1. Vurulduqda xüsusi səs çıxarmaq üçün içərisində metal dili olan, ağzıgen, kəsik konusşəkilli mis və ya mis ərintisindən qayrılmış alət. Kilsə zəngi. Zəng səsi. Dəmiryol zəngi. Yanğın maşını zəngi.
// Həmin alətin heyvanların boynundan asılan kiçik növü; zınqrov.
2. Səs siqnalı vermək üçün metal cihaz. Qapının zəngi. Elektrik zəngi.
3. Bu alət vasitəsilə çıxarılan səs siqnalı. Telefon zəngi. Saatın zəngi.
□ Zəng vurmaq – 1) zəngə bir şey vurmaqla, toxundurmaqla və ya elektrik zənginin düyməsini basmaqla səs siqnalı çıxarmaq.
2) zəngin səsi çıxmaq (bəzən “zəng vurulmaq” şəklində də işlənir). Qapının zəngi vurdu. Telefon zəngi vurmaq. – Üçüncü zəng vurulurdu.
3) danışmaq üçün telefona çağırmaq, telefonda danışmaq. Evlərinə zəng vurdu. Sizə zəng vurdum, cavab olmadı.
Zəng eləmək (etmək) – bax zəng vurmaq 3-cü mənada.
Zəng çalmaq – bax zəng vurmaq 1 və 2-ci mənalarda.