VEYSƏL-VEYSƏL

(Salyan)
avara-avara, boş-boş. – Mırad veysəl adamdu, özü də veysəl- veysəl gəzir
VEYSƏL
VEYSƏLLAYI
OBASTAN VİKİ
Aşıq Veysəl
Aşıq Veysəl (türk. Veysel Şatıroğlu; 25 oktyabr 1894, Sarqışla, Sivas ili – 21 mart 1973, Sarqışla, Sivas ili) — Türk xalq ozanı. Əfşar boyunun Şatırlı obasına mənsub musiqiçi. == Həyatı == Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla səmtinə bağlı Sivrialan kəndində dünyaya gəlmişdir. Anası Gülizar, atası isə Əhməd adlı kəndilər idi. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlamışdır: Yetmiş doqquz il ömür sürən Aşıq Veysəl bu ömrünün cəmi 6–7 ilini gözlərilə işıqlı dünyaya baxa bilmişdir. Qalan ömründə Veysəl özü demişkən dünyaya qəlbinin gözü ilə baxmışdır. Onun fikrinə görə aşıq işıqlı dünyada baş verən olaylara gözlərilə deyil, könlü, ürəyi ilə baxmalıdır.
Veysəl Musibov
Veysəl Yadulla oğlu Musibov (15 fevral 1989, Taldı-Kurqan vilayəti – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Veysəl Musibov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Döyüşlərdən 3 il sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Veysəl Musibov İkinci Qarabağ müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi döyüşlər başlayandan qabaq döyüşün gedəcəyi ərazilərin tədqiq edilməsində mühüm rol oynamışdır. Veysəl Musibov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Veysəl Musibovun adı verilmişdir. == Həyatı == Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. === Təhsili === İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində 2004-cü ilə qədər almışdır.
Veysəl Qarani
Veysəl Qərani və ya Üveys Qarani (Ərəbcə: أويس القاراني, Farsca: اویس , : اویس قرنی, Pəncabca: اویس قرنی) (d. 594, Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən - ö. 657), Yəmənli və Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof. Veysəl Qaraninin soyu Yəmən tayfalarından olan "Beni Murad" (Muradoğullarından) gəlir. Murad tayfasının karan (Karen) (Qarani) qəbiləsindəndir.Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir. Dinimizdə ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. İbn Battuta Veysəl Qarani'nin Siffeyn döyüşü 'ndə Əli' nin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir. Veysəlin qəbri Suriya 'nın Ər-Rəqqə mühafazasındadır. Övliyalar vilayəti olan Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və Məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var.
Veysəl Özgür
Veysəl Özgür (türk. Veysel Özgür) (d. 1877, Trabzon – ö. 1931, Ankara) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1895-ci ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1899-cu ildə oranı bitirərək hərbi xidmətə başlamışdır. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 28 oktyabr 1920-ci ildə Anadoluya gedərək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 26 mart 1924-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 3 noyabr 1941-ci ildə İstanbulda vəfat etdi.
Veysəl Əroğlu
Veysəl Əroğlu (türk. Veysel Eroğlu; 18 avqust 1948, Afyonkarahisar) — Türkiyə siyasətçisi. O, hakim Ədalət və İnkişaf Partiyasının Afyonkarahisar millət vəkili, Türkiyənin keçmiş meşə və su naziri olmuşdur. == Şəxsi həyatı == Əroğlu evlidir və dörd övladı var. O, ingiliscə danışa bilir. Onun çoxlu sayda hobbisi və maraqları var. Bunlara mərmər kağızı sənəti, üzgüçülük, suya tullanma, oxumaq və xəttatlıq sənəti. 2016-cı ilin noyabrında Malazgirt döyüşünün mininci ildönümünə – 2071-ci ilə qədər aparıcı iqtisadiyyatlardan birinə çevrilməyi hədəfləyən Ərdoğana dəstək olmaq məqsədilə türkiyəli analara yeni laylalar oxumağı tövsiyə etmişdir.
Aşıq Veysəl (film, 2001)