Ural-Altay

1) is. Oural-Altaï ; 2) sif. ouraloaltaïque ; ~ dilləri langues fpl ouraloaltaïques

upuzun
Ural çayı
OBASTAN VİKİ
Ural-Altay dilləri
Ural-Altay dilləri — XIX əsrin sonu, XX əsrin əvvəllərində kifayət qədər məşhur olan fərziyyə. Bu fərziyyəyə görə Ural və Altay dillərinin eyni mənşədən olduğu ehtimal edilirdi.
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Cənubi Ural
Cənubi Ural — Ural dağlarının cənubunda yerləşən və onun ən enli hissəsini təşkil edən silsilə. Silsilə Ufa çayı ilə Ural çayı arasında yerləşir. Qərbdən və şərqdən müvafiq olaraq Şərqi Avropa düzənliyi və Qərbi Sibir düzənliyi ilə əhatələnir. Şimaldan Orta Ural dağları ilə əhatələnir. 56° şimal enliyi sərhəd rolunu oynayır. Cənub sərhədi Qazaxıstanın Aktyobinski rayonu ərazisindən keçir. Ən hündür zirvəsi: Yamantau dağı (1 640 m). Cənubi Ural 250 km, uzunluğu isə 550 km təşkil edir. == İqlimi == Cənubi Ural kəskin kontinental iqlimə malikdir. Qışı soyuq, yayı isə istidir.
Orta Ural
Orta Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimalda Konjakovski Kamen və cənubda Yurma dağı genişlikləri ilə məhdudlaşan Ural dağlarının ən alçaq hissəsi. Bəzi digər mənbələrə görə Oslyanka dağından Ufa çayının hövzəsinə qədər ərazini əhatə edir. Orta Ural oroqrafik olaraq yaxşı ayrılmışdır: Ural dağları buraya enir və dağ kəmərinin ciddi meridional uzantısı cənub, cənub-şərqlə əvəzlənir. Cənubi Ural ilə birlikdə Orta Uralın qabarıq tərəfi şərqə baxan nəhəng bir yayla meydana gətirməsidir. Yayla Ufa yaylasının ətrafında əyilir (Rusiya platformasının şərq çıxıntıları). == İqlim == Atlantik okeanından əsən qərb küləyi Orta Uralın iqliminin yaranmasında əsas rol oynayır. İsti və soyuq axınların dəyişməsi səbəbindən hava yalnız həftə ərzində deyil, gün ərzində də tez-tez dəyişir. Atlantik okeanından uzaqlıq və Sibirin yaxınlığı Orta Uralın iqlimini kontinental edir. Bu da kəskin temperatur dəyişikliklərində özünü göstərir.
Qütbönü Ural
Şimali Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimaldakı Lyapin (Xulqa) çayının mənsəbindən (65 (40 'N) cənubda Telposiz ( təxminən 1617 m hündürlük) dağına qədər uzanan, Rusiyada bir dağ sistemi. Şimal-şərqdən cənub-qərbə 230 km məsafədə uzanır. Eni isə 150 km-ə qədərdir. == Zirvələri == Qütbönü Ural Ural dağlarının ən yüksək hissəsidir. Ural dağlarının ən yüksək nöqtəsi olan Narodnaya dağı (1894.5 m) burada yerləşir. , Alp relyefi ilə fərqlənən daha çoxlu zirvələri vardır: Manaraqa (1662 m), Kolokolnya (1724 m), Zaşita (1808 m), Mansi-Nyor (Didkovski) ( 1778 m), Sverdlov (təxminən 1800 m), Komsomol (1729.4 m). Ən yüksək zirvələr - Narodnaya, Manaraqa, Karpinski, Kolokolnya, Nyoroyka - 1600 m-dən çox olan hündürlülər. Yuqıd Va Milli Parkının mərkəzi hissəsindəd yerləşir. 2009-cu ilin dekabr ayında Qütbönü Uralın Komi Respublikasındakı adsız dağ zirvələrindən biri (65º 04.4 'N 59º 57.5' E, 1582 m) " Müqəddəs Stefan Permiski dağı" olaraq adlandırılır.
Selçuk Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Səlcuq Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Ural (Baymak)
Ural (başq. Урал, rus. Урал) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, kənd sovetliyindən (Urqaza): 25 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 75 km.
Ural (Uçalı)
Ural (başq. Ҡоҙаш, rus. Кудашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İmanqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 15 km, kənd sovetliyindən (İmanqol): 23 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (93 %) üstünlük təşkil edir.
Ural (Əbyəlil)
Ural kəndi (başq. Урал) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ural kəndinin milli tərkibi: başqırdlar 77 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 58 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 15 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Ural Batır
Ural Dağları
Ural dağları — Şimal Buzlu okeanından Xəzər dənizinə doğru uzanan, Rus platforması ilə Sibir platformasını bir-birindən ayıran, Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstan dövlətləri ərazisində olan dağ silsiləsi. Şimalda Aralıq dənizi, cənubda Qazaxıstana qədər uzanan bu dağlar 2000 km uzunluqları ilə Avropa və Asiya arasında bir sərhəd materikində yerləşirlər. 63° Şimal paralelinin şimalında olan Şimal Urallar incə bir lent halındadırlar. Təpələrinin ortalama yüksəkliyi 900 m olan bu dağların bəzi zirvələri 1500 m-ə çatır, ən yüksək təpəsi olan Narodanın yüksəkliyi 1855 m-dir. Orta və Cənub Urallarda ortalama yüksəkliklər daha alçaqdır. Cənuba endikcə silsilə 250 km genişliyin üzərinə çıxar. Cənub Urallar Suerdlovsk boşluğunun cənubunu örtərlər. Ural çevrəsiylə bəslənən başlıca çaylar; Pechora, Ob, Ural və Emba çaylarıdır. Şimal Sibiryanın sərt iqliminə səbəb qərbdən gələn küləklərin qarşısını alan Ural Dağlarıdır. Bu dağların coğrafik şəkilləri qranit və somaki daşlarından və yamaclardakı Paleozoik təbəqələrdən meydana gəlir.
Ural FK
Ural FK – Rusiya Premer Liqasında çıxış edən klub. Ural Yekaterinburq şəhərini təmsil edir. Klub 1930-cu ildə yaranıb.
Ural Han
Ural Xan
Ural biyanı
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Ural dilləri
Ural dilləri — Üç budağa: fin, uqor və samodiy budaqlarına bölünür. Fin budağı Pribaltika, Perm və Volqa qruplarına ayrılır. Pribaltika qrupuna fin (suomi), saam (lopar), eston, karel, ijor, veps və liv dilləri daxildir. Perm qrupuna – komi-zıryan, komi-permyak və udmurt dilləri daxildir. Volqa qrupuna: dağ və düzən marilər, erzya-mordva, mokşa-mordva dilləri daxildir. Uqor budağı macar, uqor, mansi (voqul) və xanti (ostyak) dillərinə ayrılır. İndiki Dunay çayı boyunda yaşayan macarlar bu yerlərə IX əsrdə Cənubi Ural çöllərindən gəlmişlər. Ural dillərinin Samodiy budağı nen, en, nqanasan və selkun dillərindən təşkil olunmuşdur. Fin-uqor və samodiy dillərinin qohumluğunu Emil Setlyar təsdiq edib.. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Напольских В. В. Введение в историческую уралистику.
Ural çayı
Ural - Şərqi Avropada çay. Rusiya, Qazaxıstan ərazilərindən keçib Xəzər dənizinə tökülür. Uzunluğu 2.428 km, hövzəsi 237.000 km². Mənsəbi Xəzər dənizi sayılır və illik axım 8,1 km3.Qışda donur , yayda isə daşır.Səbəbi:Qışda mənbəyindəki buzlaqların əriməsidir.
Şimali Ural
Şimali Ural — Ural dağlarına daxil olan dağ sistemi. Kosvinski Kamen və qonşu Konjakovski Kamendən (59 ° N) cənubda Telposiz massivinin şimal yamaclarına, daha doğrusu şimaldan ətrafında əyilən Şuger çayının sahilinə qədər uzanır. Yalnız dağ massivinin sahəsi təxminən 90.000 km²-dir. Ural dağları burada şimaldan cənuba paralel bir necə silsilə ilə uzanır. Burada ural dağlarının eni 50-60 km-ə təşkil edir. Relyef qədim düzənlikli dağların qalxması və sonrakı buzlaqların və müasir şaxtalı hava şəraitinin təsiri nəticəsində düz zirvələri olan orta dağdır. Şimali Uralın əsas zirvələri ən çox su ayıırıcı silsiləsindən uzaqda yerləşir: Konjakovski Kamen (1569 m), Denejkin Kamen (1492 m), Çistop (1292 m), Otorten (1182 m, digər xəritələrdə, 1234 m), Kojnim-İz (1195 m), Telposiz (1617 m). Durada daha sərt qayaların və kənar təbəqələrin qalıqları xüsusi maraq doğurur. Bunlardan ən məşhuru Man-Pupu-Nier, Torre-Porre-İz, Muninq-Tump dağlarında tapılmışdır. Uralın ən ucqar və əlçatmaz bölgələrindən biridir.
Ural-4320
Ural-4320 — Təkər formulu 6x6 olan yük maşını 1977-ci ildə Ural Avtomobil Zavodunda istehsal olunub. Buraxılma tarixi – 1977 Uzunluğu – 7366mm Eni – 2500mm Hündürlüyü – 2715mm.
Altay Yusifoğlu
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Altay Zahidov
Zahidov Altay Qulam oğlu — Azərbaycan jurnalisti. == Həyatı == Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974–1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür. Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.
Altay aymağı
Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya digər adı ilə Ağyar kəndidir. == Sözün kökü == Altay sözünu etimologiyası ilə bağlı çox müxtəlif fikirlər irəli sürülmüşdür. Aymaq sözü isə Sibir türkləri və monqol cəmiyyətlərində bölgə, rayon kimi mənalara gəlir. == Tarixi == SSRİ dövründə 1944-cü ilin yanvar ayında SSRİ Ali Soveti rəhbərliyində orqan sərhədlərinin tənzimlənməsi ilə əlaqədar olaraq yaradılmışdır. Kolxozların yayılmasıyla birlikdə türk olmayan əhalinin sayı artmıdşır. Bölgənin mərkəzi olan Bozyar (Ağ Yar və ya Huba çar) Abakan çayının sahilində yerləşir. == Coğrafiya == Altay aymağı Abakan-Yenisey arasında Koybal bozqırında yerləşur. Coğrafi mövqe olaraq Xakasiya Respublikasının şərq hissəsindədir. Şərqdə Yenisey çayının sağ sahilində olub, Krasnoyarsk əyaləti ilə Xakasiya arasındakı sərhədləri ayırmışdır.
Altay əsməsi
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.