Buzüstü xokkey

Buzüstü hokkey

Buzüstü hokkey – hokkeyin buz üzərində oynanılan növü. Oyunçular hokkey konkilərini geyinib hokkey çubuqlarıyla diski (pakı) nəzarət etməyə çalışırlar. Oyunçular diski (pakı) qapıya soxaraq xal qazanırlar. Komanda biri qapıçı olmaq üzrə altı oyunçudan ibarət olur. Oyunçulardan biri qaydaları pozduqda hakim cəza olaraq onu bir müddətlik oyundan qovur. 26x56 metr ölçüləri olan bir sahədə oynanır. Oyun vaxtı 15 ya da 20 dəqiqəlik üç dövrdən ibarətdir.

Buzüstü hokkey Kanada, Rusiya, İsveç, Finlandiya, Çexiya, Amerika Birləşmiş Ştatları və Slovakiyada populyar idman növüdür. Dünyadakı ən yaxşı oyunçuların çoxu NHL-dəndir (Milli Hokkey Liqası). İlin sonunda Stenli Kubokunu uğrunda mübarizə gedir. Şimali Amerikada qadınlar Qadınlar Milli Hokkey Liqası və Qadınlar Qərb Hokkey Liqasında oynayır. Şimali Amerika və Avropada kişilər hokkeyi qadınlar hokkeyinden daha məşhurdur. Olimpiya Oyunlarında hokkey həm qadınlar həm də kişilər tərəfindən oynanır. Buzüstü hokkey 19-cu əsrdə Kanadalı göyərtəçilər tərəfindən tapılmışdır. NHL 1917-də başlamışdır. 2007 etibarilə şərq-qərb konfransı adlarıyla 15-lik iki liqası vardır.

Bu idmanın ən məşhur olduğu ölkələr ABŞ, Kanada, Rusiya, İsveçFinlandiyadır.

Buz üstə hokkey, ilk dəfə orta çağlarda Şimali Avropalılar tərəfindən oynanmaqda idi. 19-cu əsrin ortalarında isə primitiv formada Kanadada oynanmağa başlanmış, ilk rəsmi hokkey oyununun 1855-də Kinqston, Ontarioda oynandığı düşünülməkdədir. Qeydlərə keçən ilk matç 1865-də bir universitet şagirdi olan Robertson tərəfindən təşkil edildi. Daha sonra Robertson, ilk Buz üstə hokkey qaydalarını inkişaf etdirdi. Bu qaydaların tələbimə görə komandalar doqquz oyunçuyla meydana çıxır və kvadrat şəklində bir pak istifadə edilirdi. Montrealda toplanan bir komitə oyunun yeddi nəfərlik komandalarla oynanmasını nəzərdə tutmuşdur. 1909-da milli hokkey təşkilatı, oyunçu sayının altıya endirilməsinə qərar verdi. 1893-də isə Stenli kuboku başladı. Bu kubokda ən yaxşı Kanadalı hokkey komandasına Lord Stenli mükafatı verilməkdə və indiki vaxtda davam etməkdədir.

  • 1959-da "Monreal Kanadiens" komandasının qapıçısı Jak Plant 3-cü dəqiqədə burnunun sınmasından sonra maskadan istifadə etmiş və bu hadisədən sonra oyunda qapıçıların hokkey maskasından istifadəsinə icazə verilmişdir.