Cənubi Ural

Cənubi UralUral dağlarının cənubunda yerləşən və onun ən enli hissəsini təşkil edən silsilə. Silsilə Ufa çayı ilə Ural çayı arasında yerləşir. Qərbdən və şərqdən müvafiq olaraq Şərqi Avropa düzənliyiQərbi Sibir düzənliyi ilə əhatələnir. Şimaldan Orta Ural dağları ilə əhatələnir[1][2]. 56° şimal enliyi sərhəd rolunu oynayır[3]. Cənub sərhədi Qazaxıstanın Aktyobinski rayonu ərazisindən keçir[4].

Cənubi Ural
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1640 m
Uzunluğu 160 km
Süxurları metamorfik
Yerləşməsi
54°00′27″ şm. e. 58°29′52″ ş. u.HGYO
Ölkələr
Cənubi Ural xəritədə
Cənubi Ural
Cənubi Ural
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ən hündür zirvəsi: Yamantau dağı (1 640 m). Cənubi Ural 250 km, uzunluğu isə 550 km təşkil edir.

Cənubi Ural kəskin kontinental iqlimə malikdir. Qışı soyuq, yayı isə istidir. Qışda Asiya antisiklonunun təsirinə məruz qalır. Qışda Sibirdə formalaşan hava, qışda isə KaraBarens dənizləri üzərində formalaşan arktik hava kütlələri təsir göstərir. Üstəlik onun iqliminə təsir göstərən digər amil QazaxıstanOrta Asiya üzərində formalaşan tropik hava kütlələridir. İqlimin kontinentallığı şimal-qərbdən cənub-şərqə artır[5].

Qış (noyabrın ortasında — mart) — davamlı, sərt, aydın səmalı günlər. Külək və fırtılar müşahidə edilir. Orta aylıq temperatur yanvar ayında 22 °C (minimal −45 °C) olur. Bəzən Atlantik okeandan gələn siklonların hesabına sulu qar, yağış və dumana kimi təbii hadisələrin baş verməsinə səbəb olur. İlk qar oktyabrda yağır. Davamlılıq noyabrdan başlayır. Qar örtüyünün qalınlığı martda 40—80 sm olur.

Yaz (aprel — may) — sərin, donmalar. Dumanlı qarlı və yağışlı günlərlə yanaşı aydın havalar da müşahidə edilir. Qar örtüyü aprelin ortalarına qədər qalır. Bəzi illərdə hətta maya qədər qala bilir. Donmalar iyulun əvvəllərinə qədər müşahidə edilir

Yay (iyun — aqust) — mülayim isti havalar müşahidə edilir. İyul ayının orta temperaturu +19 °C (maksimal +34 °C) təşkil edir. Avqustda yağıntıların miqdarı azalır və aydın günlərin sayı artır. Ayın sonları donlar başlayır.

Payız (sentyabr — noyabrın birinci yarısı) — soyuq, yağmurlu və küləklərlə müşahidə edilən günlər. Yağıntılar əsasən yağış halında düşür.

İl ərzində küləklər qərb, cənub-qərb istiqanətdə axır. Əsasən yaz və yay ayları nüşahidə edilir. Küləyin gücü 1,3 — 4,3 m/s-dır.

İllik yağıntının miqdarı 350 - 700—800 mm arasında dəyişir. Qar örtüyünün maksimal qalınlığı 50 sm-dir. Qar örtüyü 170 gün qalır.

Ağidel (çay)
İnzer çayı
Ufa çayı

Cənubi Ural silsiləsinə aid olan çayların böyük qismi Xəzər dənizi hövzüsünə daxildir. Bircə silsilənin şimalından başlayan UyMiass çayları Ob çayına axır. Bunlar isə öz növbəsində Şimal Buzlu okeana aiddir. Silsilədən balayan çaylar:

  1. "Рельеф Урала". Физическая география России и СССР. Экологический центр «Экосистема». 2012-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
  2. А. А. Крубер. "Уральские горы". Общее землеведение. Государственно учебно-педагогическое издательство, Москва — Ленинград, 1938 г. OCR Detskiysad.Ru. 2012-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
  3. Средний Урал, Большая советская энциклопедия. — М.: «Советская энциклопедия», 1969—1978 гг.
  4. "Cənubi Ural". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Cənubi Ural". 2015-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)