Dəlləkli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd.[1]
Dəlləkli | |
---|---|
38°59′22″ şm. e. 46°39′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 570 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[2]
Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılıb, etnotoponimdir. Keçmişdə Mərzili və Ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır.[3]
Kənd təxminən 60-70 evdən ibarət olub. Araz çayının sahilinin üst tərəfində yerləşir. Aşağı tərəfdən Bakı-Mincivan-Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolu keçir.
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Bartaz kənd dairəsinin Dəlləkli kəndində 29 ev və 162 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan şiə idilər. Bütün əhali dövlət kəndliləri idi.[4]
Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ildə, kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 22 oktyabr tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Ordusu Dəlləkli kəndi üzərində nəzarəti bərpa edərək kəndi azad etmişdir.[5]