Böyük xanım şad və xürrəm gümüş podnos içində iki istəkan kəmrəng çay gətirmişdi.
Hamı şad, xürrəm evinə qayıtdı.
Kələyin baş tutmasından şad və xürrəm halda Mahmud bayıra çıxıb evinə qayıdarkən [arvadının] qəflətən çarşabı qoltuğuna vurub yeznəsi ilə getməsini müşahidə edir.
□ Xürrəm olmaq – şad olmaq, sevinmək, fərəh içində olmaq.
Xürrəm oluram, o olsa xürrəm; Qəm yetsə ona, mənə yetər qəm.
Əhdi dürüst ola, iqrarı möhkəm; Gözündən irağa düşəndə bir dəm; Nə könlü açıla, nə ola xürrəm; Fikri, zikri sənin sarı gərəkdir.