahəsi 7 km²-dir. Bunun içərisində Bəhreyn və bütün Ərəbistan yarımadası üçün xarakterik olan bitkilər böyüyür və heyvanlar yaşayır. Bundan əlavə zooparkda Afrika və Cənubi Asiyadan gətirilən bitki və heyvanlar təmsil olunur. Hər il orta hesabla parka 140 min nəfər gəlir. 2013-cü ildə park 199 235 ziyarətçinı qəbul etmişdir. 1999-cu ildə park Qətər Daxili İşlər və İnformasiya Nazirliyinə birləşdirildi.
Atmosfer təbəqələri
== Atmosfer təbəqələri == Yüksəklikdən asılı olaraq temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas təbəqəyə ayrılır: Troposfer Stratosfer Mezosfer Termosfer Ekzosfer. === Troposfer === Yer səthindən polyar en dairələrində 8-10km, tropiklərdə 15-18km yüksəkliyə qədər atmosferin yerüstü təbəqəsidir. === Stratosfer === Bu qat troposferdən sonrakı qat olub 50-55km yüksəkliyə qədər yayılır. === Mezosfer === Stratosferdən sonrakı təbəqədir, onun yuxarı sərhəddi 80- 0km- də yerləşir. === Termosfer === Bu təbəqənin yuxarı sərhəddi 800km-ə qədər davam edir. === Ekzosfer === Başqa sözlə səpilmə sferası atmosferin fövqəladə seyrək xarici təbəqəsi olub hidrogen və helium kimi daha yüngül atmosfer qazlarından ibarətdir.
Axulə (Təbriz)
Axulə (fars. اخوله‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Üskü qəsəbəsindən 12 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.351 nəfər yaşayır (441 ailə).
Axını (Təbrizin Məhəlləsi)
Axıını - Təbrizin bir məhəlləsi. Axını (Farsça. آخینی) Təbriz, Cənubi Azərbaycan, məhəllələrindəndir. Axını Təbrizin şimali-qərbindədir. Əslində Təbrizin kəndlərindənmiş və çoxlu bağlar və zəmi yerləri varmış. Geçen otuz ildə Təbriz boyukləşərkən, Axını Təbrizə qarışmış və bağları və əkin yerlərinin hamısında binalar tikilmişdir. Bu məhəllə Hökmavar, Şam Qazan, Cəmşidabad və Qara Agac məhəllələrilə həmsayadır.
Azov-Sivaş Milli Təbiət Parkı
Azov-Sivaş Milli Təbiət Parkı (ukr. Азово-Сиваський національний природный парк) — Ukraynada Sivaş körfəzinin qərb hissəsinin şimalını və Ukraynanın Xerson vilayətinin ərazisindəki Biruçi adası dilini əhatə edən milli park. 25 fevral 1993-cü ildə yaradılmışdır. Sahəsi 52,154 hektardır. == Tarixi == 1923-cü ildə Çuryuk adası Askaniya-Nova qoruğunun bir hissəsi olmuşdur. 1927-ci ildə Askaniya-Nova qoruğunda Şimali Qara dəniz bölgəsinin, Sivaş körfəzi və Azov dənizinin ayrı-ayrı hissələrini əhatə edən Primorski dili qoruğu yaradıldı. 1933-cü ildə Primorski dili qoruğu müstəqil bir qurum olmuş, sonra 1937-ci ildə onun əsasında yeni qoruqlar yaradılmışdır: Qara dəniz və Azov-Sivaş. 1957-ci ildə Ukrayna SSR Nazirlər Sovetinin sərəncamı ilə Azov-Sivaş qoruğu Azov-Sivaş Dövlət Qoruğu və Ovçuluq Təsərrüfatı kimi yenidən təşkil edilmişdir. Bura Sivaş körfəzindəki adalar və adaların ətrafındakı su sahəsi, Biryuçi adasının ətrafındakı dəniz zolağı daxil idi. Azov-Sivaş Milli Təbiət Parkı Ukrayna Prezidentinin 25 fevral 1993-cü il tarixli 62 nömrəli Fərmanı ilə Azov-Sivaş Dövlət Qoruğunun və Ovçuluq Təsərrüfatının onun hüdudları daxilində yenidən təşkili yolu ilə yaradılmışdır.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi — Azərbaycan Respublikasında nazirlik. == Haqqında == Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasında həyata keçirilən struktur islahatları çərçivəsində, ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, "Azərmeşə" İstehsalat Birliyi, Geologiya Komitəsi, "Azərbalıq" Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilmiş və onların bazasında Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğu
Azərbaycanın Təbriz Baş Konsulluğu — Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki siyasi və diplomatik nümayəndəliyi. == Tarixi == Azərbaycanın Təbriz Baş Konsulluğunun yaranma tarixi 1992-ci il avqustun 19-dan başlayır. Həmin gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrə əsaslanaraq, iki dövlət arasında Təbriz və Naxçıvan şəhərlərində Baş konsulluqların təsis edilməsi haqqında protokol imzalanmışdır. == Baş konsul == Əli Fikrət oğlu Əlizadə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunmuşdur. == Yeri == Konsulluğun binası Təbriz şəhərindəki Arif xiyabanında yerləşir.
Azərbaycan Təbabəti Muzeyi
Azərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır. == Tarixi == Muzey Respublika Səhiyyə Nazirliyinin (nazir Tələt Qasımov) 2 iyul 1984-cü il tarixli əmri ilə yaradılmışdır. 29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir. == Ekspozisiyası == Ekspozisiya Asklepinin (qədim yunan mifologiyasında sağlamlıq tanrısı) təsviri olan barelyeflə başlayır. Girişdə qədim yunan mifologiyasına görə sağlamlıq tanrısı hesab edilən Asklepi və onun qızları Gigiyeya və Panatseyanın nəhəng barelyefləri var. Birinci zalda XII əsr Şərqinin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən "Həkim elminin qanunu" əsərinin 1143-cü ilə aid əlyazmasının fotoşəkli nümayiş etdirilir. Bu zalda, həmçinin elmi tibbin əsasını qoyan Hippokratın büstü və onun məşhur andından bir parça təqdim olunur. Divar boyunca qədim yunan və Roma, orta əsrlər Azərbaycan, Şərq, Qərbi Avropa təbabətinin ayrı-ayrı elementləri nəfis şəkildə döymə üsulu ilə mis lövhələrə köçürülərək asılıb. İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII–XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti yerləşir. Burada, həmçinin Baba Qaibov Qarabaği, onun davamçıları olan Qaibovlar sülaləsinin fotoşəkilləri, müalicə məqsədilə istifadə etdikləri şəxsi əşyaları qorunub saxlanılır.
Azərbaycan dövlət təbiət qoruqları
Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu, 2 qeydiyyatda olmayan qoruq,24 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri vardır. Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir. Bununla yanaşı bir Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər. Respublika rəhbərliyinin Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə və inkişafına dair tələblərin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin və həmin ərazidəki bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır. Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri 36,6 min ha. genişləndirilmiş və həmin qoruqların ümumi sahəsi 70,7 min ha çatdırılmışdır, Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha.) və Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.), Şirvan Milli Parkı (54374 ha.), Ağ-göl Milli Parkı (17924 ha.), Hirkan Milli Parkı (21435 ha.), Altıağac Milli Parkı (11035 ha.), Abşeron Milli Parkı (784 ha.), Eldar Şamı Dövlət Təbiət Qoruğu (1686 ha.), Qax rayonunda Qax Dövlət Təbiət Yasaqlığı (36836 ha.) yaradılmışdır.

Значение слова в других словарях