XOKKEY

I
сущ. хоккей:
1. спортивная командная игра с клюшками и мячом или шайбой на льду или на траве. Ot üstündə xokkey хоккей на траве, топла хоккей хоккей с мячом, şaybalı xokkey хоккей с шайбой
2. хоккейный матч. Xokkeyə baxmaq смотреть хоккей
II
прил. хоккейный. Xokkey meydançası хоккейное поле, xokkey komandası хоккейная команда
XOXAN
XOKKEYÇİ
OBASTAN VİKİ
Buzüstü xokkey
Buzüstü hokkey – hokkeyin buz üzərində oynanılan növü. Oyunçular hokkey konkilərini geyib hokkey çubuqlarıyla diski (pakı) nəzarət etməyə çalışırlar. Oyunçular diski (pakı) qapıya soxaraq xal qazanırlar. Komanda biri qapıçı olmaq üzrə altı oyunçudan ibarət olur. Oyunçulardan biri qaydaları pozduqda hakim cəza olaraq onu bir müddətlik oyundan qovur. 26x56 metr ölçüləri olan bir sahədə oynanır. Oyun vaxtı 15 ya da 20 dəqiqəlik üç dövrdən ibarətdir. Buzüstü hokkey Kanada, Rusiya, İsveç, Finlandiya, Çexiya, Amerika Birləşmiş Ştatları və Slovakiyada populyar idman növüdür. Dünyadakı ən yaxşı oyunçuların çoxu NHL-dəndir (Milli Hokkey Liqası). İlin sonunda Stenli Kubokunu uğrunda mübarizə gedir.
Azərbaycan Xokkey Federasiyası
Azərbaycan Hokkey Federasiyası — Azərbaycanda buzüstü hokkeyin inkişafı ilə məşğul olan təşkilat. == Tarixi == Azərbaycanda hokkeyin inkişafı təşəbbüsü məşhur sovet məşqçisi Anatoli Tarasova məxsusdur. O , Azərbaycan SSR İdman Komitəsinin xahişi ilə federasiyanın gələcək prezidenti Valeri Laryukovu Bakıda hokkey məktəbi açmaq və idmanı inkişaf etdirmək üçün göndərdi. Elə həmin il Respublika Buzlu Hokkey Federasiyası yaradıldı. Bakıda buz sarayının (indiki Heydər Əliyev adına idman-konsert kompleksi) əsasında 200-ə yaxın uşağın iştirak etdiyi hokkey məktəbi var idi. Bu, Azərbaycanda hokkeyin inkişafı üçün əsas olmalı idi. SSRİ dağılandan sonra Ümumittifaq İdman Komitəsinin hokkey şöbəsinin müdiri Yuri Korolyev Azərbaycan Hokkey Federasiyasının BXF-na daxil olmasını təklif etdi. 6 may 1992-ci ildə BXF-nin qurultayında federasiya keçmiş SSRİ respublikaları ilə birlikdə onun tərkibinə qəbul edildi. Bununla belə, eyni zamanda Əbülfəz Elçibəy Azərbaycanın prezidenti olduqda respublikada hokkeyi inkişaf etdirməmək, daha çox milli idman növlərində üstünlük vermək qərara alındı.. Sonradan federasiya dəfələrlə Azərbaycanda hokkeyin inkişafı ilə bağlı məsələ qaldırdı, lakin dövlətin idman orqanları maliyyə çatışmazlığını əsas gətirərək bundan imtina etdi.
Azərbaycanda otüstü xokkey
Azərbaycanda otüstü hokkey — XX əsrin 60-cı illərindən inkişaf edən idman növü olmuşdur. XXI əsrin onuncuillərində isə müəyyən səbəblərdən tənəzzülə uğramışdır. == Sovet dövrü == 30–50-ci illərin ortalarında Sovet İttifaqında otüstü hokkeyi inkişaf etdirmək üçün ilk uğursuz cəhdlər Azərbaycan SSR-dən yan keçir. Azərbaycanda otüstü hokkey 1960-cı illərin sonlarında nisbətən inkişaf etməyə başladı. 1970-ci ildə Bakının SKIF komandası kişilər arasında ilk SSRİ otüstü hokkey çempionatında iştirak edir. Zonal mərhələdə bakılılar yalnız İrəvan Dövlət Bədən Tərbiyəsi Universitetini qabaqlayaraq qrupda 3-cü yeri tutdular. 1971-ci ildə azərbaycanlı hokkeyçilər bütün görüşləri uduzaraq bir qol vurmadan sonuncu olurlar. 1973-cü ildə bakılıları Sumqayıtdan gələn "Spartak" əvəzləyir. Ancaq onlarda zonada sonuncu olurlar. XX əsrin 70-ci illərin ortalarından etibarən Azərbaycan otüstü hokkeyinin yüksəlişi başlayır.
Milli Xokkey Liqası
Milli Hokkey Liqası NHL (İngilis dili) və ya Ligue Nationale de Hockey LNH (Fransız) Şimali Amerikadakı buz hokkeyi liqasıdır. NHL ümumiyyətlə hər biri şərq və qərbdən ibarət olan 15 komandanın iki konfransına bölünür. Hər konfrans 5 komandadan ibarət 3 qrup tərəfindən təşkil olunur. NHL, 1917-ci ildə, Monrealda (Kanada, Kvebek, 4 komanda) quruldu. Bu gün ABŞ-dən 24, Kanadadan 6 komanda daxil olmaqla cəmi 30 komanda var. Digər ölkələrdə NHL buz hokkey liqalarından fərqli olaraq, heç-heçə ehtimalı yoxdur. Komandalar normal vaxtın sonunda qolu vura bilmirlərsə, qalib əlavə vaxtda oynayaraq müəyyənləşir. == Erkən illər == Milli Hokkey Liqası 1917-ci ildə Milli Hokkey Assosiasiyasının (NHA) varisi olaraq quruldu. 1909-cu ildə qurulan NHA, bir il sonra Ontario və Kvebekdəki yeddi komanda ilə oynamağa başladı və peşəkar buz hokkeyində ilk böyük liqalardan biri oldu. Lakin NHA-nın səkkizinci mövsümündə Toronto Blueshirts klubunun sahibi Eddie Livingstone, Montreal Canadiens komandalarının sahibləri, Montreal Wanderers, Ottawa senatorları və Quebec Bulldogs ilə liqanın gələcəyini müzakirə etmək üçün bir sıra görüşlər etdi.
Dinamo (xokkey klubu, Riqa)
«Dinamo» Riqa hokkey klubu (latış. «Dinamo» Rīga‎) — Latviyanın Riqa şəhərində fəaliyyət göstərmiş hokkey klubu. Klub 1946-cı ildə təşkil edilmişdir. 1995-ci ildə isə fəaliyyətini dayandırmışdır. == Riqada şayba ilə hokkeyin tarixi == Latviyada hokkey ənənləələri XX əsrin əvvəllərində meydana gəlmişdir. Riqada Rudiya imperiyası tarixində ilk dəfə 1908-ci ildə kanada hokkeyi üzrə «Yunion» və Atıcı parkı arasında görüş baş tutmuşdur. 1930/1931-il mövsümündə isə Latviyanın ilk çempionatı keçirilmişdir. Burada «Yunion», «Vanderer» və «Yuniversitates Sport» klubları iştirak edirdi. == Klubun tarixi == 1946-ci ildə hokkey üzrə SSRİ cempionatında Riqada Dinamo klubu təşkil edilmişdir. İlk yarışında klub dördüncü yeri tutmuşdur.
2011 Dünya Buzüstü Xokkey Çempionatı
2011 Dünya Buzüstü Hokkey Çempionatı — 29 Aprel ilə 15 May 2011 tarixləri arasında Slovakiyada təşkil edilən və ölkələrin milli kişi buzüstü hokkey komandalarının yarışdığı 75-ci Dünya Buzüstü Hokkey Çempionatı idi. Müsabiqələr Bratislava şəhərində yerləşən Ondrey Nepela Arenada və Koşitsedə yerləşən Ladislav Troyak Stadion-da keçirilmişdir. Slovakiya, müstəqillik qazandıqdan sonra ilk dəfə bir Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etdi. Ancaq, bu turnirlə birlikdə Bratislava şəhəri bu yarışa üçüncü dəfə ev sahibliyi etmişdir. Çexoslovakiyanın bir parçası ikən 1959-cu və 1992-ci illərdə Praqa şəhəri bu yarışa ev sahibliyi etmişdi. Finlandiya, finalda 6–1 qalib gələrək qızıl medal qazandı. Bu, Finlandiyanın yarışın tarixindəki ikinci çempionluğu olmuşdur. == Ev sahibi şəhərin seçimi == Avropada yeləşən dörd ölkə, 2011 Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etmək üçün rəsmi təklif verdi. Həmin ölkələr bunlardır: Slovakiya İsveç Macarıstan Finlandiya Bir raund davam edən səsvermənin ardından, ev sahibliyi qazanan ölkə BBXF-nın (Beynəlxalq Buzüstü Hokkey Federasiyası) prezidenti Rene Fasel tərəfindən 2006-cı ilin May ayının 19-da, Latviyanın Riqa şəhəindəki Beynəlxalq Buzüstü Hokkey Federasiyası nümayəndələri konqresində açıqlandı. Slovakiya 70 bal qazanaraq ev sahibliyi hüququnu əldə etdi.

Digər lüğətlərdə